Süni nəfəs aparatına qoşulan hərbi blok: KTMT-nin ömrü qısalır...

Süni nəfəs aparatına qoşulan hərbi blok: KTMT-nin ömrü qısalır...
29.10.2025 16:37

KTMT-nin baş katibi İmanqali Tasmaqambetov qurumun kollektiv qüvvələrinin döyüş potensialının artırılacağını açıqlayıb. 


O bildirib ki, üzv ölkələrdə hərbi kadr hazırlığı müasir texnologiyalar əsasında təkmilləşdiriləcək. Həmçinin KTMT-nin təhlükəsizlik strategiyasının müddəti uzadılacaq və yeni çağırışlara uyğunlaşdırılacaq. Bu addımlar təşkilatın gələcəkdə hərbi qarşıdurmalarda daha aktiv rol alacağı ehtimalını gündəmə gətirib. 

Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan "Alyans" strateji araşdırmalar mərkəzinin sədri Abutalıb Səmədov bildirib ki, bu bəyanat KTMT-nin “nəfəsi hələ kəsilməyib” görüntüsü yaratmaq cəhdidir:


"KTMT-nin baş katibinin verdiyi bəyanat, təşkilatın hələ də yaşadığını və gələcəkdə daha da güclü quruma çevriləcəyinə dair inam yaratmaq məqsədi daşıyır. Əslində isə, hamı anlayır ki, bu təşkilatın real potensialı yoxdur. KTMT əslində Rusiyadır. Ermənistan yaxın zamanda, yəqin ki, bu təşkilatdan çıxacaq. Təbii ki, ölkədə keçiriləcək parlament seçkilərində ruspərəst qüvvələr qalib gəlməsə". 

Analitik qeyd edib ki, ittifaqın gələcəyi, lider dövlətin dominantlığı səbəbindən artıq sual altındadır:


"Mərkəzi Asiya dövlətləri də hələlik məcburiyyətdən təşkilatda qalır. KTMT-nin hər hansı bir hərbi qarşıdurmada iştirak etmək potensialı yoxdur. Əgər olsaydı, Ukrayna müharibəsində üzv dövlətlər Rusiyaya real dəstək verərdilər. Lakin heç biri belə addım atmadı.

Buna görə də KTMT-nin ömrünü yalnız bir neçə il uzatmaq, belə bəyanatlarla təşkilatın “yaşadığı” və “gücləndiyi” görüntüsünü yaratmaq mümkündür. Amma reallıq ondan ibarətdir ki, KTMT uzunmüddətli yaşamaq iqtidarında deyil. Çünki təşkilatın lider dövləti olan Rusiya bir blokda olduğu ölkələrin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə hörmət etmir". 

A. Səmədov əlavə edib ki, KTMT hələki süni şəkildə yaşadılır:

"Bu ittifaqda inam yoxdur. İnam olmayan yerdə isə hər hansı bir beynəlxalq qurumun uzunömürlü olması mümkün deyil. Bu cür bəyanatlar bundan sonra da veriləcək, “hər şey qaydasındadır” görüntüsü yaradılacaq. Amma artıq müşahidəçilərə yaxşı məlumdur ki, KTMT-nin ömrü qısadır və o, heç bir qarşıdurmada vahid blok kimi iştirak etməyəcək".

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Azərbaycan manatının dövretmə sürəti iyunda artdı 15:42 Ukrayna Qara dənizdə "Rosatom"un konteyner gəmisini batırdı 15:26 Dünya çempionatı: İbrahim Həsənov 1/4 finala vəsiqə qazandı 15:10 Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Bütün Xəbərlər