Çirkli pullar, ofşorlar və... — Korrupsiyanın “akademiyası” Qərbdədir!

Çirkli pullar, ofşorlar və... — Korrupsiyanın “akademiyası” Qərbdədir!
08.01.2026 17:56

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov hazırda Bakıda Azərbaycana qarşı ağır cinayətlərə görə mühakimə olunan erməni oliqarx haqda “Anews” televiziyasının istehsal etdiyi “The Oligarchs: Design & News” filmi ilə bağlı deyib ki, Ruben Vardanyanla bağlı çəkilən film yaxın dövrdə ABŞ-də və beynəlxalq siyasi müstəvidə ciddi nəticələr doğura bilər.


Sənədli film Vardanyanın beynəlxalq maliyyə şəbəkələrində rolu, çirkli pulların yuyulması mexanizmləri, eləcə də Qərb siyasi elitaları ilə – xüsusən ABŞ-də “dərin dövlət”ə yaxın dairələrlə əlaqələri mövzusuna həsr olunub. Filmdə Ruben Vardanyanın fəaliyyəti, onun müxtəlif fondlar və humanitar layihələr adı altında qurduğu maliyyə-siyasi əlaqələr xüsusi yer tutur.

T.Zülfüqarovun fikrincə, sözügedən materialda Vardanyanın Rusiyada çirkli pulların yuyulması sistemində xüsusi rol oynayan “Troyka” mexanizmi ilə əlaqələri ətraflı şəkildə üzə çıxarılır. Onun sözlərinə görə, bu korrupsiya sxemləri Qərb, əsasən də ABŞ-nin “dərin dövləti”nə bağlı siyasi fiqurlarla münasibətləri də əhatə edir və Donald Trampın siyasi rəqiblərinə qarşı apardığı mübarizə fonunda daha geniş müstəvidə gündəmə gələ bilər.


“Troyka” mexanizmi kimi beynəlxalq çirkli pul şəbəkələrinin ifşası Qərb siyasi elitalarına, xüsusilə ABŞ-də “dərin dövlət” adlandırılan strukturlara hansı real riskləri yarada bilər? 

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Tofiq Abbasov bildirib ki, “Troyka” Bankın adı sözün əsl mənasında bədnamdır və beynəlxalq aləmdə “laundromat” kimi tanınır.


Politoloq bildirib ki, külli miqdarda pul vəsaitlərinin mənimsənilməsi, çirkli pulların yuyulması və müxtəlif qeyri-qanuni maliyyə əməliyyatları məhz “Troyka” Bank vasitəsilə həyata keçirilib:

“Burada təkcə Ruben Vardanyanın fərdi fəaliyyəti məsələsi yoxdur. O, beynəlxalq miqyaslı maliyyə şəbəkəsinin üzvüdür və böyük ehtimalla “Troyka” Bankın Rusiya üzrə əsas nümayəndələrindən biri kimi çıxış edib. Rusiyanın siyasi elitasının bu proseslərdən xəbərsiz olması real görünmür”.

“Qərb mediası selektiv yanaşma sərgiləyir”

Tofiq Abbasovun sözlərinə görə, Qərb mətbuatı artıq bu maliyyə mexanizmlərinin izinə düşsə də, obyektivlik məsələsində ciddi suallar yaranır:

“Qərb mediasının böyük hissəsi faktiki olaraq Amerika və İsrail lobbilərinin təsir dairəsindədir. Onlar hansı subyekti nə zaman zərbə altına salmağın lazım olduğunu yaxşı bilirlər. Amma öz maraqlarına toxunan ‘boz kardinallar’ və şübhəli fiqurlar uzun müddət gizli saxlanılır, onlarla bağlı məlumatların yayılmasına məhdudiyyətlər qoyulur”.

Politoloq qeyd edib ki, Azərbaycan dövləti, xüsusi xidmət orqanları və milli mətbuat Ruben Vardanyanın kimlər tərəfindən himayə olunduğu barədə kifayət qədər məlumata malikdir.

“Korrupsiyanın “akademiyası” Qərbdədir”


Ekspert vurğulayıb ki, Qərb institutları adətən postsovet məkanını korrupsiya və rüşvətxorluqda ittiham etsə də, öz cəmiyyətlərində mövcud olan sistemli problemləri görməzdən gəlirlər:

“Əgər postsovet məkanında korrupsiya və çirkli pulların yuyulması halları varsa, bu proseslərin “akademiyası” Qərbdədir — həm Avropada, həm də Amerika Birləşmiş Ştatlarında. Oliqrarxiya anlayışı yalnız Rusiya və postsovet ölkələrinə aid deyil; ABŞ, İngiltərə, Fransa və Almaniyada da bu sistem mövcuddur”.

