İrəvandan Moskvaya ultimatum: Bölgəni hansı fəlakətlər gözləyir?

İrəvandan Moskvaya ultimatum: Bölgəni hansı fəlakətlər gözləyir?
13.02.2026 13:29

Ermənistanın Baş naziri Nikol Paşinyan “Public TV”yə müsahibəsində ölkənin dəmir yollarına nəzarətin Rusiyadan geri alınmasını təklif edib. O bildirib ki, 2008-ci il müqaviləsinə əsasən sistem “Russian Railways”in törəmə şirkətinə verilib.   

Bəs Rusiya Ermənistanın dəmir yollarına nəzarəti geri verəcək? 

Sözügedən məsələni politoloq Elçin Xalidbəyli TodayPress TV-yə şərh edib.  


O, bildirib ki,  Ermənistanın dəmir yollarının Rusiyanın törəmə şirkətinin nəzarətində olması ciddi problemdir. Ümumilikdə, ölkənin nəqliyyat-kommunikasiya sistemində Rusiyanın hegemonluğu mövcuddur ki, bu da Ermənistan üçün suverenliyin məhdudlaşdırılması baxımından həssas məsələ sayılır. 

"Xüsusilə TRIPP (Zəngəzur dəhlizi) layihəsinin reallaşdırılması ərəfəsində bu vəziyyət rəsmi İrəvan üçün çətin situasiya yaradır. Bir müddət əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyaya müraciət edərək TRIPP marşrutunun keçəcəyi ərazidə dəmir yollarının bərpasını təklif etmişdi. O bildirmişdi ki, əgər Rusiya bu işi görməzsə, Ermənistan həmin xətləri öz büdcəsi hesabına bərpa edəcək",- analitik deyib.

Onun qənaətincə, bu addım Paşinyanın siyasi manevri kimi qiymətləndirilə bilər. “Tramp marşrutu” adlandırılan layihənin Rusiyanın iştirakı olmadan reallaşdırılması planlaşdırılır. Layihə çərçivəsində ABŞ və Ermənistan arasında ortaq şirkətin yaradılması və marşrut üzrə prosesə həmin qurumun nəzarət etməsi nəzərdə tutulur.

Politoloq qeyd edib ki, vəziyyəti mürəkkəbləşdirən əsas məqam Ermənistanın dəmir yolu sisteminin bütövlükdə Rusiyanın nəzarətində olmasıdır: 

"Bu  o deməkdir ki, “Tramp marşrutu”nun keçəcəyi xətlər də faktiki olaraq Rusiya idarəçiliyində qala bilər. Məhz buna görə Paşinyan Rusiyaya bərpa təklifini irəli sürmüş, əks halda Ermənistanın bu işi özü görəcəyini və sonradan həmin xətlər üzərində nəzarəti ələ alacağını bildirmişdi.

Bu, Rusiyanı fakt qarşısında qoyaraq prosesi Moskvasız davam etdirmək cəhdi kimi dəyərləndirilə bilər. Lakin Kreml bu manevri nəzərə alaraq fərqli mövqe sərgiləyib və son açıqlamalara görə, Rusiya marşrut üzrə dəmir yollarının bərpasında iştirak etmək niyyətindədir".

E.Xalidbəylinin fikrincə, bu  rəsmi İrəvan üçün əlavə çətinlik yaradır: 

"Çünki bərpa prosesində iştirak edən Rusiya sonradan həmin xətlər üzərində təsir imkanlarını qorumağa çalışa bilər. Nəticədə, Ermənistan rəhbərliyi Rusiyanı prosesdən kənarlaşdırmaq üçün daha qətiyyətli siyasi iradəyə ehtiyac olduğunu anlayır".

Analitik onu da əlavə edib ki, bununla belə, Rusiya həmin bölgədəki dəmir yollarına nəzarətdən asanlıqla imtina etməyəcək. Eyni zamanda, ABŞ-nin mümkün təzyiqləri və Ermənistanın sərt mövqeyi müəyyən dəyişikliklərə səbəb ola bilər.

"Ümumilikdə, TRIPP layihəsi çərçivəsində dəmir yolları ətrafında formalaşan vəziyyət kifayət qədər mürəkkəbdir və bu amil layihənin reallaşdırılması prosesində gərginlik yaradan əsas faktorlardan biri kimi çıxış edə bilər", - Elçin Xalidbəyli fikrini tamamlayıb.    

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Bütün Xəbərlər