Naxçıvana hücum edən - Dünyanın ən böyük dövləti məğlub oldu - Yazılar ortaya çıxdı

Naxçıvana hücum edən - Dünyanın ən böyük dövləti məğlub oldu - Yazılar ortaya çıxdı
03.06.2026 10:45

Naxçıvan alimləri 30 ildən artıqdır axtardıqları qədim Urartu yazısını İlandağda aşkarlayıblar. Təxminən 2800 il əvvələ aid olduğu bildirilən mixi yazı Urartu hökmdarları İşpuini və Menuanın Naxçıvan istiqamətində həyata keçirdiyi hərbi yürüşlə bağlı mühüm məlumatlar ehtiva edir. Alimlərin fikrincə, bu, Azərbaycan ərazisində aşkar edilən ilk Urartu mixi yazısıdır və regionun qədim tarixinə dair yeni faktlar ortaya qoyur.


AMEA-nın Naxçıvan Bölməsinin əməkdaşlarının verdiyi məlumata görə, yazıda Urartu hökmdarlarının indiki Ərəzin kəndi istiqamətindən keçərək Araz çayının cənubundakı Pluadi ölkəsinə daxil olması, burada Urartunun baş tanrısı Xaldinin şərəfinə qurbanlar kəsməsi və qələbələrini əbədiləşdirməsi təsvir olunur.

Urartu dövlətinin erkən genişlənmə dövründə, e.ə. IX əsrin sonu – VIII əsrin əvvəllərində hökmdar İşpuini və onun oğlu Menua (Minua) birgə hərbi yürüşlər həyata keçirərək dövlətin sərhədlərini genişləndirməyə çalışıblar. Bu yürüşlər Urartunun Cənubi Qafqaza, o cümlədən Arazboyu ərazilərə və indiki Naxçıvan bölgəsinə nüfuz etmək siyasətinin tərkib hissəsi hesab olunur.


İlandağ (Ojasar) qayaüstü yazısı ilk dəfə 1980-ci illərin sonunda qeydə alınsa da, sonradan yeri itirilmişdi. 2026-cı il iyunun 1-də Azərbaycan Milli Elmlər Akademiyasının arxeoloqları Vəli Baxşəliyev, Bəxtiyar İbrahimli və Həbib Cəfərov tərəfindən yenidən aşkar edilib. Tədqiqatçılar yazını təxminən e.ə. 820–810-cu illərə aid edirlər ki, bu da İşpuini və Menuanın birgə hakimiyyət dövrünə təsadüf edir.

Yazının məzmununa görə, Urartunun baş tanrısı Haldinin himayəsi altında İşpuini və Menua Arşini adlı şəhəri və ya ölkəni ələ keçirib, Aniani ölkəsini məğlub edərək dağıdıblar. Daha sonra onlar Pluadi ölkəsinə daxil olub, burada Haldi və onun həyat yoldaşının şərəfinə qurbanlar təqdim edib, qələbəni əbədiləşdirmək üçün stel qoyublar.


Araşdırmalara görə, Urartu ordusu indiki Ərəzin kəndi istiqamətindən hərəkət edərək Araz çayını keçib və Pluadi ərazisinə daxil olub. Bu fakt Urartunun Naxçıvan və ətraf bölgələrə hərbi yürüşlərinin marşrutunu müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət daşıyır.

Bununla belə, tarixçilər hesab edirlər ki, Urartunun Naxçıvandakı yürüşləri uzunmüddətli uğur qazanmayıb. Sisianda aşkar edilmiş başqa bir yazıdan məlum olur ki, bölgədə güclü mövqe tutan Etiuni konfederasiyası Urartu təzyiqinə baxmayaraq, xərac verməklə öz müstəqilliyini qoruyub saxlaya bilib. Bu da Urartunun bölgədə davamlı siyasi nəzarət yarada bilmədiyini göstərir.

Tarixi mənbələrə görə, İşpuini dövründə Urartu Assuriyaya qarşı mübarizədə güclənməyə başlamış, dövlət ideologiyasında Haldi kultu ön plana çıxarılmışdı. Menua isə atasının siyasətini davam etdirərək qalalar, su kanalları və müdafiə qurğuları tikdirmiş, dövlətin sərhədlərini daha da genişləndirmişdi. Naxçıvan istiqamətindəki yürüş də bu ekspansiya siyasətinin bir hissəsi olub.

Mütəxəssislərin fikrincə, İlandağ yazısının yenidən tapılması Naxçıvanın qədim tarixinin öyrənilməsi baxımından mühüm hadisədir. Bu tapıntı regionun Dəmir dövrü tarixinə dair yeni məlumatlar təqdim etməklə yanaşı, Naxçıvanın Urartu mənbələrində birbaşa xatırlanan ərazilərdən biri olduğunu təsdiqləyir. Alimlər qeyd edirlər ki, yazının tam deşifrə olunması və elmi tədqiqi istiqamətində araşdırmalar davam edir.


Əziz Əlibəyli Beynəlxalq münasibətlər üzrə tədqiqatçı

XƏBƏR LENTİ
30 IYUL 2026
Rusiya “Telegram”ın təsisçisini niyə “qara siyahı”ya saldı? - SƏBƏB bu imiş 22:26 İran ABŞ-nin bu ölkədəki aviabazasını vurdu - VİDEO 22:14 UEFA Avropa Liqası: ÇSKA - "Qarabağ" oyunu başladı - CANLI 22:03 "Zirə" UEFA Konfrans Liqası ilə vidalaşdı - VİDEO 20:04 Səbrsizliklə gözlənilən “44” filmi tamamlandı 21:49 UEFA Konfrans Liqası: "Neftçi" "Dinamo" ilə matçda hesabı açdı - YENİLƏNDİ 21:18 Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Bütün Xəbərlər