Simonyandan GÜLÜNC AÇIQLAMA: Ermənistan cəmiyyətini niyə aldadır?

Simonyandan GÜLÜNC AÇIQLAMA: Ermənistan cəmiyyətini niyə aldadır?
28.11.2025 15:15

Ermənistan ordusunun Azərbaycanla 44 günlük müharibədə 3833 hərbçisi ölüb.


Bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan “Facebook” hesabında yazıb.

İzləyiciləri isə spikerlə razılaşmayaraq Ermənistan hökumətini əsl rəqəmləri gizlətməkdə ittiham ediblər. Erməni sosial şəbəkə istifadəçiləri itkilərin daha çox olduğunu yazıblar. Bəziləri 5000, bəziləri də itkilərin 7000 olduğunu bildiriblər.  Azərbaycan Prezidenti İlham Əliyev isə dəfələrlə bildirib ki, Ermənistan 3–4 min rəqəmi açıqlasa da, real itki ondan dəfələrlə çoxdur. 


Bəs real itkilərin dəqiqləşdirilməsi Ermənistanın daxili siyasi proseslərinə necə təsir göstərəcək? 

Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Elşad Mirbəşiroğlu bildirib ki, Azərbaycan ordusu hər mərhələdə Ermənistanı üstələyən gücə malikdir:


"Şübhəsiz ki, Azərbaycan Ordusu həm şəxsi heyətin hazırlığı, həm döyüş qabiliyyətinin yüksəkliyi, həm də hərbi-texniki təchizat baxımından müharibə dövründə Ermənistan ordusundan qat-qat güclü idi. Bu gün isə ordumuz 2020-ci ildəki ordudan da güclü vəziyyətdədir".

Ekspert xatırladıb ki, beynəlxalq reytinqlərdə də Azərbaycan Ordusu yüksək göstəricilərlə yer alıb. Dünyanın ən güclü 60 ordusu sırasında Azərbaycanın adı dəfələrlə çəkilib, halbuki həmin siyahılarda Ermənistanın adı ümumiyyətlə yoxdur.

Analitik vurğulayıb ki, Ermənistan ordusunun itkiləri və qaçışları onun Azərbaycan Ordusu qarşısında tab gətirmədiyini göstərdi:

"Bu baxımdan əlavə dəlil-sübuta ehtiyac yoxdur ki, döyüş şəraitində Ermənistan ordusu Azərbaycan Ordusu qarşısında böyük itkilər verib. Digər vacib göstərici isə Ermənistan ordusunda 10 minə qədər fərarinin olmasıdır. Yəni erməni hərbçiləri döyüş meydanını tərk edərək Azərbaycan Ordusunun qarşısından qaçıblar. Bu faktın özü belə Ermənistanın böyük itkilərini təsdiqləyən mühüm amildir. Deməli, erməni əsgərləri sıralarında ciddi itkiləri gördükcə vahiməyə düşür, qorxur və mövqelərini tərk edirdilər. Bu, real vəziyyət idi".


Onun sözlərinə görə, bu səbəbdən Ermənistan ordusunda çoxsaylı itkilərin olması şübhəsizdir və bu, yeni məsələ də deyil. Ermənistan cəmiyyətində bu problem uzun illərdir müzakirə olunur və rəsmi dairələrin itkilərin real sayını gizlətdiyi barədə fikirlər geniş yayılıb.

Politoloq qeyd edib ki, Ermənistan hakimiyyəti bunu məqsədli şəkildə edir:

"Çünki bilir ki, həqiqi rəqəmlər cəmiyyətdə çox kəskin reaksiyaya səbəb olacaq. Təsadüfi deyil ki, müharibədən dərhal sonra Paşinyan növbədənkənar seçkilərə getdi. Məqsəd 44 günlük müharibədə aldığı ağır məğlubiyyəti siyasi legitimlik əldə etməklə yumşaltmaq idi. O dövrdə buna müəyyən xarici dəstəyin də köməyi ilə nail ola bildi. Xarici qüvvələr Paşinyanın hakimiyyətdə qalmasında maraqlı idilər".

E. Mirbəşiroğlu eyni zamanda mövzunun seçki ərəfəsində yenidən aktuallaşmasına diqqət çəkib:

 "Bu məsələnin hazırda yenidən aktuallaşması isə böyük ehtimalla gələn il keçiriləcək seçkilərlə bağlıdır. Çünki müharibədəki ağır məğlubiyyət Ermənistan daxilində siyasi qüvvələr arasında bir təzyiq və mübarizə aləti kimi istifadə olunur. Bu isə bütövlükdə Ermənistanın daxili siyasi prosesləridir. Əsas məqam ondan ibarətdir ki, Azərbaycan Ordusu işğalçı Ermənistan ordusu üzərində inamlı və parlaq qələbə qazandı. Bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında yer almaqdadır. Bunu bütün dünya görür və qəbul edir".

Analitik yekun olaraq qeyd edib ki, güclü Azərbaycan Ordusu qarşısında Ermənistan ordusu ağır itkilər verərək məğlub olub. Ermənistan rəsmilərinin itkilərin sayını az göstərməsi hakimiyyətin özünü qorumaq cəhdidir. Əgər real rəqəmlər ictimaiyyətə açıqlansa, bu, Paşinyanın siyasi mövqelərinə və cəmiyyət daxilində dəstək səviyyəsinə ciddi mənfi təsir göstərə bilər.  

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUN 2026
Surət Hüseynov Gəncədən hücum edərkən Bakıya qədər heç bir rayonun icra başçısı qabağına çıxa bilmədi - Qurtuluş gününün şifrələri 17:53 Axtarışda olan 83 nəfər tutuldu 17:44 Yollarda görünüş bu məsafəyədək məhdudlaşacaq 17:30 Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 İtkin düşən 8 nəfər tapıldı 17:11 İran: Hörmüz boğazından keçid üçün rüsum tutulmayacaq 16:59 Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi 16:48 Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi? 16:44 Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik 16:36 Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı 16:25 İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Bütün Xəbərlər