“Avroüçlük” Tehrana qarşı hərəkətə keçdi: “Əgər İran onlarla razılaşmasa…” – Politoloq EHTİMALLARDAN DANIŞDI

“Avroüçlük” Tehrana qarşı hərəkətə keçdi: “Əgər İran onlarla razılaşmasa…” – Politoloq EHTİMALLARDAN DANIŞDI
18.08.2025 16:33

“İsrailin yeni hərbi əməliyyatlara hazırlaşdığı, ABŞ-nin isə İrandan əvvəlki hücumlardan nəticə çıxarmasını tələb etdiyi bir vaxtda, Almaniya, Fransa və Böyük Britaniyanın (avroüçlük) çağırışlarına etinasız yanaşmaq Tehran üçün ağır nəticələrə gətirib çıxaracaq. Bu, həm yeni iqtisadi sanksiyalara, həm də genişmiqyaslı hərbi toqquşmalara zəmin yarada bilər”. 

Politoloq Rəşad Bayramov bunu TodayPress TV-yə danışarkən bildirib.  

O vurğulayıb ki, İranın sabiq xarici işlər naziri Məhəmməd Cavad Zərif siyasi fəaliyyətində daim prinsipial mövqe nümayiş etdirib. Hələ nazir olduğu dövrdə o, Qərblə münasibətlərin normallaşdırılmasının tərəfdarı kimi çıxış edib və proseslərə realist yanaşdığına görə Prezident Məsud Pezeşkian tərəfindən İran İslam Respublikasının strateji məsələlər üzrə vitse-prezidenti vəzifəsinə təyin olunub.

“Zərif qısa müddət ərzində anlayıb ki, ölkədə siyasi hakimiyyətin xalqın maraqlarına uyğun addımları teokratik idarəçilik tərəfindən qəbul edilmir. Prezident institutunun qərarları isə mühafizəkar dairələr tərəfindən bloklanır. Bu səbəbdən, o, vəzifədə qalmağın mənasız olduğunu düşünərək istefa verdi”.

Ekspertin fikrincə, Zərifin “Paradigmanın dəyişməsi zamanı gəldi” adlı manifestlə çıxış etməsi və İran rəhbərliyini nüvə proqramı üzrə “avroüçlük”lə danışıqlara dəvət etməsi məntiqli və yerində addımdır. Əgər Avropa ölkələri ilə dialoq qurulmasa və ya razılaşma əldə edilməsə, bu, Qərb dövlətlərinin daha geniş şəkildə İsrailin mövqeyini dəstəkləməsi ilə nəticələnə bilər.

“Zəngin enerji resurslarına sahib bir ölkənin yanlış siyasi qərarlar səbəbindən sanksiyalara məruz qalması və hərbi hədəfə çevrilməsi İranı uzun illər geriyə ata bilər. Tehranda bu reallığı dərk edən kifayət qədər insan var, lakin hamısı Zərif kimi bu mövqeyi açıq şəkildə ifadə etməyə cəsarət göstərmir”.

R.Bayramovun qənaətincə, İrana qarşı mümkün hava zərbələrinin endirilməsi və əlavə sanksiyaların tətbiqi birbaşa danışıqlar prosesində Tehranın göstərəcəyi mövqedən asılı olacaq:

“Əgər Tehran “avroüçlük”lə konstruktiv danışıqlara razılıq verməsə, bu, həm beynəlxalq təzyiqlərin artmasına, həm də yeni təhlükə dalğalarının yaranmasına gətirib çıxaracaq”.

Qeyd edək ki, İranın keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif “Foreign Policy” jurnalında dərc olunan məqaləsində “Paradigmanın dəyişməsi zamanı gəldi” adlı manifestlə çıxış edib. O, İran rəhbərliyini nüvə proqramı üzrə Almaniya, Fransa və Böyük Britaniya (Avroüçlük) ilə danışıqlara başlamağa çağırıb. Zərif hesab edir ki, ölkə “daimi təhdidlər paradiqmasından” “imkanların dəyərləndirilməsi paradiqmasına” keçid etməlidir.

Bundan əlavə, “Avroüçlük” Tehrana avqustun sonunadək möhlət verib. Əgər bu müddət ərzində razılaşma əldə olunmazsa, sanksiyaların bərpası və hərbi zərbə ehtimalı reallaşa bilər.

Aysel Mətləb

FOTOLAR

“Avroüçlük” Tehrana qarşı hərəkətə keçdi: “Əgər İran onlarla razılaşmasa…” – Politoloq EHTİMALLARDAN DANIŞDI — 1
XƏBƏR LENTİ
01 AVQUST 2026
İspaniya Avropa İttifaqı ölkələrini “eqoistlik”də günahlandırdı 19:59 SON DƏQİQƏ: Azərbaycanda zəlzələ oldu 19:46 Misirdəki ABŞ səfirliyi vətəndaşlarına Yaxın Şərqi dərhal tərk etməyi tapşırdı 19:34 ABŞ İsraili İran raketlərindən qoruya bilməyəcək? - Rəsmən açıqlandı 19:17 Pezeşkian: “İranın gələcəyini onlar müəyyən edəcək” 18:59 TƏCİLİ: ABŞ vətəndaşlarını Yaxın Şərqi tərk etməyə çağırdı 18:46 İsrail İranın “qorxusundan” Ukraynaya “Dəmir Günbəz” vermədi 18:36 Dünyanın ən zəngin adamları iyulda milyardlarla dollar itirdi 18:22 Avropa “qapıları bağlayır” - Miqrant məsələsi canlarına “qorxu saldı” 18:08 Dünya çempionatı: İbrahim Həsənov finala yüksəldi - YENİLƏNDİ 2 15:10 Azərbaycan avarçəkənləri İtaliyada Avropa ikincisi oldular 17:25 Rezai: Hücum olarsa, regionu daş dövrünə qaytaracağıq 17:09 Arvadını qətlə yetirən şəxsə hökm oxundu 16:54 Yaponiya yeni mərkəzləşdirilmiş xüsusi xidmət orqanı yaratdı 16:22 Ukrayna Fransaya yardım göndərdi 16:00 Azərbaycan manatının dövretmə sürəti iyunda artdı 15:42 Ukrayna Qara dənizdə "Rosatom"un konteyner gəmisini batırdı 15:26 Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 Bütün Xəbərlər