İrəvana 11 milyonluq dron tədarükü: Vaşinqton nəyin hazırlığını görür?

İrəvana 11 milyonluq dron tədarükü: Vaşinqton nəyin hazırlığını görür?
10.02.2026 14:03

ABŞ texnologiyası Ermənistana gələcək.  ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens Ermənistanda səfərdədir. Onun  açıqlamasına görə, TRIPP Fondu vasitəsilə Ermənistana ümumilikdə 9 milyard dollar həcmində investisiya yönəldiləcək, həmçinin 11 milyon dollar dəyərində pilotsuz kəşfiyyat texnologiyalarının satışı təsdiqlənib. Vens bildirib ki, layihə Cənubi Qafqaz üçün ciddi iqtisadi təsir yaradacaq və tərəflər nüvə enerjisindən dinc məqsədlərlə istifadə üzrə əməkdaşlıqla bağlı danışıqları da yekunlaşdırıblar.

Politoloq Şakir Ağayev bu barədə TodayPress TV-yə danışıb.


Analitik məsələni belə şərh edib:

"Bəli, bildiyimiz kimi, ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens dünən Ermənistanda Paşinyanla görüş zamanı bir neçə milyardlıq layihəni imzalayıb. Ən təəccüblüsü odur ki, amerikalılar hətta müttəfiqi olan ölkələrinə vermədiyi nadir texnologiyaları Ermənistana təqdim edir. Orada mobil müasir atom elektrik stansiyasının tikilməsi, PUA-ların (pilotsuz uçuş aparatları) verilməsi və TRIPP-in bütün maliyyə dəstəyi barədə söhbət gedir. Mənim fikrimcə, burada Azərbaycan üçün ən narahatedicisi kəşfiyyat PUA-larının Ermənistana verilməsi, bu investisiyaların qoyulması və mobil atom elektrik stansiyasının tikilməsi, yəni yeni texnologiyanın Ermənistana ötürülməsidir".

Ekspert qeyd edib ki, ABŞ texnologiyaları Ermənistanda təhlükə yarada bilər:


"Ermənistanın keçmişinə baxsaq, etibarı zəif bir dövlət olduğunu görürük. Müstəqilliyi dövründə Azərbaycan torpaqlarına qarşı işğal siyasəti yürüdüb və 30 il ərzində bu siyasəti davam etdirib. Sabah heç kimin zəmanəti yoxdur ki, Paşinyan hakimiyyətdən gedəndən sonra yeni hakimiyyət bu texnologiyaları qonşulara qarşı təcavüz vasitəsi kimi istifadə etməyəcək. Bu, region üçün təhlükəli bir tendensiyadır".

O vurğulayıb ki, Vensin çıxışı da diqqət çəkir: 

"Təəssüf ki, o, Ermənistana qədim tarix və xristianlıq ilə bağlı əhəmiyyət verən bir dövlət kimi yanaşır. Əslində, Ermənistanın belə qədim tarixi və xristianlıqla bağlı mövcud reallığı yoxdur".

Politoloq diqqətə çatdırıb ki, ABŞ Ermənistanda möhkəmləndikcə Moskva narazı qalacaq:

"Bakı-Moskva tərəfdən bu addımın necə qarşılanacağı məsələsi isə çətindir. Moskvanın xoş qarşılamayacağı şübhəsizdir. Yəqin ki, Moskva bu vəziyyətdə təsir imkanlarından istifadə edəcək, çünki ABŞ-nin Ermənistanda hərbi möhkəmlənməsi Moskvanın bölgədəki təsirini xeyli azaldır".

Ş.Ağayev sonda bildirib ki, Vensin ölkəyə səfərindən sonra Azərbaycanın mövqeyi bəlli olacaq: 

"Azərbaycan tərəfinə gəlincə, Vens fevralın 10-da  Azərbaycanda olacaq və danışıqlar aparacaq. Mən hesab edirəm ki, bugünkü görüşdən sonra Azərbaycan tərəfi nəticələrdən asılı olaraq öz mövqeyini bildirəcək.   

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 Bütün Xəbərlər