Mollalar "qış imtahanı"ndan kəsilir – İran Məsudun ola biləcək?

Mollalar "qış imtahanı"ndan kəsilir – İran Məsudun ola biləcək?
02.01.2026 15:46

Son aylarda İranda baş verən etirazlar göstərdi ki, ölkədəki mövcud sosial-siyasi gərginliyin əsas səbəbi iqtisadi böhranın dərinləşməsidir. 

2025-ci ilin dekabrında İran rialının rekord səviyyədə dəyər itirməsi inflyasiyanı 40 faizdən yuxarı qaldırdı və ərzaq qiymətlərində kəskin artıma səbəb oldu. Bu vəziyyət geniş narazılıq doğurdu və ilk olaraq Tehranın “Bazar” ticarət mərkəzində mağazaların bağlanması ilə başlayan etiraz dalğası Şiraz, İsfahan, Həmədan və digər şəhərlərə yayıldı. Tələblər iqtisadi xarakterli görünsə də, prosesin özündə güclü siyasi mesajlar daşıdığı aydın görünür.

Prezident Məsud Pezeşkian hakimiyyətə gəldikdən sonra sərt teokratik sistemin yumşaldılması və müəyyən liberal islahatların keçirilməsi istiqamətində cəhdlər edir. O, xüsusilə gənclər, şəhər orta sinfi və liberal düşüncəli vətəndaşlar tərəfindən dəstəklənir. Lakin Pezeşkianın əsas problemi ölkənin real güc mərkəzi olan mühafizəkar qanad və “dövlət içində dövlət” sayılan SEPAH-dır. 

SEPAH həm siyasi, həm də iqtisadi sferada həlledici nüfuza malik olduğundan prezidentin islahat təşəbbüslərinə ciddi müqavimət göstərir.

Pezeşkian xalq arasında nüfuzlu fiqur olsa da, sistem daxilində səlahiyyətləri məhdudlaşdırılıb. O, etirazçıların tələblərinə qismən pozitiv yanaşaraq prosesə nəzarət etməyə, müəyyən güzəştlər hesabına etirazları idarə etməyə və bundan istifadə edərək islahatların qarşısını açmağa çalışır. Pezeşkian açıq şəkildə bildirir ki, ölkədə baş verən böhranların əsas səbəbi illərlə islahatların qarşısının alınmasıdır və bunun məsuliyyəti sərt xətt tərəfdarlarının üzərindədir.

Hazırda İranda gizli şəkildə post-Xamenei dövrünə hazırlıq gedir. İranın ali dini lideri Seyid Əli Xameneinin səhhətinin zəifləməsi ölkə daxilində ciddi siyasi rəqabət yaradıb. Pezeşkianın məqsədi gələcək ali rəhbər kreslosuna özünə yaxın və daha yumşaq xətt tərəfdarı olan Ruhani kimi fiqurun gətirilməsinə zəmin yaratmaqdır. Bu halda prezidentlik institutunun güclənməsi və mərhələli şəkildə daha liberal respublika modelinə keçidin mümkün olacağı ehtimal edilir. Lakin SEPAH və mühafizəkar qanad bu ssenarini qəbul etmir və sərt teokratik modelin davamını müdafiə edir.

Etirazların genişlənməsi qısa müddətlik Pezeşkian və islahatçı düşərgə üçün fürsət yaratsa da, ölkənin real hakimiyyət strukturu hələ də mühafizəkarların əlindədir. Buna görə də Pezeşkianın “İranın Məsudu”na çevrilib-çevrilməyəcəyi və sistemi dəyişdirib-dəyişdirə bilməyəcəyi yaxın aylarda ölkədəki siyasi dinamikanın inkişafından asılı olacaq. İran hazırda böyük siyasi transformasiya dövrünə qədəm qoyur və Pezeşkian bu transformasiyanın simasına çevrilmək uğrunda mübarizəni davam etdirir.

(Politoloq Zeynal Əmrəliyev)

XƏBƏR LENTİ
01 AVQUST 2026
Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Bütün Xəbərlər