Ərdoğan–Merts görüşü: Ankara–Berlin gündəmi və Türkiyənin Aİ perspektivi

Ərdoğan–Merts görüşü: Ankara–Berlin gündəmi və Türkiyənin Aİ perspektivi
31.10.2025 14:14

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Almaniya Kansleri Fridrix Merts Ankarada qapalı formatda görüş keçiriblər.


Türkiyə Prezident Administrasiyasının məlumatına görə, bu, Fridrix Mertsin kansler kimi Türkiyəyə ilk səfəridir. 

Maraqlıdır, görüşün nəticələri nələr olacaq?  

Mövzu ilə bağlı TodayPress TV-yə danışan siyasi şərhçi Şakir Ağayev bildirib ki, Ərdoğan–Merts görüşü Türkiyənin qlobal siyasətdə artan rolunu bir daha nümayiş etdirir:

"Bəli, artıq görüş baş tutub. Düzdür, ikitərəfli əməkdaşlıq və NATO çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Amma görüşün nəticələri barədə dəqiq fikir söyləmək hələ çətindir. Təbii ki, bundan əvvəl Böyük Britaniyanın Baş naziri Kir Starmerin, indi isə Mertsin Türkiyəyə səfəri, Türkiyənin həm regionda, həm də dünyada mühüm qlobal orduya malik ölkə olduğunu, eyni zamanda NATO-da hərbi cəhətdən aparıcı dövlətlərdən biri olduğunu göstərir. Qlobal miqyasda – istər Yaxın Şərqdə, istərsə də Rusiya–Ukrayna məsələsində və digər proseslərdə Avropanın Türkiyəyə ehtiyacı var. Buna görə də həm Starmerin, həm də Mertsin səfəri Avropa üçün ona görə əhəmiyyətlidir ki, Türkiyə ilə mövqelərini uyğunlaşdırmaq və razılığa gələ bilsinlər".

Ekspert qeyd edib ki, Avropa Türkiyəni masaya dəvət etmədən ondan faydalanmaq istəyir: 

"Burada təəssüf doğuran məqamlardan biri odur ki, Merts Türkiyədə “biz Türkiyəni Avropa Birliyində görmək istəyirik”, - deyə bəyan edir, amma eyni zamanda qeyd edir ki, müəyyən şərtlər var və Türkiyə onları hələ yerinə yetirməyib. Bu, həm təəccüblüdür, həm də təəssüf doğurur. Bir daha sübut olunur ki, onlar Türkiyədən istədiklərini almaq istəyirlər, amma Türkiyənin istəklərini yerinə yetirmək niyyətində deyillər.

Təbii ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bütün bunları nəzərə alır və alacaq. Merts açıq şəkildə bildirir ki, Türkiyə hələlik Avropa İttifaqına (Aİ) daxil ola bilməz. Halbuki Türkiyə Prezidenti qeyd edib ki, strateji hədəf Aİ-yə üzv olmaqdır. Avropa tərəfi isə Türkiyəni güclü hərbi potensiala malik dövlət kimi öz maraqlarına uyğun şəkildə istifadə etmək istəyir, lakin Aİ-yə üzvlük məsələsində ikili standartlardan çıxış edir".

Ş.Ağayevin sözlərinə görə, bu, paradoksal bir vəziyyətdir: 

"Moldova və Ukrayna kimi heç bir standartlara tam cavab verməyən dövlətləri tələsik şəkildə Aİ-yə daxil etmək istəyirlər, amma yüzilliklərə dayanan tarixi olan, bütün meyarlara cavab verən Türkiyəni qəbul etmək istəmirlər.

Təbii ki, bu amil danışıqlara da öz təsirini göstərəcək. Ən əsası isə odur ki, Avropanın aparıcı, “lokomotiv” dövlətlərinin Türkiyəyə səfərləri bir daha göstərir ki, Türkiyə bölgədə aparıcı rol oynayır". 

Jalə Rövşən

TodayPress TV

FOTOLAR

Ərdoğan–Merts görüşü: Ankara–Berlin gündəmi və Türkiyənin Aİ perspektivi — 1
XƏBƏR LENTİ
31 IYUL 2026
Polşa Rusiyadan hesabat tələb etdi 17:44 Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq 17:20 Sançes baş verənlərdən şoka düşüb: ərazimizə hücum edirlər 17:15 İspaniyada 25 mindən çox miqrant Mərakeşə geri qaytarıldı 17:02 Rassellin gələcəyi ilə bağlı gözlənilməz açıqlama 16:50 Dezinformasiyalar sosial həyatımızı təhlükə altına aldı – Prezident müdaxilə etməli oldu. 16:45 FIFA-dakı qalmaqal böyüyür: daha bir istefa gəldi 16:39 Küveyt İranın pilotsuz uçuş aparatlarını vurdu 16:15 Şensnıdan təqaüdlə bağlı gözlənilməz açıqlama 16:19 150 balla bu ixtisaslara qəbul mümkündür - DİM sədri açıqladı 16:10 DİM sədri: l ixtisas qrupu üzrə keçid ballarının artacağı gözlənilir 15:58 Səudiyyə İranı məğlub etmək üçün İraqı vurdu - YENİ SSENARİ İŞƏ DÜŞDÜ 15:57 Seutaya 24 saata 49 min miqrant – İspaniya bunu "hücum" adlandırdı 15:45 UEFA vacib oyunu azərbaycanlı FIFA referisinə həvalə etdi 15:37 “Qarabağ”ın Konfrans Liqası oyununa FIFA referisi təyin edildi 15:33 Stalinin güllələtdiyi zadəganın SSRİ neft sənayəsini dirçəltmiş akademik oğlu: Midhət Abbasov-100 15:28 Niderland millisini tanınmış keçmiş futbolçu çalışdıra bilər 15:09 Prezidentin təltif olunduğu orden: Daha kimlərə verilib? 15:19 “Nyukasl” daha bir ulduzunu itirdi: Gimarayens gedir 15:05 Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparıldı 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Bütün Xəbərlər