Papuaşvilidən anti-Rusiya ritorikası: səmimiyyət, yoxsa boş gurultu?

Papuaşvilidən anti-Rusiya ritorikası: səmimiyyət, yoxsa boş gurultu?
16.12.2025 16:49

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib ki, Rusiya Gürcüstanın ərazi bütövlüyünü tanımadan iki ölkə arasında münasibətlərin normallaşması mümkün deyil. Tbilisi Abxaziya və Cənubi Osetiyanın işğal altında olduğunu vurğulayır və bu şərti dəyişməz milli mövqe kimi təqdim edir.     


Maraqlıdır, bu mövqenin real nəticələrə gətirib çıxarma ehtimalı nə qədərdir? Son açıqlamalar Rusiya ilə münaqişə ocağının yenidən közərməyə başladığını göstərirmi?

Sözügedən mövzu ilə bağlı TodayPress TV-yə danışan politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Gürcüstan balans axtarsa da, Rusiya Abxaziya və Cənubi Osetiyadan çıxmaq istəmir:


"Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilinin açıqlamaları sanki həm Rusiyaya, həm də Avropa İttifaqına yönəlik tənqidi mövqe kimi təqdim olunur. Formal olaraq bir sıra çıxışlarda milli maraqlara istinad edilsə də, praktikada Gürcüstanın Qərbdən uzaqlaşdığı, eyni zamanda Rusiya ilə münasibətləri müəyyən çərçivədə qorumağa çalışdığı müşahidə olunur. Hakimiyyət dairələri Rusiyanın mövqelərini qismən nəzərə alsalar da, bu yanaşma real nəticə vermir. Çünki Rusiya nə Cənubi Osetiyadan, nə də Abxaziyadan çıxmaq niyyətindədir".

Ekspertin sözlərinə görə, Papuaşvilinin mövqeyi praktik nəticə vermir:

"Bu səbəbdən Gürcüstan hökuməti artıq aydın və prinsipial mövqe ortaya qoymalıdır. Ölkə faktiki olaraq öz ənənəvi siyasətindən, xüsusilə avrointeqrasiya kursundan geri çəkilib. Rəsmi bəyanatlarda Qərb dəyərlərinə sadiqlik ifadə edilsə də, real addımlar bunu təsdiqləmir. Papuaşvilinin zaman-zaman anti-Rusiya ruhunda səslənən fikirləri də praktik müstəvidə qarşılığını tapmır. Əksinə, qəbul edilən qərarlar və qanunlar bir çox hallarda Rusiyanın maraqları və siyasəti ilə uzlaşır. Bu baxımdan Papuaşvilinin mövqeyi daha çox ritorik xarakter daşıyır və praktik əhəmiyyət kəsb etmir".

Analitik hesab edir ki, Tbilisi  Rusiya ilə yaxınlaşmaya işarə verir:


"Əsas məsələ Gürcüstanın öz ənənəvi xarici siyasət xəttinə qayıtması və ərazi bütövlüyünün bərpası uğrunda ardıcıl mübarizə aparmasıdır. Rusiya ilə edilən reveranslar və güzəştlər bu məqsədə xidmət etmir. Hazırda Gürcüstanın Rusiya ilə diplomatik münasibətləri bərpa etməməsi daha çox Qərb dəyərlərinə istinadla əsaslandırılır. Lakin görünən odur ki, müəyyən müddətdən sonra, işğal faktına baxmayaraq, Tbilisi həm Qərblə münasibətlərdə manevr etməyə, həm də Rusiya ilə diplomatik əlaqələri qurmağa hazır ola bilər. Xüsusilə borc məsələlərinin gündəmə gətirilməsi bu istiqamətdə müəyyən siqnallar verir".

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUN 2026
7 min pakistanlı turist Bakıdan qayıtmadı - Təhlükəli vəziyyət yarandı 14:09 Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir 13:58 Kreml: Zelenski ciddi danışıqlara hazırdırsa, Moskvaya gələ bilər 13:44 Paşinyan Koçaryanı Bakıya təhvil verir? – İrəvanı qarışdıran GÖZLƏNİLMƏZ PLAN 13:36 Leyla Əliyeva UNFCCC-in icraçı katibi ilə görüşdü 13:30 Sabahın havası açıqlandı: 35 dərəcə isti... 13:12 "Şəfa" Elnur Cəfərovla müqavilə müddətini uzatdı 13:08 Ermənistanı işğalda saxlayan simvollar 13:01 Magistr olmaq istəyənlərin diqqətinə: Nəticələr açıqlandı 12:55 Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Məktəblərdə müəllimlərə yeni forma məcburi olur - Bu geyimlərə QADAĞA qoyuldu 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Ötən həftə bu ərazilər minalardan təmizləndi 11:45 Qarabağ Zəfərindən informasiya suverenliyinə: yeni media idarəetmə sistemi 11:28 Bakıda tavan uçdu, göydən başına adam düşdü - VİDEO 11:24 Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Bütün Xəbərlər