Qarşıdurma: Amerika İspaniyanı NATO-dan çıxaracaq?

Qarşıdurma: Amerika İspaniyanı NATO-dan çıxaracaq?
10.10.2025 16:58

“Kifayət qədər yüksək olmayan hərbi xərclər səbəbindən İspaniya NATO-dan çıxarılmalıdır”.

Bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib. 

“Onların bunu etməmək (müdafiə xərclərinin artırılması – red.) üçün heç bir səbəbi yoxdur. Amma heç nə. Açıq desək, onları  NATO-dan qovmaq lazımdır”, - deyə Ağ Ev rəhbəri bildirib.   

Belə ki, 2025-ci ildə NATO üzv dövlətlər üçün müdafiə xərclərini ÜDM-in 5 %-ə qədər artırmaq hədəfi irəli sürüb. İspaniya bu hədəfə qoşulmaq istəmədiyini bəyan edib və mövcud imkanları daxilində 2,1 %-lik səviyyəni müdafiə edib.  

Maraqlıdır, belə olduğu təqdirdə İspaniya NATO-dan çıxarıla bilər? 

Trampın bu sözləri hədə-qorxudur, yoxsa reallıq?

Sözügedən mövzunu TodayPress TV-yə şərh edən siyasi şərhçi Şakir Ağayev bildirib ki, Trampın iddiaları əsassızdır:

"Bəli, Amerika lideri belə bir iddia irəli sürüb ki, İspaniya NATO-dan çıxarılmalıdır. Bunu da belə əsaslandırır ki, Amerika tərəfi NATO dövlətlərindən hərbi xərcləri ümumdaxili məhsulun 5 %-nə çatdırmağı tələb etmişdi. Amma həmin anda İspaniyanın Baş naziri Sançes demişdi ki, “biz bunu etməyəcəyik, buna imkanımız da yoxdur, etmək fikrimiz də”. Donald Tramp da bunu gözəl bilirdi.

Onun sözlərinə görə, İspaniyanın NATO-dan çıxarılması iddiası təkcə ümumdaxili məhsulla bağlı deyil:

"Birincisi, ümumdaxili məhsulun 5 %-ə çatdırılması hələ heç bir NATO ölkəsində baş verməyib. Bu 5 %-lik hədəf bir neçə il ərzində mərhələlərlə həyata keçirilməlidir. Hələlik 2,5 %-lik mərhələ nəzərdə tutulub. Polşanı və bir neçə ölkəni çıxmaq şərtilə heç bir ölkə də bu həddi aşmayıb. Sadəcə olaraq, İspaniya son vaxtlar Amerika siyasətində aparılan bəzi siyasi proseslərə qarşı çıxır. İlk növbədə, İsraillə bağlı siyasətdə İspaniya kəskin mövqe tutub. O, “Eurovision” Mahnı Müsabiqəsində İsrailin iştirakının ləğv olunmasını, eləcə də UEFA-dan İsrailin yarışlardan uzaqlaşdırılmasını tələb etmişdi. Təbii ki, Tramp bunları açıq demir. İspaniyanın apardığı müstəqil siyasəti dilə gətirmədən, ümumdaxili məhsulu bəhanə edib İspaniyanı qorxutmaq və cəzalandırmaq istəyir”. 

Ekspert hesab edir ki, Amerika İspaniyanı NATO-dan çıxara bilməz. Eyni zamanda heç bir NATO dövləti digər dövləti bu təşkilatdan çıxara bilməz. NATO-ya üzv olmaq və ya çıxarılmaq konsensus yolu ilə baş verir. Hətta bütün üzv dövlətlər Amerikanın təzyiqi ilə çıxışa səs versə, İspaniya razılaşmasa, onun üzvlüyünün ləğvi mümkün deyil. Qısası, qəbul və çıxarılma yalnız konsensusla baş verir. Ona görə də Trampın bu sözləri sadəcə hədə-qorxudur və reallıqdan uzaqdır.

Jalə Rövşən 

TodayPress TV

FOTOLAR

Qarşıdurma: Amerika İspaniyanı NATO-dan çıxaracaq? — 1
XƏBƏR LENTİ
01 AVQUST 2026
Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Bütün Xəbərlər