ABŞ-İran münaqişəsini yenidən qızışdıran 4 SƏBƏB - Memorandumu heçə saydılar

ABŞ-İran münaqişəsini yenidən qızışdıran 4 SƏBƏB - Memorandumu heçə saydılar
08.07.2026 11:49

İslamabad Memorandumunun imzalanmasından qısa müddət sonra ABŞ və İran arasında hərbi gərginlik yenidən pik həddə çatıb.

Bəs memoranduma baxmayaraq, ABŞ-İran münaqişəsi niyə yenidən başladı?

Məsələ ilə bağlı politoloq Sədrəddin Soltan TodayPress TV-yə danışıb.


O bildirib ki, iyulun 11-də İslamabadda Pakistanın vasitəçiliyi ilə ABŞ və İran nümayəndələri arasında görüşün keçirilməsi nəzərdə tutulur. Tərəflər arasında danışıqlara verilən fasilə daha çox Xameneinin dəfn mərasimi ilə əlaqələndirilir.

Ekspert qeyd edib ki, indiyədək memorandumdan sonra tərəflər arasında iki dəfə belə insident yaşanıb:

"Bu danışıqların dayanmasına, atəşkəsin pozulmasına, yaxud memorandumun müddəalarının pozulmasına aid edilmir. Hesab edirəm ki, İran tərəfi danışıqlar öncəsi, eləcə də Türkiyədə keçirilən NATO sammitinə bu davranışı ilə bir ismarıc göndərir. Çünki əvvəlcə İran hərbçiləri, yəni SEPAH, Körfəz ölkələrinin tankerinə hücum edib. Ona cavab olaraq ABŞ İranın Körfəzdəki bazalarını bombalayıb. Sonra İran tərəfi də yenidən Bəhreyn, Oman və digər ölkələrdə ABŞ-nin bazalarına hücum edib. Səudiyyə Ərəbistanı və Oman İranı tankerlərə hücumda ittiham edib".

Analitikin qənaətincə, Tehran hakimiyyətinin özünü yenidən təcavüzkar kimi göstərməsi və ABŞ-nin buna cavab verməsi tərəflər arasında həm də güc nümayişidir:

"İran tərəfi sübut etmək və göstərmək istəyir ki, Körfəzdə, xüsusən Hörmüz boğazında güclüdür, əraziyə nəzarət edir və bu su hövzəsi onun nəzarəti altındadır. ABŞ isə bunun əksini Tehran hakimiyyətinə göstərir, bildirir ki, Tehran hakimiyyətinin bu tip hərəkətləri cavabsız qalmayacaq. Həm də bildirir ki, Körfəz ölkələrinin maraqlarını və təhlükəsizliyini müdafiə edəcək".

Sədrəddin Soltan əlavə edib ki, bütün hallarda bunu tərəflər arasında güc nümayişi kimi qiymətləndirmək olar.

O qeyd edib ki, burada başqa variant da mümkündür: "SEPAH-la İran hakimiyyəti daxilində olan qarşıdurma SEPAH-ı bu addımı atmağa və bütün danışıqları pozmağa yönəlmiş davranış sərgiləməyə məcbur edir. Ola bilsin ki, SEPAH bu addımı ilə həm də hakimiyyətdaxili danışıqlara meyilli olan, danışıqların aparılmasının tərəfdarı olan və SEPAH-ı görməzdən gələn, onu blokadada saxlamaq istəyən qüvvələrə xəbərdarlıq edir. Yəni başqa sözlə, birincisi, ABŞ-İran münasibətlərinin gərginləşməsi tərəflərin bir-birinə güc nümayiş etdirməsidir. İkincisi, İran hakimiyyəti daxilində münasibətlərin aydınlaşmasına xidmət edir. Üçüncüsü, Körfəz ölkələrinə, xüsusən Oman, Bəhreyn və Birləşmiş Ərəb Əmirliklərinə İranın ismarıcıdır. Dördüncüsü isə NATO-nun Ankarada keçirilən zirvə toplantısına Tehran hakimiyyətinin özünəməxsus ismarıcıdır."

Jalə Rövşən 

XƏBƏR LENTİ
08 IYUL 2026
Sabahın havası açıqlandı, neçə dərəcə isti olacaq? 13:11 Tramp Ərdoğana canlı yayımda tələ qurdu: O da İranı sevmir 12:45 Tramp bu dəfə İspaniyanı "hədəf taxtası"na qoydu - Əlaqələrə yenidən baxılacaq! 12:42 ABŞ-nin İranla atəşkəsi artıq qüvvədə deyil - TƏCİLİ 12:26 Azərbaycan və İordaniya XİN başçıları danışıqlar aparır 12:26 Nərmin Şahmarzadə Ələsgər Məmmədli və qardaşını biabır etdi: "Milyonlar pul..." 12:08 ABŞ-İran münaqişəsini yenidən qızışdıran 4 SƏBƏB - Memorandumu heçə saydılar 12:03 Fazil Mustafadan Sərdar Cəlaloğluna sərt cavab: "İrançı şəbəkənin ruporlarına çevrilib" 11:33 Bakının kanalizasiya sularında boğulması və ya Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin səhvləri 11:28 "Gecə aeroporta çağırdılar, sonra evə qayıtmağımızı dedilər" - Naxçıvana gedən yüzlərlə sərnişin çarəsiz vəziyyətdə 11:08 İlham Əliyev İordaniya Kralını ölkəyə səfərə dəvət etdi 11:05 Prezident İordaniya Baş nazirinin müavinini qəbul etdi 10:58 İsrailin əməli öz başında çatladı - Gözlər Azərbaycanda... 10:53 Dərnəgül yolunda dəhşətli qəza - Sürücü öldü - VİDEO 10:46 İki gün əvvəl Mərdəkanda dənizdə batan gəncin meyiti tapıldı 10:43 Çində güclü yeraltı təkanlar ölkəni "silkələdi" 10:36 PUA-lar Krasnodarı dağıtdı, Türkiyə və bir çox ölkə qazsız qalacaq 10:23 Xameneinin cənazəsi ortada qaldı - ABŞ dəfnə icazə vermədi 10:33 Rodriges Kolumbiya millisində yeni rekorda imza atdı 10:23 Rusiya bir gecəyə yüzlərlə Ukrayna dronunu vurdu 10:11 Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yaydı 10:16 Trampın Ankarada Mehtər marşı ilə təntənəli qəbulu İranı özündən çıxardı 10:10 Amerika Balaca Xameneiyə kiçik bir "tok" verdi - Gecə nələr baş verdi? 10:08 Kiyev yenidən od içində: Rusiya paytaxta növbəti hava hücumu reallaşdırdı - FOTOLAR 10:01 Tramp Ankaradan İrana hücum əmrini necə verdi? 09:54 Bütün Xəbərlər