Onun sözlərinə görə, həmin ölkələrdə məmurlar banklar və maliyyə institutları ilə sıx əməkdaşlıq edərək ümumi maraqlar əsasında layihələr həyata keçirirlər və bu layihələrə çox zaman “humanitar” don geyindirilir.

“Humanitar görüntü altında milyonlar mənimsənilir”

Tofiq Abbasov bildirib ki, real vəziyyət humanitar ritorikadan tamamilə fərqlidir:

“Bir miqdar yardım paylanır, amma milyonlarla vəsait mənimsənilərək şəxsi ciblərə axıdılır. Məhz buna görə də ‘Troyka’ Bankın adı və onun mexanizmləri artıq yavaş-yavaş işıq altına çıxır. Qərbdə və dünyanın digər bölgələrində bu şəbəkənin hansı işlərlə məşğul olduğu aydın görünməyə başlayır”.

“Erməni radikalizminin maliyyə mənbələri”

Politoloq siyasi proseslərə də toxunaraq qeyd edib ki, erməni radikalizmi, terrorizmi və separatçılığı məhz bu maliyyə şəbəkələrindən qidalanıb:

“Bu mənbələr Ruben Vardanyan, onun silahdaşları və ‘Troyka’ Bank ətrafında formalaşmış şəbəkə olub. Onlar uzun illər həm Ermənistanda, həm də Azərbaycanda sabitliyi pozmağa çalışıblar. Silah və sursat alveri, qeyri-qanuni trafikin idarə olunması onlara böyük qazanc gətirib”.

“Dərin dövlət və qapalı şəbəkələr”


Tofiq Abbasovun qənaətinə görə, bütün bu proseslər Qərbin siyasi elitaları, xüsusilə də ABŞ-dəki “dərin dövlət” strukturları ilə əlaqəlidir:

“Mason lojaları və oxşar qapalı şəbəkələr olmadan bu cür maliyyə əməliyyatlarının həyata keçirilməsi mümkün deyil. Onlar maliyyə axınlarının dayanmamasına şərait yaradır, öz agentlərinə imkanlar tanıyırlar”.

Politoloq əlavə edib ki, bu şəbəkənin maraqları müxtəlif ofşor zonalarda da mövcuddur və mexanizm demək olar ki, fasiləsiz işləyir.

“Vicdanlı jurnalistlər də var”

Sonda Tofiq Abbasov qeyd edib ki, bütün bunlara baxmayaraq, Qərb mediasında vicdanlı jurnalistlər də mövcuddur:

“Onlar bu prosesləri qərəzsiz şəkildə ictimaiyyətə çatdırmağa çalışırlar. Məqsəd ictimai fikri oyatmaq və bu mövzunu geniş müzakirə predmetinə çevirməkdir”.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUN 2026
ABŞ qalib gəlmədi, İran məğlub olmadı: Əsl qalib kimdir? 19:39 Aİ Rusiyanın sanksiyalarına qarşı Ermənistana dəstək planı hazırlayır 19:10 Ukrayna dronlarına ağır zərbə riski: Rusiya ordusu "Starlink"ə qarşı yeni üsul öyrəndi 19:04 Oman ABŞ-İran tarixi sülh razılaşmasını rəsmən alqışladı 18:46 İsrailin sabiq baş naziri: "Netanyahu müharibəni uduzdu" 18:39 Pezeşkian elan etdi: ABŞ və İran arasında müharibə bu tarixdə bitir 18:33 "Sanksiyalar ləğv edilməyəcək!" - Fon der Lyayen İrana şərt qoydu 18:19 Azərbaycan boksçuları Dünya Kubokuna qələbə ilə başladı 18:09 Surət Hüseynov Gəncədən hücum edərkən Bakıya qədər heç bir rayonun icra başçısı qabağına çıxa bilmədi - Qurtuluş gününün şifrələri 17:53 Axtarışda olan 83 nəfər tutuldu 17:44 Yollarda görünüş bu məsafəyədək məhdudlaşacaq 17:30 Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 İtkin düşən 8 nəfər tapıldı 17:11 İran: Hörmüz boğazından keçid üçün rüsum tutulmayacaq 16:59 Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi 16:48 Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi? 16:44 Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik 16:36 Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı 16:25 İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Bütün Xəbərlər