Azərbaycan 1990-cı illərdə elə bir addım atdı ki... – Bu gün bir “boğaz”a möhtac deyilik

Azərbaycan 1990-cı illərdə elə bir addım atdı ki... – Bu gün bir “boğaz”a möhtac deyilik
14.08.2026 11:45

“Əgər Azərbaycan 1990-cı illərin ortalarında yalnız Bakı-Novorossiysk kəməri ilə kifayətlənsəydi, bu gün Rusiya müxtəlif bəhanələrlə neftimizin dünya bazarlarına daşınmasına əngəl törədərdi. Rusiya-Ukrayna müharibəsi də hazırda Novorossiysk limanından daşınmaya təhdid yaratdığından, Azərbaycan neftinin Rusiya limanından nəqli mümkün olmayacaqdı”.

TodayPress TV xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.


O bildirib ki, Hörmüz boğazında yaşanan gərginlik enerji resurslarının dünya bazarlarına çıxarılmasında alternativ marşrutların əhəmiyyətini bir daha göstərir.

“Hazırda Hörmüz boğazına alternativ axtarışları davam edir. Böyük və kiçik dövlətlər neft və sıxılmış qazın nəqlində Hörmüz boğazından asılılıqlarını azaltmaq barədə düşünürlər”. 


Onun sözlərinə görə, tarixdə də strateji əhəmiyyət daşıyan marşrutların bağlanması və ya təhlükə altında qalması alternativ yolların yaradılmasına səbəb olub. Politoloq İkinci Dünya müharibəsi dövründə Hindistandan Çinə çəkilən və “Stilvell yolu” adlandırılan marşrutu, eləcə də Süveyş kanalı ətrafındakı gərginlikdən sonra yaradılan Trans-İsrail boru xəttini nümunə göstərib.

Analitik qeyd edib ki, Hörmüz boğazından asılılığın azaldılması üçün Oman istiqamətində də alternativ marşrutların yaradılması ideyaları uzun müddətdir müzakirə olunur:

“1970-ci illərdə Səudiyyə Ərəbistanının Ərəbistan dənizindəki yeni limana neft kəməri çəkmək üçün Omanın Dofar bölgəsindən dəhliz yaratmaq təklifi var idi. Oman bu layihənin suverenliyinə təsir edəcəyindən ehtiyat edərək buna etiraz etdi. Buna baxmayaraq, Körfəz ölkələrinin neft yataqlarını Oman limanına birləşdirmək ideyası gündəmdən düşmədi”. 

O, Yəməndə husilərin Bab əl-Məndəb boğazında gəmilərə hücumlarından sonra bir çox ticarət gəmisinin Avropa və Asiya bazarlarına çatmaq üçün Ümid burnundan keçən daha uzun marşrutlara yönəldiyini diqqətə çatdıraraq  bildirib ki, strateji boğazların risk altında qalması alternativ yolların əhəmiyyətini artırır. 


Politoloq düşünür ki, Azərbaycan da enerji ixracında bu məsələnin əhəmiyyətini hələ 1990-cı illərdə düzgün qiymətləndirib:

“Azərbaycan dünyanın nəhəng neft şirkətləri ilə “Əsrin müqaviləsi”ni imzaladıqdan sonra Bakı-Novorossiysk neft kəmərinin açılışını reallaşdırdı. Ancaq sonrakı illərdə bununla kifayətlənməyərək Bakı-Supsa və Bakı-Ceyhan boru kəmərlərinin tikintisini də reallaşdırdı”. 

O hesab edir ki, bu qərarlar Azərbaycanın enerji təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyıb. Əks halda,  bir marşrutdan asılılıq bu gün Azərbaycan neftinin dünya bazarlarına çıxarılmasında ciddi problemlər yarada bilərdi.

Elxan Şahinoğlu Qazaxıstanın hazırkı vəziyyətini də nümunə göstərib. O qeyd edib ki, Astana Novorossiysk limanından asılılığını azaltmaq üçün alternativ marşrutlar axtarır və bu baxımdan Azərbaycanın neft kəmərlərindən istifadə imkanlarını genişləndirməyə çalışır.


“Qazaxıstan Novorossiysk limanından asılı vəziyyətə düşdüyünə görə, neftini dünya bazarlarına nəql etməkdə çətinlik çəkir. Astana bu səbəbdən alternativ marşrut olaraq Azərbaycanın neft kəmərindən istifadəyə çalışır”, - deyə, ekspert fikrini yekunlaşdırıb. 

Jalə Rövşən 

FOTOLAR

Azərbaycan 1990-cı illərdə elə bir addım atdı ki... – Bu gün bir “boğaz”a möhtac deyilik — 1
XƏBƏR LENTİ
14 AVQUST 2026
"Wildberries" anbarına dəyən dron zərbələri 11 milyon kitabı külə çevirdi 11:52 ABŞ xarici hakerlərə hücum edəcək 11:50 Yaponiyada güclü leysan 8 can aldı 11:04 Nkunkunun “Milan” macərası bitir: Klub futbolçunu yola salır! 12:47 Ərdoğan hökumətində dəyişiklik ola bilər - İDDİA 11:34 Uaytdan Həbib etirafı: “Karyerasını davam etdirsəydi, əfsanə olardı” 12:31 Türkiyə nüvə enerjisində yeni mərhələyə keçir: Ankara öz texnologiyasını yaratmaq istəyir 11:26 “Barselona” geri çəkilmir: Rodri üçün üçüncü təklif hazırlanır! 12:23 Latviyada naməlum PUA təşviş yaratdı: NATO hərəkətə keçdi 12:15 Yaponiya XİN başçısı Səudiyyə Ərəbistanı və Omana səfər edəcək 10:47 Hörmüz boğazında gərginlik: İki tankerə hücum edildi 11:16 Moskvanın bütün hava limanları bağlandı 11:54 Azərbaycan 1990-cı illərdə elə bir addım atdı ki... – Bu gün bir “boğaz”a möhtac deyilik 11:08 Pensiya alanlara xəbər: Bakı, Sumqayıt və Abşeronda... 11:42 Rusiyada iki böyük terminala hücum: Yaralılar var - GÖRÜNTÜLƏR 10:52 Azərbaycan Pakistanı Müstəqillik Günü münasibətilə təbrik etdi 11:20 Tverdə dron qalıqları anbarın divarını dağıtdı: İşçilər təxliyə edildi 10:35 Ben Şelton Nadalın izi ilə: Kanada “Masters”ində tarixi uğur! 10:55 Yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA 10:32 Finlandiya uçuş qadağasını aradan qaldırdı 10:15 Tramp dron idxalına “stop” qoyur: 100 faizlik rüsum qüvvəyə minir 10:06 Azərbaycan nefti ucuzlaşdı 10:02 Avro bahalaşdı, rubl və lirə ucuzlaşdı – MƏZƏNNƏ 09:20 Boksçularımız Avropada gücünü göstərdi: ilk gündə 3 zəfər! 10:09 Onlarla PUA vuruldu, limanda yanğın çıxdı 09:54 Bütün Xəbərlər