Tramp onlara SƏSLƏNDİ: Rusiya və Çinin CAVABI nə olacaq?

Tramp onlara SƏSLƏNDİ: Rusiya və Çinin CAVABI nə olacaq?
19.02.2026 22:53

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda ABŞ-nin təşəbbüsü ilə yaradılan “Sülh Şurası”nın ilk iclasında çıxışı zamanı bildirib ki, Vaşinqton Qəzza ilə bağlı təklif etdiyi sabitləşmə planında Rusiya və Çinin də iştirak edəcəyinə ümid edir. 


Məlumat üçün qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Cinpin “Sülh Şurası”nın bu gün keçirilən ilk iclasına dəvət olunsalar da, toplantıda iştirak etməyiblər. 

Maraqlıdır, Rusiya və Çin yaxın gələcəkdə Ağ Ev liderinin təşəbbüsünə müsbət cavab verəcəklərmi?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan siyasi şərhçi Kamran Sultanlı bildirib ki, Trampın bu gedişi Con Mirşaymerin bəhs etdiyi "hücumçu realizm" nəzəriyyəsi və böyük güclər arasındakı “güc balansı” məntiqi ilə birbaşa əlaqəlidir. 


Onun sözlərinə görə, Rusiya və Çinin bu plana qoşulub-qoşulmayacağını anlamaq üçün mövcud geosiyasi reallıqlara baxmaq lazımdır:  

“Tramp administrasiyasının təşəbbüsləri adətən ABŞ-nin liderliyini ön plana çıxarır. Rusiya və Çin isə Yaxın Şərqdə ABŞ mərkəzli formatlarda ikinci planda qalmaq istəmirlər. Hər iki ölkə Qəzza məsələsində ABŞ-dən fərqli mövqelərə malikdir: Rusiya daha çox Fələstin tərəfi ilə dialoqa və çoxtərəfli vasitəçiliyə üstünlük verir. Çin isə ənənəvi olaraq “daxili işlərə qarışmamaq” və BMT çərçivəsində həll mövqeyini saxlayır.


Digər tərəfdən, “Sülh Şurası” faktiki olaraq ABŞ-nin supergüc dominantlığını qorumaq, BMT-ni yenidən formatlaşdırmaq və Yalta–Potsdam sistemini demontaj etmək məqsədi ilə irəli sürülmüş platforma kimi qiymətləndirilə bilər. Çin və Rusiya, hətta Britaniya və Fransa belə qlobal sistemdə onları digər ölkələrdən fərqləndirən veto hüququndan və beynəlxalq qərarları bloklamaq kimi mühüm səlahiyyətlərdən asanlıqla imtina etməzlər”. 

Buna baxmayaraq, ekspert bu dövlətlərin prosesi izləyəcəklərini düşünür:

“Əgər ABŞ qlobal Cənub və digər region ölkələrini bu formata cəlb edə və ya siyasi baxımdan uğurlu addımlar ata bilsə, şübhəsiz ki, həmin dövlətlər bu ittifaqa qoşulmağı nəzərdən keçirə bilər. Lakin Trampın hər şeydə söz sahibi olduğu bir ittifaqda iştirak etməyə Rusiya və Çin tələsməyəcək. 

Bununla belə, Vaşinqton Rusiya və Çinin maraqlarını nəzərə alarsa, onlar bu birlikdə fəal iştiraka maraqlı olacaqlar. Bu baxımdan hazırda bu ölkələr nə “yox”, nə “hə” deyəcəklər, lakin izləmə siyasətinə üstünlük verəcəklər”.   

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUN 2026
Sabah hava necə olacaq? - AÇIQLANDI 12:39 Təlim uçuşu faciə ilə bitdi: təyyarə yerə çırpıldı - İki pilot həlak oldu - VİDEO 12:32 Ərdoğandan İran-ABŞ razılaşmasına reaksiya 12:08 Azərbaycan XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmaya reaksiya verdi 12:10 Bu yollar təmir edilir - SİYAHI 11:40 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək 11:33 Netanyahudan xəbərdarlıq: "Livandakı əməliyyatlar davam edəcək" 11:29 Geyci Topuriyanı məğlub etdi - VİDEO 11:20 "Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 10:40 İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi 00:09 Bütün Xəbərlər