Əraqçinin Moskva səfəri: Putin İrana nələr vəd edəcək?

Əraqçinin Moskva səfəri: Putin İrana nələr vəd edəcək?
23.06.2025 15:42

“İranın xarici işlər naziri Abbas Əraqçi ölkəsinin Ali dini lideri Əli Xameneinin məktubunu Rusiya Prezidenti Vladimir Putinə təqdim etmək üçün Moskvaya gedib. Məktubun mətni açıqlanmasa da, aydındır ki, Əli Xamenei Putindən İrana dəstəyin artırılmasını istəyib”.

TodayPress TV xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu öz "Facebook" hesabında yazıb.

O bildirib ki, Tehranın Moskvadan bir neçə gözləntisi var:

“Birincisi, Tehran Rusiyanın beynəlxalq təşkilarlarda ABŞ və İsrailə qarşı təzyiqini artıracağına ümid edir. İkincisi, Tehran yanvarda iki ölkə arasında imzalanan strateji tərəfdaşlıq çərçivəsində Rusiyanın İrana hərbi dəstəyini artırmasını istəyir. Tehranın Rusiyadan olan gözləntilərinin reallaşması problematikdir. Əlbəttə, Rusiya Çinlə birlikdə BMT-də ABŞ və İsrailin İrana qarşı hücumlarını dayandırmaq üçün müxtəlif təşəbbüslər irəli sürəcək. Ancaq Kreml bundan artığını İran üçün etməyəcək. BMT-nin İrana qarşı hərbi əməliyyatı qınayan mümkün qətnamələri İsraili və ABŞ-ni dayandıran deyil. Rusiya ABŞ və İsraillə savaşmaq üçün İrana raketlər və digər hərbi texnika verməyəcək. Çünki, birincisi, ABŞ və İsrail həmin texnikanı İrana çatdırılma yolunda vuracaq. Digər tərəfdən Vladimir Putin amerikalı həmkarı Donlad Trampla Ukrayna mövzusunda dialoq içindədir. Putin Trampın mövqeyindən məmnundur. Ona görə də Kreml sahibi İrana görə Trampla münasibətləri korlamayacaq”. 

Analitikə görə, əsas müzakirə mövzularından biri İranın Hörmüz boğazını bağlayıb-bağlamayacağıdır:

“Tehran boğazı bağlayarsa, bundan ilk növbədə İran zərər görəcək. Çünki, İran iqtisadiyyatı enerji daşıyıcılarının satışı üzərində qurulub, bu ölkə neftinin əksər hissəsini məhz Hörmüz boğazı üzərindən müxtəlif ölkələrə satır. İran Hörmüz boğazını qapadarsa, gülləni öz ayağına vuracaq. İran neftinin əsas alıcısı olan Çin də Hörmüz boğazının qapadılmasının əleyhinədir. Təsadüfi deyil ki, Çin və İran xarici işlər nazirləri Van İ və Abbaz Əraqçi telefon danışığında Hörmüz boğazıyla bağlı mövzunu müzakirə ediblər. Hörmüz boğazının Çin üçün həyati əhəmiyyətli olduğunu Vaşinqton da anlayır. ABŞ dövlət katibi Marko Rubio Pekinə müraciət edərək Hörmüz boğazıyla bağlı Çinin İrana təsir etməsini istəyib. Pekin Hörmüz boğazının bağlanması ehtimalını hesablamaq məcburiyyətindədir. Bu halda Çin İran və Körfəz ölkələrinin neftini başqa ölkələrin nefti ilə əvəz etmək məcburiyyətində qalacaq. Bunu isə qısa müddətdə reallaşdırmaq asan olmayacaq”.

E. Şahinoğlu əlavə edib ki, Vaşinqton Hörmüz boğazının bağlanmasının böyük qarşıdurmaya səbəb olacağıyla bağlı Tehrana birbaşa mesaj da göndərib, Avropa İttifaqından da oxşar açıqlama yayımlanıb:

“Həqiqətən Hörmüz boğazının bağlanması bir çox dövlətin maraqlarına toxunacaq. Bu isə İrana qarşı ABŞ-İsrail ittifaqına başqa dövlətlərin qoşulmasına şərait yaradacaq”.

Qeyd edək ki, iyunun 23-də İranın xarici işlər naziri Abbas Əraqçi Rusiyaya səfər edib.

Qiymət Mahir

FOTOLAR

Əraqçinin Moskva səfəri: Putin İrana nələr vəd edəcək? — 1
XƏBƏR LENTİ
30 IYUL 2026
"Zirə" UEFA Konfrans Liqası ilə vidalaşdı - VİDEO 20:04 Səbrsizliklə gözlənilən “44” filmi tamamlandı 21:49 UEFA Konfrans Liqası: "Neftçi" "Dinamo" ilə matçda hesabı açdı - YENİLƏNDİ 21:18 Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 Bütün Xəbərlər