ABŞ-dən Nigeriyaya təhdid: Eyni anda bir neçə cəbhədə güc nümayişi!

ABŞ-dən Nigeriyaya təhdid: Eyni anda bir neçə cəbhədə güc nümayişi!
03.11.2025 13:18

ABŞ Prezidenti Donald Tramp Nigeriyada xristianların qorunması məqsədilə “İslam terrorçularına” qarşı hərbi tədbirlərə hazırlaşmaq tapşırığı verib. Müdafiə naziri Pit Heqset "X" hesabında bildirib ki, Nigeriya hökuməti vəziyyəti nəzarətə almasa, ABŞ özü müdaxilə edə bilər. Nigeriya Prezidenti Bola Tinubu isə bu ittihamları rədd edib, ölkədə dini dözümsüzlüyün olmadığını vurğulayıb. 

Maraqlıdır, Tramp administrasiyasının bu addımı ABŞ-nin Afrika siyasətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilərmi?  

Mövzu ilə bağlı TodayPress TV-yə danışan politoloq Tofiq Abbasov bildirib ki, ABŞ ədalətsizliyə göz yumur:


"Amerika siyasəti indi artıq yeni təzahürlərini ortaya qoyur və bildirir ki, o, bütün dünyada istənilən sahədə nizam-intizamın yaradılmasına cavabdehlik daşıyır. Amma əslində Amerikanın özündə elə müsəlmanlara, qaradərililərə, afroamerikanlara qarşı ciddi qəddarlıq halları mövcuddur. Bəs niyə Amerika bu proseslərə özündən başlamır?" 

Politoloq qeyd edib ki, ABŞ “İslam terroru”nu yeni qlobal təhdid kimi göstərir:


"Əlbəttə, burada ilk növbədə rəsmi Vaşinqton göstərmək istəyir ki, o, müsəlman dünyasına daha çox diqqət yetirməlidir. Təsadüfi deyil ki, “İslam terrorçuluğu” və ya “İslam terrorizmi” anlayışı artıq onların siyasi leksikonunda möhkəm yer alıb. Yəni, əgər əvvəllər kommunizm Qərb dünyası üçün – özlərinin dediyi kimi “demokratik azad dünya” üçün – əsas təhdid idisə, indi artıq “İslam terroru” yeni risk və təhlükə kimi təqdim olunur və onunla mütəşəkkil mübarizəyə başlamaq zəruri sayılır".

Onun sözlərinə görə, bu Amerikanın müdaxilə bəhanəsidir:


"Hər halda, müstəqil mənbələr Nigeriyada bu zəmində baş verən ixtişaşların geniş miqyas almadığını göstərir. Nigeriya müstəqillik qazandıqdan sonra da orada iki əsas icma – şimalda çoxluğu təşkil edən müsəlmanlar və cənubda yaşayan xristianlar – arasında müəyyən gərginliklər mövcud olub. Hətta bəzi bölgələrdə dini mənsubiyyəti məlum olmayan qəbilələr də yaşayır ki, onlar hələ Amerika tərəfindən diqqətə alınmır.

Amma xristianlarla bağlı məsələnin ABŞ tərəfindən böyük piar kampaniyasına çevrildiyi görünür. Əgər prezident müdafiə nazirinə bu istiqamətdə tapşırıq verirsə, bu, onu göstərir ki, məsələ bilərəkdən şişirdilir, süni şəkildə dramatikləşdirilir və nəticədə ABŞ müdaxilə üçün zəmin hazırlayır". 

T.Abbasov vurğulayıb ki, ABŞ eyni anda bir neçə cəbhədə güc nümayiş etdirməyə çalışır: 


"Bir tərəfdə Venesuela, digər tərəfdə Nigeriya, üstəlik İran məsələsi – bütün bunlar göstərir ki, Amerika Birləşmiş Ştatları hələ də özünün “tükənməz imkanları”na istinad edərək istənilən istiqamətdə təsir göstərmək iddiasındadır. Bu, müəyyən mənada İsrailin Baş naziri Benyamin Netanyahunun fikirləri ilə oxşarlıq yaradır: o da iddia edir ki, İsrail eyni anda yeddi istiqamətdə müharibə apara bilər. Amerika da Filippindən Yaponiyaya qədər bir çox bölgələrdə eyni iddianı nümayiş etdirir – guya bir neçə cəbhədə mübarizə aparmaq gücünə malikdir və bu proseslərdə “nizam-intizam” yaratmağa qadirdir".   

Ekspertrin fikrincə, bu yanaşma özlüyündə yanlış və ziddiyyətlidir: 

"Çünki əslində Amerika çox vaxt xaosa yol açır. Öz alətləri və baxışları ilə özgə regionlara müdaxilə etməyə çalışması əks nəticə doğurur. Əgər Amerika Nigeriyaya daxil olarsa, bu, böyük strateji səhv olar. Çünki Afrikada ABŞ-nin nüfuzu o qədər də yüksək deyil. Burada, həmçinin, Çinin təsirini məhdudlaşdırmaq niyyəti də özünü göstərir".

"Beləliklə, Amerika reallıqdan çox, öz imkanlarını olduğundan artıq qələmə verir və bu, nəticə etibarilə əks təsir doğura bilər", - deyə politoloq fikrini sonlandırıb. 

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUN 2026
Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 DÇ-2026: İspaniya-Kabo Verde oyunu başladı 20:09 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 İslamabad razılaşmasının detalları açıqlandı 19:43 ABŞ qalib gəlmədi, İran məğlub olmadı: Əsl qalib kimdir? 19:39 Aİ Rusiyanın sanksiyalarına qarşı Ermənistana dəstək planı hazırlayır 19:10 Ukrayna dronlarına ağır zərbə riski: Rusiya ordusu "Starlink"ə qarşı yeni üsul öyrəndi 19:04 Oman ABŞ-İran tarixi sülh razılaşmasını rəsmən alqışladı 18:46 İsrailin sabiq baş naziri: "Netanyahu müharibəni uduzdu" 18:39 Pezeşkian elan etdi: ABŞ və İran arasında müharibə bu tarixdə bitir 18:33 "Sanksiyalar ləğv edilməyəcək!" - Fon der Lyayen İrana şərt qoydu 18:19 Azərbaycan boksçuları Dünya Kubokuna qələbə ilə başladı 18:09 Surət Hüseynov Gəncədən hücum edərkən Bakıya qədər heç bir rayonun icra başçısı qabağına çıxa bilmədi - Qurtuluş gününün şifrələri 17:53 Axtarışda olan 83 nəfər tutuldu 17:44 Yollarda görünüş bu məsafəyədək məhdudlaşacaq 17:30 Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 İtkin düşən 8 nəfər tapıldı 17:11 İran: Hörmüz boğazından keçid üçün rüsum tutulmayacaq 16:59 Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi 16:48 Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi? 16:44 Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik 16:36 Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı 16:25 İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Bütün Xəbərlər