"KQB bizi buna vadar etdi" — Paşinyan Rusiyanı niyə İFŞA ETDİ?

"KQB bizi buna vadar etdi" — Paşinyan Rusiyanı niyə İFŞA ETDİ?
05.11.2025 14:37
Ermənistanın Baş naziri Nikol Paşinyan son çıxışı ilə İrəvan–Moskva münasibətlərində yeni gərginlik ocağı yaradıb. O, xalqlar arasında formalaşmış stereotiplərin mənbəyinə toxunaraq sensasiyalı bəyanat səsləndirib. 

Paşinyanın sözlərinə görə, ermənilərin türklər və azərbaycanlılar haqqında bu günə qədər mövcud olan təsəvvürləri Rusiya və keçmiş SSRİ-nin təhlükəsizlik orqanları – KQB tərəfindən formalaşdırılıb.

Baş nazirin sözlərinə əsasən, ermənilərin Türkiyə və Azərbaycan haqqında kök salmış təsəvvürləri sovet təbliğatı nəticəsində yaranıb:

“Biz “Türklər dəyişmir” deyəndə, Türkiyədə də eyni ifadə ermənilər haqqında işlədilir. Biz “Azərbaycana necə etibar edə bilərik?” deyəndə, onlar da eyni sualı bizə qarşı yönəldirlər. Ermənistan cəmiyyəti KQB agentləri tərəfindən formalaşdırılan dünyagörüşündən azad olmalıdır”.

Paşinyanın bu fikirləri dərhal Moskvada sərt reaksiya doğurub. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova cavab açıqlamasında bildirib ki, KQB yalnız 1954-cü ildə yaradılıb və onun 1915-ci ildəki “erməni soyqırımı” ilə əlaqələndirilməsi tarixi baxımdan əsassızdır. 

Ermənistanın Baş nazirinin açıqlaması nəyi əks etdirir? Bu etiraf Ermənistan cəmiyyətində siyasi düşüncənin dəyişməsi və ya yeni ideoloji istiqamətin formalaşması kimi dəyərləndirilə bilərmi? Digər məsələ, Zaxarovanın cavabı əsaslıdırmı? 

Məsələ ilə bağlı TodayPress TV-yə danışan AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov bildirib ki, Paşinyanın son bəyanatı Ermənistan cəmiyyətində və siyasi düşüncəsində tədricən baş verən ideoloji dəyişikliklərin əlaməti kimi dəyərləndirilə bilər:

“Paşinyanın bu çıxışı həm tarixi stereotiplərin yenidən dəyərləndirilməsi baxımından, həm də regionda daha rasional və praqmatik siyasətə yönəlmiş yanaşmanın formalaşması baxımından mühüm əhəmiyyət daşıyır. O bu stereotiplərin KQB təbliğatının nəticəsində formalaşdığını qeyd etməklə əsasən Sovet dövrünü hədəf göstərib. Yəni Paşinyan məhz Sovet təhlükəsizlik strukturlarının xalqlar və dövlətlər arasında mənfi təsəvvürlər yaratdığına işarə edib. Lakin əslində bu proses daha geniş və uzunmüddətli bir dövrü əhatə edir”.

Ekspertin sözlərinə görə, Birinci Dünya müharibəsi zamanı Cənub cəbhəsində baş verən hadisələr bunun bariz nümunəsidir:

“Həmin dövrdə Rusiya Osmanlı imperiyasına qarşı mübarizədə yerli erməni qüvvələrindən fəal şəkildə istifadə edib. Hətta bir neçə erməni batalyonunun yaradılması da bu faktı təsdiqləyir. Rusiyanın o zamankı təbliğatının mərkəzində isə “xristian icmalarını Osmanlıdan qorumaq” kimi saxta ideologiya dayanırdı. Sonrakı illərdə, yəni Zaxarovanın bəhs etdiyi KQB dövründən öncə belə, QRU və NKVD kimi strukturlar xalqlar arasında düşmənçilik toxumlarını səpmək siyasətini davam etdiriblər”.

Rəşad Bayramov hesab edir ki, istər Çar Rusiyası, istər Sovet İttifaqı dövründə, istərsə də ittifaqın süqutundan sonra Moskva bu istiqamətdə ardıcıl şəkildə fəaliyyət göstərib:

“Nəticə etibarilə, Paşinyanın bəyanatı erməni cəmiyyətində Türkiyə və Azərbaycanla bağlı mövcud stereotiplərin əslində xarici təsirlərin məhsulu olduğunun dolayısı etirafı kimi qəbul edilə bilər. Doğrudur, bu fikirlər geniş erməni kütləsi tərəfindən asanlıqla qəbul olunmaya bilər, lakin bu açıqlama Ermənistan siyasi düşüncəsində ideoloji transformasiyanın başlanğıcı kimi dəyərləndirilə bilər”.

Qiymət Mahir

FOTOLAR

"KQB bizi buna vadar etdi" — Paşinyan Rusiyanı niyə İFŞA ETDİ? — 1
XƏBƏR LENTİ
01 AVQUST 2026
Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Bütün Xəbərlər