“Bu qələbə xeyirin şər üzərində qələbəsidir” — Ramiz Yunus

“Bu qələbə xeyirin şər üzərində qələbəsidir” — Ramiz Yunus
08.11.2025 10:20

“Güclü birlik və on milyonluq xalqın yekdil iradəsi nəticəsində Azərbaycan regionda status-kvonu tam dəyişərək lider dövlətə çevrilib”. 

TodayPress TV xəbər verir ki, bunu Xəzər Universitetinin siyasi elmlər üzrə professoru Ramiz Yunus 8 Noyabr — Vətən müharibəsində Zəfər Gününün 5-ci ildönümü münasibətilə “Facebook” hesabındakı paylaşımında yazıb.

Professor qeyd edib ki, bu zəfər Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tam şəkildə bərpa etməklə, təkcə Ermənistan üzərində deyil, eyni zamanda uzun illər bu ölkənin arxasında dayanan Rusiya və ikili standartlı Qərb siyasəti üzərində də qazanılmış tarixi zəfərdir.

Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsi dövründə Rusiya hər gün İrandan keçməklə Ermənistana silah-sursat göndərirdi, Qərb isə beynəlxalq hüququ tapdalayaraq Azərbaycanın işğal altındakı torpaqlarını görməzlikdən gəlirdi.

Ramiz Yunus yazıb:

“Bu, xeyirin şər üzərində qələbəsidir, ədalətin qələbəsidir. Biz hamımız bu günə inanırdıq və o gün gəldi. Xalq olaraq qalib olmaq hissi hər bir azərbaycanlının qəlbində qürur doğurur. Bu zəfər Azərbaycanın igid övladlarının qanı, qəhrəman şəhidlərimizin və Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi şanlı ordumuzun böyük fədakarlığı hesabına əldə olunub. O ordunun arxasında isə bütün Azərbaycan xalqı dayanırdı”.

Siyasətçi əlavə edib ki, bu güclü birlik və on milyonluq xalqın yekdil iradəsi nəticəsində Azərbaycan regionda status-kvonu tam dəyişərək lider dövlətə çevrilib:

“Bu gün Azərbaycanın fikri və mövqeyi Vaşinqtonda, Brüsseldə, Parisdə, Moskvada və Tehranda nəzərə alınır — elə o mərkəzlərdə ki, cəmi beş il əvvəl Azərbaycana təzyiq göstərir, təcavüzkar Ermənistanı dəstəkləyirdilər. Biz öz qələbəmizə olan inamımızla həmin mərkəzlərin illərlə formalaşdırdığı yalan və ədalətsizlik paradiqmasını sındırdıq.”

Ramiz Yunusun sözlərinə görə, son beş ildə Azərbaycan xarici siyasətində möhtəşəm uğurlara imza atmaqla sübut edib ki, bir xalq vahid qələbə inamı ilə nələrə nail ola bilər:

“Biz unutmamalıyıq ki, nə yüz il əvvəlki, nə də yeni tariximizdəki səhvləri təkrarlamalıyıq. Nə Ermənistanın, nə də onu dəstəkləyən mərkəzlərin ağlına bir daha torpaqlarımıza göz dikmək fikri gəlsin. Biz hər zaman hər bir ssenariyə hazır olmalıyıq”.

Professor nitqinin sonunda bildirib ki, Azərbaycanın Vətən müharibəsində nümayiş etdirdiyi birlik bu gün də ən böyük strateji üstünlükdür:

“Müasir dünyanın xaotik mənzərəsində güclü və birləşmiş qalmaq həyati dərəcədə vacibdir. Biz bunu bacardıq və bütün dünyaya sübut etdik. Zəfər Günün mübarək, əziz Azərbaycan! Qəhrəmanlarımızın ruhları şad olsun!”

Qiymət Mahir

TodayPress TV 

XƏBƏR LENTİ
16 IYUN 2026
"Şəfa" Elnur Cəfərovla müqavilə müddətini uzatdı 13:08 Ermənistanı işğalda saxlayan simvollar 13:01 Magistr olmaq istəyənlərin diqqətinə: Nəticələr açıqlandı 12:55 Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Məktəblərdə müəllimlərə yeni forma məcburi olur - Bu geyimlərə QADAĞA qoyuldu 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Ötən həftə bu ərazilər minalardan təmizləndi 11:45 Qarabağ Zəfərindən informasiya suverenliyinə: yeni media idarəetmə sistemi 11:28 Bakıda tavan uçdu, göydən başına adam düşdü - VİDEO 11:24 Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO 11:10 Ruhi Əliyeva Qarabağ veteranını işdən qovdu: Məhkəmə belə ona söz haqqı verir 10:57 Roma Papası Azərbaycana səfərə dəvət edildi 10:52 Müqəddəs Taxt-Tacın nümayəndəsi Prezidentin qəbulunda 10:41 Kimlər Paşinyanın nişangahındadır? - Konstitusiya dəyişikliyi planı açıqlandı 10:36 Bütün Xəbərlər