Tramp bu dəfə İspaniyanı HƏDƏLƏDİ: Madriddən “Soyuq duş”

Tramp bu dəfə İspaniyanı HƏDƏLƏDİ: Madriddən “Soyuq duş”
04.03.2026 17:22

ABŞ Prezidenti Donald Tramp İspaniya ilə bağlı açıqlamasında bu ölkənin hərbi bazalarından istifadə məsələsinə toxunaraq, İspaniyanın rədd cavabına baxmayaraq, Vaşinqtonun istədiyi halda həmin bazalardan istifadə edə biləcəyini bildirib və heç kimin buna mane ola bilməyəcəyini vurğulayıb.  

Bəs İspaniya ilə ABŞ arasında qarşıdurma ola bilərmi?   

Sözügedən məsələni politoloq Tofiq Abbasov TodayPress TV-yə şərh edib. 


O bildirib ki, bu məsələ ilə bağlı vəziyyət, böhranlıdır. Çünki Vaşinqtonla Madrid arasında gərginlik yaşanıb. Amma bu o demək deyil ki, Amerika İspaniya istiqamətində, eləcə də Avropa İttifaqı ilə münasibətlərdə istədiyi qərara yaşıl işıq yandıra və sonradan təzyiq göstərərək məqsədinə nail ola bilər.  

Politoloq Donald Trampın danışıqlarda dediyini, praktikada asanlıqla həyata keçirə biləcəyini düşünmədiyini vurğulayıb:  

“Çünki İspaniya müstəqil dövlətdir, onun suveren hüquqları var və o, beynəlxalq hüquq normalarına riayət etməyi özünə borc bilir. Təsadüfi deyil ki, İspaniya İsrail dövlətinin Yaxın Şərq siyasətini bəyənmir və onu ən sərt tənqid edən ölkələrdən biridir. Rəsmi Madrid bildirir ki, Fələstin xalqının hüquqları tapdalana bilməz, fələstinlilər azadlıq əldə etməli və öz dövlətlərini qurmalıdırlar”.  

İSPANİYADAN PRİNSİPİAL MÖVQE 

O, əlavə edib ki, digər tərəfdən, İranla bağlı yaranmış böhran məsələsində də İspaniya prinsipial mövqe nümayiş etdirir:  

“Bu, onu göstərir ki, Qərb dünyasında alternativ baxışlar formalaşmaqdadır. İsrailin Yaxın və Orta Şərqdə həyata keçirdiyi siyasət dünya birliyinin böyük əksəriyyətinin narazılığına səbəb olur. Artıq bir çoxları anlayır ki, bu proses təkcə bir ölkəyə, və ya xalqa qarşı yönəlmiş təhdid deyil, bütövlükdə qlobal təhlükəsizlik üçün risk yaradır. Üstəlik, İsrailin nüvə potensialına malik olması beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq doğurur”.  


İSPANİYA–AMERİKA QARŞIDURMASINA GƏLDİKDƏ İSƏ... 

Analitik hesab edir ki, bu, soyuq qarşıdurma xarakteri daşıyır: 

“İnanmıram ki, ABŞ risk edərək İspaniyanın ərazisinə qarşı hər hansı açıq təcavüz addımı atsın və ya bəzi səsləndirilən iddiaları reallaşdırsın. Ümumiyyətlə, Donald Trampın ritorikası bəzən İkinci Dünya müharibəsindən sonra formalaşmış beynəlxalq hüquq sisteminə zidd təsir bağışlayır. Bu isə müsbət tendensiya deyil və ciddi narahatlıq doğurur. Böyük dövlətlərin gücdən və təsir imkanlarından təzyiq aləti kimi istifadə etməsi onların nüfuzuna xələl gətirir", - T.Abbasov deyib. 

Analitik hesab edir ki, İspaniyanın və xüsusilə Baş nazir Pedro Sançesin sərgilədiyi mövqe müəyyən mənada siyasi “soyuq duş” effekti yaradır və tərəfləri daha realist, ölçülüb-biçilmiş qərarlar verməyə sövq edə bilər. İspaniya bu prosesdə tək deyil və onun mövqeyini bölüşən digər ölkələr, o cümlədən Avropa İttifaqına üzv dövlətlər də mövcuddur.   

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
02 AVQUST 2026
401-ci briqada cənubi Livandan çəkilir? - İsrail ordusu son nəticələri açıqladı 15:21 Xocavənddə mina partladı, əməkdaş yaralandı 15:16 Ermənistan Prezidenti Paşinyanı Baş nazir təyin etdi 14:24 "Qəbələ" Artur Mottanı heyətinə qatdı 14:57 Yeni Zelandiyada 5,6 bal gücündə zəlzələ baş verdi 14:17 Tehran Qətərin vasitəçilik iddialarını təkzib etdi: "Hörmüz boğazı açılmayacaq" 14:08 Afrikanın ən böyük nəqliyyat infrastrukturlarından birinə Trampın adı qoyuldu – Detallar 13:47 Avqustun 3-də hava necə olacaq? 12:54 Cənubi Koreyada tarixi anomal isti - Milli rekord yeniləndi 11:48 Tramp və Məhəmməd bin Salman Yaxın Şərqdəki vəziyyəti dəyərləndirdilər 12:25 Kartdan-karta köçürmələrə YENİ LİMİT - Bu tarixdən etibarən... 12:30 Azərbaycan istehsalı olan “Addım” filmi beynəlxalq festivala vəsiqə qazandı 12:09 İsrail Qəzzada HƏMAS-ın iki yüksəkvəzifəli üzvünü hədəf aldı 11:31 Macarıstan tarixdə İLK - Pakş AES fəaliyyətini dayandırır 09:48 İlham Əliyev və Mehriban Əliyeva Nəriman Həsənzadənin vida mərasiminə əklil göndərib 11:03 Ermənistan hökuməti istefa verdi 10:49 Rusiya və Ukrayna arasında danışıqlar bərpa olunur - Rubio elan etdi 09:33 Sloveniya dövlət başçısı yol qəzası keçirdi 09:52 DİM bu gün dövlət qulluğuna qəbul imtahanı keçirəcək 09:39 Əməkdar hüquqşünas vəfat etdi 09:27 ABŞ-də restorana silahlı HÜCUM: Ölən və yaralananlar var 09:13 Tramp hücumları DAYANDIRDI - Hörmüz açılır? 09:05 60 yaşdan sonra səhər yeməyində bunu yeyin: Əzələləri və sümükləri qoruyur 21:38 Pişiyiniz sizi neçə il xatırlayır? Alimlərdən təəccübləndirən cavab 21:52 KDR tarixinin ən ağır Ebola epidemiyası yaşanır 01:49 Bütün Xəbərlər