Bu dəfə “Sülh Körpüsü” təşəbbüsü Qəbələyə çatdı — Fərhad Məmmədov

Bu dəfə “Sülh Körpüsü” təşəbbüsü Qəbələyə çatdı — Fərhad Məmmədov
13.04.2026 10:49

"Aprelin 10–12-də Qəbələ şəhərində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində həyata keçirilən dördüncü görüşü baş tutub. Ermənistandan olan iştirakçılar bütün qanuni prosedurlara riayət etməklə Qazaxda quru sərhədini keçib, avtobusla Gəncəyə gəlib, Gəncədən Qəbələyə qatarla yollanıb, geri isə avtobusla qayıdıblar. Bu marşrut Qazax, Ağstafa, Tovuz, Göylar, Şəmkir, Gəncə, Yevlax, Ağdaş və, əlbəttə ki, Qəbələ şəhərlərindən keçidi əhatə edib".

Bu sözləri Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədov TodayPress TV-yə açıqlamasında deyib.


Onun sözlərinə görə, 4 diskussiya sessiyası, Azərbaycan Respublikasının Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə görüş və mətbuat konfransı keçirilib. Qeyri-rəsmi ünsiyyətə də geniş vaxt ayrılıb:

"Müzakirələr əsasən regiondakı proseslər, qonşuluqda baş verən müharibələr nəticəsində artan qeyri-müəyyənliklər, daxili və xarici amillərin sülh prosesinə təsiri ətrafında aparılıb. Ayrı-ayrı sessiyalar təşəbbüs iştirakçılarının öz ölkələrində fəaliyyəti, iki ölkə cəmiyyətlərinin sülh gündəliyini necə qəbul etməsi, sülh üçün maneələr və imkanlara həsr olunub. Həmçinin sülh prosesinin növbəti mərhələsində qarşılıqlı fəaliyyətin forması ilə bağlı fikir mübadiləsi aparılıb.


Əlbəttə ki, sülh gündəliyini müəyyən edən əsas amil bu gündəliyi razılaşdıran iki ölkə hökumətlərinin legitimliyidir. İyun ayının əvvəli bu legitimliyin nə dərəcədə davamlı olacağını və vətəndaş cəmiyyəti nümayəndələrinin hansı şərtlər çərçivəsində birgə fəaliyyətini davam etdirə biləcəyini göstərməlidir. Bu amil sülh prosesinin təməlidir və prosesin geri çevrilə bilən olub-olmayacağı sualına cavab verməlidir".

F.Məmmədov bildirib ki, belə görüşlərin keçirilməsi bir-birini anlamağa, reallıqlarla tanış olmağa və gələcək addımları müəyyən etməyə imkan verir:

"Bu gün demək olar ki, sülh gündəliyi daha aydın çərçivə qazanır və real perspektivlər formalaşır. Diskussiyalar çərçivəsində münaqişənin dərin travmaları, həssas mövzular və cəmiyyətlərin sülhə hazırlığı nəzərdən keçirilir. Məhz belə səmimi və etimadlı müzakirələr vasitəsilə irəliyə doğru hansı istiqamətlərdə hərəkət etməyin mümkün olduğu müəyyənləşir. Hamıya aydındır ki, bu, səbir, ardıcıllıq və dözüm tələb edən uzun bir yoldur.


Sülh prosesinin dinamikası yüksəkdir, mövcud şəraitdə mümkün olan hər şey edilir. Vətəndaş cəmiyyəti də bu prosesin tərkib hissəsidir və öz rolunu müəyyən etməyə çalışır, həm birgə fəaliyyət göstərir, həm də öz ölkələrində fəaliyyətini həyata keçirir".

Qiymət Mahir

XƏBƏR LENTİ
31 IYUL 2026
Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparıldı 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Nüvə başlığı daşıya bilən Rusiya raketi Polşa ərazisində partladı 14:12 Sabiq direktor məhkəmə qarşısında: 186 min manatlıq mənimsəmədə ittiham olunur 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Bütün Xəbərlər