Rusiya ABŞ-yə qarşı güc nümayiş etdirdi: "Həddinizi aşmayın!" - Politoloq

Rusiya ABŞ-yə qarşı güc nümayiş etdirdi: "Həddinizi aşmayın!"  - Politoloq
04.08.2025 17:03

“ABŞ bütün regionların hakimi olmaq haqqını özündə görür, bu isə digər güc mərkəzlərini narahat edir”. 

Politoloq Tofiq Abbasov bunu TodayPress TV-yə danışarkən bildirib. 

O vurğulayıb ki, ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı təzyiq göstərməyə çalışsa da, bu strategiya hələlik real nəticə verməyib. Moskva Trampın ritorikasına və təzyiq cəhdlərinə baxmayaraq, güzəştə getmək istəmir:

“Rusiya tərəfi isə maksimalist mövqe sərgiləyir. Kreml işğal etdiyi Ukrayna ərazilərinin rəsmi olaraq Rusiya torpaqları kimi tanınmasını, həmçinin bu səbəbdən tətbiq olunan əsas beynəlxalq sanksiyaların ləğvini tələb edir. Bu isə beynəlxalq hüquqa və Ukraynanın suverenliyinə zidd, qəbuledilməzdir.  

Həmçinin Moskva ilə indiyədək heç bir atəşkəs razılığı əldə olunmayıb. Bu da göstərir ki, tərəflər arasında ciddi fikir ayrılığı mövcuddur. Həm də Ukraynanın suveren ərazilərinin işğal edilməsi həmin ərazilərdə Rusiyanın hüquqi sahibliyini təmin etmir". 

Analitik, ABŞ-nin qlobal siyasətdə hegemon yanaşmasını tənqid edərək bildirib ki, Vaşinqton bütün bölgələrdə öz maraqlarını əsas gətirərək özündə müdaxilə haqqı tanıyır. Onun fikrincə, bu siyasət Rusiya, Çin və digər ölkələrin maraqları ilə ziddiyyət təşkil edir və yeni qarşıdurmalara zəmin yaradır.  Buna görə də Rusiya və Çin Hərbi Dəniz Qüvvələrinin gəmiləri Yapon dənizində birgə təlimlərə başlamaqla ABŞ-yə mesaj verirlər: 

“Bu, bir növ gözdağı deyil, güc nümayişidir. Onlar göstərmək istəyirlər ki, zəif deyillər”. 

ABŞ-nin Yaponiya, Cənubi Koreya və Avstraliyanı qlobal şimal bloku daxilində birləşdirdiyini deyən politoloq, buna qarşı Rusiya, Çin, İran və Şimali Koreyanın da yeni koalisiya formalaşdırdığını vurğulayıb. Bu bloklar arasında hərbi təlimlər və strateji əməkdaşlıqların artması diqqət çəkir. 

Analitik həmçinin əlavə edib ki, Rusiya nüvə imkanlarını xatırladaraq ABŞ-yə “həddinizi aşmayın” mesajı verir. Həmçinin rəsmi Moskva son aylarda nüvə təlimlərinə üstünlük verərək ordusunun yüksək hazırlıq səviyyəsini nümayiş etdirir.  

“Tramp tərəfindən Rusiyaya qarşı müəyyən sanksiyalar və sərt ritorika tətbiq oluna bilər. Bununla belə, onun siyasətində köklü dəyişikliklər gözlənilmir. Tramp ənənəvi olaraq təzyiqdən daha çox, bu vasitə ilə güzəşt əldə etməyə çalışır. Yəqin ki, o, qarşı tərəfi razılığa gətirmək üçün yeni şərtlər irəli sürəcək”, - deyə o, fikrini yekunlaşdırıb. 

Qeyd edək ki, Rusiya və Çin Hərbi Dəniz Qüvvələrinin gəmiləri Yapon dənizində hərbi təlimlərə başlayıblar. 

Aysel Mətləb

FOTOLAR

Rusiya ABŞ-yə qarşı güc nümayiş etdirdi: "Həddinizi aşmayın!"  - Politoloq — 1
XƏBƏR LENTİ
01 AVQUST 2026
Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Bütün Xəbərlər