Niyə məhz Pakistan? Vaşinqton və Tehranı eyni masaya oturdan GİZLİ GÜC

Niyə məhz Pakistan? Vaşinqton və Tehranı eyni masaya oturdan GİZLİ GÜC
08.04.2026 12:55

Pakistan və Azərbaycan arasında qardaşlıq və strateji tərəfdaşlıq münasibətləri mövcuddur. İki ölkə bir-birini Qarabağ və Kəşmir məsələlərində daim dəstəkləyir, müdafiə, iqtisadiyyat və enerji sahələrində əməkdaşlıq edir. Azərbaycanın Pakistana 2 milyard dollara yaxın investisiya qoyması planlaşdırılır. Bu yaxın münasibətlər Pakistanın regionda neytral və etibarlı vasitəçi imicini Azərbaycan üçün də əhəmiyyətli edir. 

Son hadisələrə diqqət yetirdikdə isə belə bir sual yaranır, niyə məhz Pakistan İran-ABŞ-İsrail atəşkəsində vasitəçi rolunu üzərinə götürdü?  

Məsələ burasındadır ki, Pakistan həm Vaşinqtonla, həm də Tehranla açıq və işlək diplomatik kanallara malikdir, regionda nisbətən neytral mövqe tutur və münaqişənin uzanması onun öz iqtisadi və təhlükəsizlik maraqlarına ciddi zərər verə bilər.

Pakistan hər iki tərəflə eyni vaxtda güclü əlaqələrə malikdir. ABŞ ilə münasibətləri son illərdə xeyli istiləşib. ABŞ Prezidenti Donald Tramp Pakistan ordusunun rəhbəri general Asim Muniri “mənim sevimli generalım” adlandırır. Pakistan Tramp administrasiyası ilə, xüsusilə vitse-prezident J.D. Vens  ilə birbaşa əlaqə saxlayır. İranla isə qonşu ölkədir. Son bir ildə yüksək səviyyəli görüşlər keçirilir. Pakistan hətta ABŞ-də İranın diplomatik maraqlarını qoruyur. General Munir İran hərbi rəhbərləri ilə də yaxşı münasibətlərə malikdir. Hətta bu barədə Analitik Michael Kugelmanın sözlərini xatırlatmaq yerinə düşər: “Pakistan ABŞ və İran arasında vasitəçi olmaq üçün ən uyğun ölkələrdən biridir, çünki hər iki tərəflə effektiv danışa bilir”.

Digər tərəfdən, Pakistan coğrafi və strateji üstünlüklərə malikdir. İranla birbaşa sərhəddə yerləşir, lakin münaqişədə birbaşa iştirak etmir. Digər potensial vasitəçilər ya münaqişədən birbaşa zərər çəkir, ya da bu rolu qəbul etmək istəmir. Pakistan isə Səudiyyə Ərəbistanı və Körfəz ölkələri ilə də yaxşı əlaqələr saxlayır. Bu vəziyyət onu hər üç tərəf üçün qəbuledilən vasitəçi etdi. Onun nüvə dövləti olması məsələsi də bəzi analitiklər tərəfindən qeyd olunur. Ölkə 1998-ci ildən bəri təxminən 170 nüvə başlığına malikdir və bu status onu regionda daha ciddi oyunçu edir, buna görə də, İsrail tərəfindən bu vasitəçilik əsasən risk kimi qiymətləndirilir.

Onu da qeyd etmək lazımdır ki, Pakistanın öz milli maraqları təhdid altındadır. Münaqişənin davam etməsi ölkə üçün ağır nəticələr yarada bilər. O, Orta  Şərqdən neft və qaz idxal edir, qiymətlərin qalxması daxildə yanacaq bahalaşmasına səbəb olur. Həmçinin 5 milyondan çox Pakistan vətəndaşı Ərəb ölkələrində çalışır və onların göndərdiyi pul ölkə iqtisadiyyatı üçün çox vacib rol oynayır. Ölkədə daxili sabitlik də pozulur. Buna görə də Pakistan atəşkəsə nail olmaq üçün fəal mövqe tutur.

Pakistan ABŞ-nin 15 bəndlik planını İrana, İranın cavabını isə ABŞ-yə çatdırır. Vasitəçi olaraq iki mərhələli “İslamabad Sazişi”ni təklif edir: birinci mərhələdə müvəqqəti atəşkəs və Hörmüz boğazının açılması, ikinci mərhələdə isə geniş sülh danışıqları.  Pakistanın Baş nazir Şahbaz Şərif və xarici işlər naziri İshaq Dar də daim tərəflər arasında əlaqə saxlayır. 

Nəticədə  atəşkəs elan olundu. Qeyd edək ki, bu saziş Livan və "Hizbullah"ı da əhatə edir. Danışıqların növbəti mərhələsi aprelin 10-da  İslamabadda keçiriləcək.

Yekun olaraq demək olar ki,  Pakistan digər ölkələrdən fərqli olaraq həm ABŞ ilə , həm də İranla eyni vaxtda effektiv danışa bilir, regionda neytral mövqedədir və münaqişə onun öz maraqlarını birbaşa təhdid edir. 

Bu, Pakistanın “orta güc” kimi diplomatiyada aktiv rol oynamaq istəyinin bariz nümunəsidir.

Jalə Rövşən

XƏBƏR LENTİ
16 IYUN 2026
DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 Bütün Xəbərlər