"Azərbaycan bütün şərtlərini qəbul etdirdi, indi sıra regionun inkişafındadır" - Hərbi ekspert danışdı

"Azərbaycan bütün şərtlərini qəbul etdirdi, indi sıra regionun inkişafındadır" - Hərbi ekspert danışdı
08.08.2025 18:16

"Bu gün Vaşinqtonda keçirilən Azərbaycan və Ermənistan liderlərinin ABŞ Prezidenti ilə görüşü Cənubi Qafqazda geopolitik mənzərəyə ciddi təsir göstərə biləcək əhəmiyyətli qərarların qəbulu ilə yadda qalacaq". 

Hərbi ekspert Ədalət Verdiyev bunu TodayPress TV-yə danışarkən deyib.

Onun sözlərinə görə, danışıqlar nəticəsində bir neçə mühüm sənədin imzalanması, o cümlədən Azərbaycan üçün həyati önəm daşıyan sülh sazişinin paraflanması gözlənilir.

Ekspert hesab edir ki, ABŞ tərəfindən “Azadlığı Müdafiə Aktı”na 907-ci düzəlişin ləğvi hər iki ölkə arasında, xüsusilə də təhlükəsizlik sahəsində əməkdaşlığa yeni imkanlar açacaq. Bu isə təkcə ikitərəfli münasibətlərin deyil, bütövlükdə regionda sabitliyin möhkəmlənməsinin əsasını qoya bilər.

"Azərbaycan vətəndaşlarının və yüklərinin Naxçıvana maneəsiz gediş-gəliş hüququ ilə bağlı razılaşma da artıq əldə olunub. Bu məsələ İkinci Qarabağ müharibəsindən sonra Ermənistanın üzərinə götürdüyü öhdəliklərdən biri olsa da, uzun müddət İran və Rusiyanın təzyiqləri fonunda ləngimişdi. Lakin artıq bu istiqamətdə konkret nəticələr əldə olunub və sənədin imzalanması gecə saatlarında baş tutacaq".

Ekspert əlavə edib ki, tərəflər ATƏT-in Minsk Qrupunun ləğvinə dair birgə bəyanatla çıxış edəcəklər. Bu isə Azərbaycanın uzun müddətdir irəli sürdüyü əsas tələblərdən birinin reallaşması deməkdir. Həmçinin Ermənistan tərəfindən Zəngəzur dəhlizinin açılması və Azərbaycan vətəndaşlarının, yüklərinin Naxçıvana maneəsiz keçidinə dair razılaşmanın əldə olunması, Azərbaycanın diplomatik uğurlarının davamıdır.Lakin bütün bunlara baxmayaraq: 

"Yekun sülh sazişinin imzalanması hələ ki, gözlənilmir. Bunun üçün Ermənistan tərəfi bir neçə məsələlərə aydınlıq gətirməlidir. Bunlardan biri, Ermənistan Konstitusiyasının preambulasında Azərbaycanın ərazi bütövlüyünə qarşı yönələn müddəaların dəyişdirilməsidir. Həmçinin Ermənistanın Türkiyə ilə münasibətlərini tənzimləmək üçün də Konstitusiyanın 11-ci maddəsində dəyişikliklər edilməlidir. Böyük ehtimalla, Ermənistan ümumiyyətlə yeni bir Konstitusiyanı qəbul edəcək. Məhz bu Konstitusiyanın qəbulu Ermənistandakı parlament seçkiləri ilə üst-üstə düşəcək. Əgər Ermənistanın Baş naziri Nikol Paşinyan bu seçkilərdən qalib çıxarsa, sülh sazişinin imzalanması prosesi də sürətlənəcək".

O, həmçinin diqqətə çatdırıb ki, əldə edilən sənədlər Azərbaycan-Ermənistan sərhədinin demarkasiyası prosesinə də təkan verəcək. Hazırda Qazax istiqamətində yalnız 12 kilometrlik sərhəd xətti müəyyən edilib, lakin imzalanacaq razılaşmalar bu prosesin genişlənməsinə və sürətlənməsinə şərait yaradacaq.

Son olaraq, ekspert vurğulayıb ki, Vaşinqtonda əldə edilən razılaşmalar regionda yeni bir mərhələnin başlanğıcı olacaq. Bu sənədlər təkcə Azərbaycan və Ermənistan üçün deyil, bütövlükdə regionun iqtisadi və siyasi inkişafı üçün yeni imkanlar açır. Ən əsası isə, Zəngəzur dəhlizinə qarşı çıxan qüvvələrin, xüsusilə də İranın bu istiqamətdəki mövqelərinə baxmayaraq, Ermənistan artıq Azərbaycanın tələblərini qəbul edib və bu proses sona yaxınlaşır.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş Nazir Nikol Paşinyan Amerika Birləşmiş Ştatlarında (ABŞ) rəsmi səfərdədirlər. Bakı vaxtı ilə 22:30-da rəsmi görüşlər başlayacaq. 

Töhfə Səməd

FOTOLAR

"Azərbaycan bütün şərtlərini qəbul etdirdi, indi sıra regionun inkişafındadır" - Hərbi ekspert danışdı — 1
XƏBƏR LENTİ
01 AVQUST 2026
İspaniya Avropa İttifaqı ölkələrini “eqoistlik”də günahlandırdı 19:59 SON DƏQİQƏ: Azərbaycanda zəlzələ oldu 19:46 Misirdəki ABŞ səfirliyi vətəndaşlarına Yaxın Şərqi dərhal tərk etməyi tapşırdı 19:34 ABŞ İsraili İran raketlərindən qoruya bilməyəcək? - Rəsmən açıqlandı 19:17 Pezeşkian: “İranın gələcəyini onlar müəyyən edəcək” 18:59 TƏCİLİ: ABŞ vətəndaşlarını Yaxın Şərqi tərk etməyə çağırdı 18:46 İsrail İranın “qorxusundan” Ukraynaya “Dəmir Günbəz” vermədi 18:36 Dünyanın ən zəngin adamları iyulda milyardlarla dollar itirdi 18:22 Avropa “qapıları bağlayır” - Miqrant məsələsi canlarına “qorxu saldı” 18:08 Dünya çempionatı: İbrahim Həsənov finala yüksəldi - YENİLƏNDİ 2 15:10 Azərbaycan avarçəkənləri İtaliyada Avropa ikincisi oldular 17:25 Rezai: Hücum olarsa, regionu daş dövrünə qaytaracağıq 17:09 Arvadını qətlə yetirən şəxsə hökm oxundu 16:54 Yaponiya yeni mərkəzləşdirilmiş xüsusi xidmət orqanı yaratdı 16:22 Ukrayna Fransaya yardım göndərdi 16:00 Azərbaycan manatının dövretmə sürəti iyunda artdı 15:42 Ukrayna Qara dənizdə "Rosatom"un konteyner gəmisini batırdı 15:26 Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 Bütün Xəbərlər