Azərbaycanlılar niyə İranda həlak olurlar?

Azərbaycanlılar niyə İranda həlak olurlar?
25.05.2026 17:32

İranda hazırda təxminən 90 səfirlik fəaliyyət göstərir. Bu rəqəm ölkənin diplomatik əlaqələrinin genişliyini göstərir. Amma ən kəskin dövrlərdə məsələn, 2026-cı ilin martında İsrail-ABŞ zərbələri zamanı bu səfirliklərin əksəriyyəti postlarını müvəqqəti bağlayıb və ya heyətini çıxarıb. 

Rəsmilərin ölkədən təxliyə olunması isə Azərbaycanın köməyilə olub. 

Qəribədir ki, bu qədər ölkənin rəsmiləri İranda fəaliyyət göstərsə də, İran İslam İnqilabından bəri bu missiyalar arasında birbaşa silahlı terror hücumuna məruz qalan yeganə diplomatik nümayəndəlik məhz Azərbaycan Səfirliyi oldu. Məsələn 2023-cü ilin yanvarında Tehrandakı Azərbaycan səfirliyinə silahlı hücum olub. Hücum nəticəsində səfirliyin təhlükəsizlik rəisi Orxan Əsgərov həlak olub, iki əməkdaş yaralanıb. İran tərəfi bunu "şəxsi münaqişə" adlandırıb, Azərbaycan isə "terror aktı" kimi qiymətləndirib. Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən şəxs - Yasin Hüseynzadə 21 May 2025 - ci ildə edam olunub.

Daha təzə hadisə isə 2026-cı il mayın 23-də Təbrizdəki Baş Konsulluğun konsulu Ramil Rza oğlu İmranovun Culfa-Təbriz yolunda qəza nəticəsində həlak olmasıdır. Rəsmi məlumatlara görə, avtomobil qəzası olub. Ancaq sosial şəbəkələrdə və bəzi Azərbaycan mənbələrində bu hadisənin “təsadüf olmadığı”, qəsdən törədildiyi barədə fikirlər səslənir.

Bu hadisələrə təsadüf kimi baxmaq çətindir. Azərbaycan-İran münasibətləri uzun illərdir gərgin keçir. Bunun isə bir neçə səbəbi var. Bunlardan biri Azərbaycanın İsraillə yaxın əməkdaşlığıdır. Məlumdur ki, illərdir Yaxın Şərqdə çaxnaşma var. Digər səbəb isə İranın Cənubi Azərbaycanda yaşayan azərbaycanlılara münasibətidir. Belə ki, ölkədə tarixi və siyasi səbəblərdən dolayı assimilyasiya və milli ayrı-seçkilik mövcuddur. Zəngəzur dəhlizi məsələsi də bölgədə güclənmək istəyən ölkələrin rəqabətini gücləndirir.

İran böyük azərbaycanlı əhalisinə malikdir və bu əhaliyə qarşı repressiyalar daim olub. Eyni zamanda Azərbaycan dövlətinin diplomatlarına və vətəndaşlarına qarşı hadisələr çox vaxt gərgin dövrlərdə baş verir. Bir tərəfdən İran rəsmiləri “təsadüf” deyir, digər tərəfdən isə Bakı bu hadisələri təhlükə siqnalı kimi qəbul edir.

Nəticədə, bu ölüm və hücumların təsadüfi olub-olmadığını dəqiq demək çətindir. Amma ardıcıl gələn hadisələr, diplomatik gərginliklər və bölgədəki geopolitik rəqabət fonunda “sadə təsadüf” versiyası zəif görünür. 

Bu cür hadisələr iki ölkə arasındakı etimadsızlığı daha da dərinləşdirir və gələcəkdə yeni gərginliklərə zəmin yaradır. Azərbaycan üçün ən böyük problem isə Cənubi Azərbaycandakı soydaşlarımızın vəziyyəti və diplomatlarının təhlükəsizliyidir.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
31 IYUL 2026
Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 “Port Baku”da ev yanır - VİDEO 18:39 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 Trampın Qəzza ilə bağlı yeni planı İsrail və HƏMAS-a “sərf etməyəcək” 18:08 Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib 17:55 Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub 17:52 "Bank BTB"nin lisenziyası ləğv edilib, "T-Kredit" BOKT-a lisenziya verilib 17:48 Polşa Rusiyadan hesabat tələb etdi 17:44 Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq 17:20 Sançes baş verənlərdən şoka düşüb: ərazimizə hücum edirlər 17:15 İspaniyada 25 mindən çox miqrant Mərakeşə geri qaytarıldı 17:02 Rassellin gələcəyi ilə bağlı gözlənilməz açıqlama 16:50 Dezinformasiyalar sosial həyatımızı təhlükə altına aldı – Prezident müdaxilə etməli oldu. 16:45 FIFA-dakı qalmaqal böyüyür: daha bir istefa gəldi 16:39 Küveyt İranın pilotsuz uçuş aparatlarını vurdu 16:15 Şensnıdan təqaüdlə bağlı gözlənilməz açıqlama 16:19 150 balla bu ixtisaslara qəbul mümkündür - DİM sədri açıqladı 16:10 DİM sədri: l ixtisas qrupu üzrə keçid ballarının artacağı gözlənilir 15:58 Səudiyyə İranı məğlub etmək üçün İraqı vurdu - YENİ SSENARİ İŞƏ DÜŞDÜ 15:57 Seutaya 24 saata 49 min miqrant – İspaniya bunu "hücum" adlandırdı 15:45 UEFA vacib oyunu azərbaycanlı FIFA referisinə həvalə etdi 15:37 Bütün Xəbərlər