Miqrasiya əleyhinə etirazlar: Azərbaycana hansı təsirləri olacaq?

Miqrasiya əleyhinə etirazlar: Azərbaycana hansı təsirləri olacaq?
23.09.2025 10:47

Niderland və Avropada sağçı populizmin yüksəlişi, miqrasiya əleyhinə etirazlar müşahidə olunur.

Nəzərə almaq lazımdır ki, Avropada azərbaycanlı diasporlar var və bu məsələdə miqrantlar təzyiqlərlə qarşılaşa bilər.

Ümumiyyətlə, Qərbin miqrasiya siyasətinin Cənubi Qafqaza, konkret olaraq isə Azərbaycana təsirləri nələr ola bilər?

Bu siyasi dalğa Avropa İttifaqının ümumi miqrasiya siyasətini mənfi mənada dəyişdirə bilərmi?

“Dünya çalxalanır”

Bu sözləri TodayPress TV-yə Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, dünyada siyasi arxitektura yenidən qurulur və tamamilə yeni dəyərlər yayılır:

“Rusiya–Ukrayna müharibəsi, İsrail və Fələstinin kəskin qarşıdurması, Latın Amerikasındakı problemlər, Yaxın Şərqdəki digər bölgələrdə terror və təhdidlər artıq onu deməyə əsas verir ki, dünya çalxalanır, yeni dəyərlər yaranır” , – deyə o bildirib.

“Yaxın Şərq və Afrikadan sonsuz axınla gələn miqrantlar daha çox Avropaya üz tuturlar”

Parlamentari miqrasiya probleminin dünyada hazırda ən böyük problem olduğunu vurğulayıb:

“Avropada uzun illər oturuşmuş siyasi, hərbi və humanitar dəyişikliklər, o cümlədən pozuntular mövcuddur. Ancaq ən böyük problem miqrasiya problemidir. Əsasən də Yaxın Şərq və Afrikadan sonsuz axınla gələn miqrantlar daha çox Avropaya üz tuturlar. O cəmiyyətlərdə də buna görə narazılıqlar baş qaldırır. Hazırda daha çox Şərqi Avropa ölkələri radikal miqrasiya siyasəti həyata keçirirlər. Ən çox miqrant axını Almaniya, Fransa və İtaliyaya yönəlir. Bu ölkələrdə zaman-zaman əhalinin hökumətə qarşı dirənişi görünür, siyasətin sərtləşməsi tələb olunur”.

Deputat sağçı qüvvələrin populizmindən də söz açıb:

“Ancaq uzun zamandır ki, Avropada digər bir narahatlıq doğuran məqam sağçı qüvvələrin aktivləşməsidir. Bu isə daha çox Niderlandda görünür. Sağçıların populist çıxışlar etməsi, onların yüksəlişi və əsasən də narazı əhalinin maraqlarını ifadə etmələri populyarlığa gətirib çıxarır. Digər tərəfdən, bir çoxunda ksenofobiya meyllərinin olduğu görünür. Hətta islamofobiya və türklərə qarşı yönəlmiş fobiyalar da açıq-aşkar sezilir”.

“Azərbaycan tarixən tolerant dövlət olub”

Vüqar İskəndərov məsələ ilə bağlı son olaraq bildirib:

“Qərb miqrasiya siyasətində hələlik tam mövqeyini aydınlaşdırmayıb. Düşünürük ki, bu siyasətin Cənubi Qafqaza, konkret olaraq Azərbaycana təsirləri mümkün deyil. Çünki səbəb birdir: Azərbaycan tarixən tolerant dövlət olub. Bütün dinlərin, xalqların qardaş kimi yaşadığı sabitlik adası olub Azərbaycan. Bu gün sözün əsl mənasında ölkəmiz bu sahədə də dünyada nümunəvi ölkələrdən biridir. Ancaq texnologiyanın, elmin sürətli inkişafı dəyərləri də sərhədsiz edir və bir çox istəmədiyimiz dəyərlər də sərhədləri aşaraq yayılır. Belə məsələlərdə diqqətli olmalıyıq. Gənclər və yeniyetmələrlə bu istiqamətdə işləməyimiz vacibdir. Belə həssas məsələlərdə hər şeydən razı olaraq dayanmaq olmaz”.

Orxan Saffari

TodayPress TV

FOTOLAR

Miqrasiya əleyhinə etirazlar: Azərbaycana hansı təsirləri olacaq? — 1
XƏBƏR LENTİ
01 AVQUST 2026
Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 Bütün Xəbərlər