İsraili indi ancaq Tanrı xilas edə bilər və ya Cənubi Livanı işğalı

İsraili indi ancaq Tanrı xilas edə bilər və ya Cənubi Livanı işğalı
03.06.2026 10:15

İsrail çox kiçik və dar bir ölkədir. Ən dar yerində eni cəmi 15 kilometrdir, əhalisinin böyük hissəsi isə nazik sahil zolağında sıxışmış vəziyyətdə yaşayır. Bu coğrafi reallıq İsrailin təhlükəsizlik strategiyasının əsasını təşkil edir: ölkə indiki sərhədləri ilə özünü müdafiəsiz hiss edir. 

Təhlükəsizlik elitası uzun illərdir “müdafiə olunan sərhədlər” konsepsiyasını müdafiə edir. Bu təbii maneələrə – çaylara, dərin vadilərə və yüksək dağ silsilələrinə söykənən sərhədlər yaratmaq deməkdir. Belə maneələr hücumu çətinləşdirir və rəqib qüvvələrin ölkənin mərkəzi ərazilərinə asanlıqla çatmasının qarşısını alır.

İdeya 1967-ci il müharibəsindən sonra formalaşıb. Həmin müharibədə ələ keçirilən Qolan Təpələri, Qərb Sahili və Sina yarımadası İsrailə strateji dərinlik verdi. BMT-nin 242 saylı qətnaməsində yer alan “təhlükəsiz sərhədlər” ifadəsini də İsrail 1967-ci il sərhədlərinə tam qayıtmamağın əsaslandırılması üçün istifadə edir. İlk rəsmi layihə 1967-ci ildə irəli sürülmüş Allon Planı idi. Bu plan şərqdə İordan vadisinin, şimalda isə Qolanın İsrailin nəzarətində qalmasını nəzərdə tuturdu.

Cənubi Livanda İsrailin diqqəti iki əsas nöqtəyə yönəlib:


Litani çayı: Dərin kanyonları ilə təbii baryer rolunu oynayır. İsrail Hizbullah qüvvələrini bu xəttin şimalına sıxışdırmaq və Bofort təpələri kimi strateji yüksəkliklərə nəzarəti saxlamaq istəyir.

Hermon dağı (Şeyx dağı): Bölgənin ən yüksək zirvəsidir. İsraillilər onu “dövlətin gözü” adlandırırlar. Buradan Suriya və Livanın dərinliklərini, Bekaa vadisini və Dəməşq istiqamətini müşahidə etmək mümkündür.


Bu nöqtələri təsəvvürünüzdə birləşdirin, vahid müdafiə xəttinin yarandığını görəcəksiniz:  Litani çayı – Hermon – Qolan silsilələri – İordan vadisi – Ölü dəniz. Topoqrafik baxımdan bu xətt İsrailin mərkəzi ərazilərini əhatə edən təbii qalxan yaradır. Məsələn, Qalileya gölünün səviyyəsi dəniz səviyyəsindən 212 metr aşağıda yerləşir, qarşı tərəfdəki Qolan yüksəklikləri isə 1000 metrdən artıqdır. Belə dik relyefdə üstün mövqe tutan tərəf həm daha geniş müşahidə imkanına malik olur, həm də hərbi üstünlük qazanır.


"Hizbullah" bu təhlükəsizlik tənliyində əsas təhdid kimi qiymətləndirilir. İranın dəstəklədiyi şiə hərəkatı Cənubi Livanın yaşayış məntəqələri arasında möhkəmlənib və geniş raket arsenalına malikdir. Bu arsenal sərhədi keçmədən belə Şimali İsrail şəhərlərini vurmağa imkan verir. Bundan əlavə, sərhəd yaxınlığındakı tunellər və yerli qüvvələr quru əməliyyatları üçün də potensial yaradır.

7 oktyabr hadisələrindən sonra İsrail üçün ən böyük qorxu ssenarilərindən biri məhz şimaldan həyata keçirilə biləcək belə çoxistiqamətli hücum olub. Bu səbəbdən sərhədə yaxın bir sıra yaşayış məntəqələri boşaldılıb. İsrailin Litani xəttinə xüsusi əhəmiyyət verməsinin əsas səbəbi də budur: raketlər və potensial quru təhdidi ilə İsrail şəhərləri arasında əlavə məsafə yaratmaq.

İllərdir nəzəri doktrina kimi qalan bu strategiya son hadisələrlə praktik müstəviyə keçib. İsrail Qolan Təpələrini əlində saxlayır, Hermon dağının Suriya tərəfində mövqelərini gücləndirib və Cənubi Livanda Litani xəttini keçərək Nəbatiyyə ətraflarınadək irəliləyib. Bu, Livan ərazisinin təxminən beşdə birinə nəzarəti ələ almaq  deməkdir.


İran bu vəziyyəti “qırmızı xətt” hesab edir. Atəşkəs şərtlərində İsrailin Cənubi Livandan çıxmasını əsas tələb kimi irəli sürür. Beləliklə, Litani xətti artıq yalnız Livan məsələsi deyil, həm də İran–İsrail qarşıdurmasının birbaşa komponentinə çevrilib.

İsrailin məqsədi 1982–2000-ci illərdə mövcud olmuş “təhlükəsizlik zonası”nın daha daimi və strukturlaşdırılmış versiyasını yaratmaqdır. Lakin belə genişmiqyaslı nəzarət yeni müqavimət dalğası və uzunmüddətli eskalasiya riskini də özü ilə gətirə bilər.

Nəticədə, məsələ nə sadəcə “vəd edilmiş torpaqlar”, nə də şəxsi ambisiyalardır. İsrailin baxışına görə Litani, Hermon və Qolan onun sıx məskunlaşmış mərkəzi bölgələrini qoruyan strateji qalxanın əsas sütunlarıdır.  Bölgənin etnik quruluşunun dəyişdirilməsi ilə son vəziyyəti isə  belə təsəvvür etmək olar:



XƏBƏR LENTİ
16 IYUN 2026
Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Ötən həftə bu ərazilər minalardan təmizləndi 11:45 Qarabağ Zəfərindən informasiya suverenliyinə: yeni media idarəetmə sistemi 11:28 Bakıda tavan uçdu, göydən başına adam düşdü - VİDEO 11:24 Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO 11:10 Ruhi Əliyeva Qarabağ veteranını işdən qovdu: Məhkəmə belə ona söz haqqı verir 10:57 Roma Papası Azərbaycana səfərə dəvət edildi 10:52 Müqəddəs Taxt-Tacın nümayəndəsi Prezidentin qəbulunda 10:41 Kimlər Paşinyanın nişangahındadır? - Konstitusiya dəyişikliyi planı açıqlandı 10:36 "Sabah" Patrik Orfe Mbinanın transfer hüquqlarına yiyələndi 10:30 Miopiya nə üçün yaranır? Görmə qüsurunun əlamətləri və korreksiya yolları 10:20 "Sabah"ın UEFA-da rəqibi bu gün bəlli olacaq 10:15 Əl və ayaq dərisində quruluq: Əsas səbəblər və effektiv nəmləndirmə üsulları 10:15 Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq 10:08 Sürücülərin nəzərinə! İcbari sığorta haqları artıq yeni qaydalarla hesablanacaq 10:06 Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA 10:01 "Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 "Qarabağ"ın Avropa Liqada rəqibi bəlli olur 09:53 Bütün Xəbərlər