Azərbaycan qazı Ukraynada: Moskva təşvişdə!

Azərbaycan qazı Ukraynada: Moskva təşvişdə!
30.07.2025 11:41

“Azərbaycan əvvəlcədən heç kimin qaz bazarına müdaxilə etməyib və öz istehlakçılarına, eləcə də marşrutlarına əsaslanan siyasət yürüdüb”.

Politoloq Tofiq Abbasov bunu TodayPress TV-yə açıqlamasında deyib. 

Onun sözlərinə görə, Rusiya Ukrayna ilə müharibəyə başlamazdan əvvəl qaz siyasətini problemsiz şəkildə həyata keçirib və Azərbaycanın bu prosesə nə müdaxiləsi olub, nə də qısqanclıq göstərib. Əksinə, məsələ hər zaman sağlam yanaşma ilə qarşılanıb.

“İndi isə Rusiya artıq bir çox tərəfdaşlarına qarşı narazılıq nümayiş etdirir və sanki hamının ona borclu olduğu görüntüsünü yaradır. Halbuki, Azərbaycanın Rusiya qarşısında heç bir öhdəliyi yoxdur və rəsmi Bakı həm Rusiya, həm də Ukrayna ilə balanslı münasibətə sahibdir. Buna görə də Azərbaycan Ukraynaya humanitar dəstək göstərməkdə davam edir və bu, təkcə siyasi yox, həm də insani yanaşmanın göstəricisidir. Həm də qaz məsələsi Ukraynada artıq siyasi problemə çevrilib və bazarda sıxlıq yaranıb. Azərbaycan isə bu durumda öz resurslarını ehtiyacı olan tərəflərlə bölüşür. Bu, nə üçüncü tərəflərə yönəlmiş addım, nə də hansısa siyasi planın tərkib hissəsidir. Biz sadəcə qazı insanlar üçün göndəririk, xüsusilə də qış aylarında”.

Analitik Bakı-Moskva münasibətlərdə müşahidə olunan soyuqluğun səbəbini də Moskvada görür. Xüsusilə, son təyyarə insidentindən sonra Rusiyanın susqun davranışı, Azərbaycan tərəfinin isə beynəlxalq hüquqa əsaslanan mövqe tutması bu münasibətlərin gərginləşməsinə gətirib çıxarıb. 

Politoloq əlavə edib ki, Rusiya mətbuatında Azərbaycan əleyhinə aparılan kampaniyalar, xüsusilə də Mixail Qusmanın "TASS"ın baş direktorunun birinci müavini vəzifəsindən azad edilməsi ilə bağlı səsləndirilən iddialar əsassız və qeyri-sağlamdır.

“Rusiya mediasının "Azərbaycanın Rusiyada “5-ci kolonu" var və onu təmizləyirik” kimi ittihamları siyasi ritorikadan başqa bir şey deyil. İstər qaz, istər neft, istərsə də digər resurslar üzrə əməkdaşlıq sahəsində Azərbaycan istədiyi tərəfdaşla işləmək hüququna malikdir. Bu, Azərbaycanın suveren hüququdur və heç kim Bakıya diktə edə bilməz”.  

Sonda T.Abbasov vurğulayıb ki, Azərbaycan milli maraqlarına uyğun olaraq tərəfdaşlarla münasibətləri genişləndirməyə davam edəcək və bu məsələdə hansısa siyasi məqsəd güdülmür: 

“Azərbaycan heç kimin təyyarəsini, tankını neftlə təmin etmir. Biz sadəcə sadə ukraynalıları düşünürük”, - deyə o fikirlərini yekunlaşdırıb. 

Qeyd edək ki, rusiyalı şovinist dairələr Azərbaycanı Ukraynaya qaz satdığına görə hədəfə alıblar. Belə ki, Rusiya KİV-lərinin yazdığına görə, Azərbaycan Ukraynaya qaz nəql etməklə guya Rusiya əleyhinə siyasətini gücləndirmiş olub.

Töhfə Səməd

FOTOLAR

Azərbaycan qazı Ukraynada: Moskva təşvişdə! — 1
XƏBƏR LENTİ
01 AVQUST 2026
Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Bütün Xəbərlər