Azərbaycan Tayvan mövqeyi ilə Pekinə dəstək verdi!

Azərbaycan Tayvan mövqeyi ilə Pekinə dəstək verdi!
30.12.2025 17:10

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Tayvan ətrafında yaranmış vəziyyətə münasibət bildirib. 


O qeyd edib ki, Azərbaycanın vahid Çin siyasəti ilə bağlı mövqeyi dəyişməz, aydın və ardıcıl xarakter daşıyır.

XİN rəsmisi bildirib ki, bölgədə sülh və sabitliyin qorunması beynəlxalq təhlükəsizlik üçün vacib amildir.

A.Hacızadə Azərbaycanın Tayvanın müstəqilliyini tanımadığını diqqətə çatdırıb:

"Mübahisəli məsələlərin beynəlxalq hüquq çərçivəsində, xüsusilə suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında, sülh yolu ilə nizamlanmasını dəstəkləyirik".

Maraqlıdır, Tayvan ətrafında gərginliyin artdığı bir mərhələdə Azərbaycanın bu mövqeyi Pekinlə münasibətlərin dərinləşdirilməsi baxımından hansı mesajı verir?

Mövzu ilə bağlı TodayPress TV-yə danışan dosent, siyasi elmlər üzrə fəlsəfə doktoru Əlimusa İbrahimov bildirib ki, Azərbaycanın Tayvanla bağlı mövqeyi prinsipial və beynəlxalq hüquqa əsaslanan yanaşmanın nəticəsidir:


“Azərbaycanın Tayvanla bağlı mövqeyi heç şübhəsiz ki, Çinlə münasibətlərin daha da inkişaf etdirilməsinə müsbət təsir göstərəcək. Lakin rəsmi Bakının bu mövqeyi yalnız Çinlə əlaqələri gücləndirmək məqsədi daşımır. Azərbaycan Çinlə münasibətlərin səviyyəsindən asılı olmayaraq Tayvanın bu ölkəyə məxsus olduğunu qəbul edir və bu mövqeyi açıq şəkildə ifadə etməkdən çəkinmir. Bu yanaşma ABŞ-nin sözügedən ərazi ilə bağlı mövqeyi ilə üst-üstə düşməsə belə, Azərbaycan öz prinsipial qərarına sadiq qalır”.

Analitik xatırladıb ki, Azərbaycanın bu məsələdə tutduğu mövqe tarixi ədalət və qarşılıqlı dəstək amili ilə də sıx bağlıdır:

“Torpaqlarımız işğal altında olduğu dövrdə Pekinin haqq və ədalətin yanında dayanmasını unutmamalıyıq. Çin dövləti sona qədər Qarabağın Azərbaycan torpağı olduğunu müdafiə edib və bu məsələdə daim Azərbaycanın yanında olub. Bu faktor da mövcud münasibətlərin dərinliyini göstərən mühüm məqamdır”.

Ə.İbrahimov vurğulayıb ki, Azərbaycanın mövqeyi yalnız Tayvan məsələsi ilə məhdudlaşmır:

“Azərbaycan Somalilendlə bağlı mövqeyini də açıq şəkildə ifadə edir. Bu, dövlət başçısının beynəlxalq hüquq normalarını hər şeydən üstün tutduğunun bariz nümunəsidir. Xarici siyasətdə ədalət prinsiplərinin əsas götürülməsi Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına xidmət edir”.

Ekspertin sözlərinə görə, bu yanaşma Çin tərəfindən də lazımi səviyyədə qiymətləndiriləcək:

“Şübhəsiz ki, Azərbaycanın bu prinsipial mövqeyi Çin dövləti tərəfindən müsbət qarşılanacaq və bunun nəticəsi olaraq ikitərəfli münasibətlərin daha da inkişafı üçün yeni imkanlar yaranacaq”.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Bütün Xəbərlər