BMT kürsüsündən Xəzər xəbərdarlığı: “Su savaşları” gerçəkləşə bilər...

BMT kürsüsündən Xəzər xəbərdarlığı: “Su savaşları” gerçəkləşə bilər...
26.09.2025 16:38

Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında Xəzər dənizinin su müstəqilliyi ilə bağlı səsləndirdiyi narahatlıqlar region və dünya üçün strateji əhəmiyyət daşıyan məsələləri gündəmə gətirib. 

Prezidentin çıxışı həm ekoloji, həm də geosiyasi baxımdan Xəzərin gələcəyi ilə bağlı qlobal diqqəti cəlb edib.

Bəs görəsən, "Su kimdədirsə, o da öz Mesopotamiyasını quracaq"ifadəsi özünü doğrulda bilərmi?

Deputat Naqif Həmzəyev TodayPress TV-yə açıqlamasında bildirib ki, Xəzər dünyanın ən böyük qapalı su hövzəsi olaraq ciddi ekoloji böhranla üz-üzədir:

“Azərbaycan Prezidentinin BMT-də səsləndirdiyi fikirlər bu problemin həm regional, həm də qlobal əhəmiyyətini ortaya qoyur. Dövlət başçısının 2022-ci ildə Xəzəryanı ölkələrin Zirvə Toplantısında qaldırdığı məsələ bu gün daha da kəskinləşib”.

“Əsas səbəb yalnız iqlim dəyişmələri deyil, insan fəaliyyətidir”

O qeyd edib ki, son 25 ildə Xəzər dənizinin səviyyəsi 1,5–2 metr azalıb:

“Hər il dəniz təxminən 6,5–7 sm enir və bu prosesin getdikcə sürətlənməsi müşahidə olunur. Prezident İlham Əliyevin də vurğuladığı kimi, əsas səbəb yalnız iqlim dəyişmələri deyil, həm də insan fəaliyyətidir. Əsas faktorlar sırasında Volqa, Ural, Kür kimi çaylardan intensiv su götürülməsi, kənd təsərrüfatı üçün suvarma sistemlərinin genişlənməsi, sənaye istehlakının artması və şəhərləşmənin sürətlənməsi göstərilir. Eyni böhran digər Xəzəryanı ölkələrdə də müşahidə olunur. Rusiyada Volqa deltasının quruması, İranda sahilboyu duzlu torpaqların artması, Qazaxıstanda balıq ehtiyatlarının azalması, Türkmənistanda isə su nəqliyyatının çətinləşməsi diqqət çəkir. Cari tendensiyalar davam edərsə, gələcək 30 ildə Xəzərin səviyyəsi əlavə 3–5 metr enə, bəzi sahil şəhərlərinin dənizə çıxışı məhdudlaşa bilər".

Deputat regional su siyasətinin müxtəlif aspektlərinə diqqət çəkib:

"Qısamüddətli tədbirlər sırasında su istifadəsinin səmərəliliyinin artırılması, çirklənmənin azaldılması və elmi araşdırmaların gücləndirilməsi təklif olunur. Uzunmüddətli strategiya isə regional su siyasətinin yenilənməsi, alternativ su mənbələrinin inkişafı, ekoloji bərpa proqramları və iqlim adaptasiya planlarının həyata keçirilməsini zəruri edir".

Parlamentari əlavə edib ki, prezidentin BMT-dəki çıxışı bu problemin yalnız Azərbaycan və xəzəryanı ölkələrin deyil, bütün dünyanın narahat olduğunu göstərir. 

Ekspertə görə, bu böhran beynəlxalq əməkdaşlığın gücünü sınayacaq və həm də innovativ həllərin tapılması üçün bir imkandır:

“Əgər xəzəryanı ölkələr birgə və məqsədyönlü addımlar ata bilsələr, dənizi gələcək nəsillərə qoruyub saxlamaq mümkündür. Vaxt itirmək şansımız yoxdur. Hərəkət vaxtıdır”.

Jalə Rövşən

TodayPress TV

FOTOLAR

BMT kürsüsündən Xəzər xəbərdarlığı: “Su savaşları” gerçəkləşə bilər... — 1
XƏBƏR LENTİ
31 IYUL 2026
Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 Trampın Qəzza ilə bağlı yeni planı İsrail və HƏMAS-a “sərf etməyəcək” 18:08 Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib 17:55 Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub 17:52 "Bank BTB"nin lisenziyası ləğv edilib, "T-Kredit" BOKT-a lisenziya verilib 17:48 Polşa Rusiyadan hesabat tələb etdi 17:44 Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq 17:20 Sançes baş verənlərdən şoka düşüb: ərazimizə hücum edirlər 17:15 İspaniyada 25 mindən çox miqrant Mərakeşə geri qaytarıldı 17:02 Bütün Xəbərlər