ABŞ Çinlə qarşı-qarşıya: Kartlar necə paylanacaq?

ABŞ Çinlə qarşı-qarşıya: Kartlar necə paylanacaq?
12.09.2025 17:06

Müasir dövrdə ABŞ ilk dəfə ölçü və güc baxımından onu üstələyən Çinlə qarşı-qarşıyadır.

TodayPress TV xəbər verir ki, "The New York Times"a görə, yalnız Amerika milli potensialı bu çağırışa cavab vermək üçün kifayət etməyə bilər.

Həmçinin bildirilir ki, ABŞ Prezidenti Donald Trampın tariflərə yönəlmiş siyasəti müttəfiqləri uzaqlaşdırıb və Pekinə öz koalisiyalarını qurmaq üçün imkanlar yaradıb. Buna görə də, ABŞ artıq bu savaşda özünə müttəfiq arayışına başlayıb.

Bəs ABŞ üçün bu müttəfiq hansı dövlət ola bilər?

"Hindistanın Çinə meyl etməsi ABŞ üçün..."

Mövzu ilə bağlı TodayPress TV-yə danışan Milli Məclisin deputatı Azər Allahverənov bildirib ki, ABŞ-nin müttəfiqləri arasında yeni meyllər getdikcə daha qabarıq şəkildə üzə çıxmaqdadır:


"ABŞ öz müttəfiqləri ilə münasibətlərini daha çox müxtəlif platformalar üzərindən qurmaqda maraqlıdır. Bəzən bu platformaları konkret nümunələrlə də görmək mümkündür. Məsələn, NATO-nu götürək: NATO-ya üzv dövlətlər birbaşa ABŞ-nin müttəfiqləridir. Lakin onların arasında elə dövlətlər var ki, əlavə olaraq digər platformalarda da daha sıx əlaqələrin qurulmasına maraq göstərirlər. Xüsusilə iqtisadi zəminli münasibətlər burada ön plana çıxır. Məsələn, Şanxay Əməkdaşlıq Təşkilatının son sammitində Hindistanın fəallığı diqqəti cəlb edirdi. NATO üzvü olmasa da, Hindistanla ABŞ arasındakı münasibətlər bəllidir və bir çox platformalarda, o cümlədən G20-də onlar əksər hallarda eyni mövqedən çıxış edirlər. Bu isə ABŞ-nin xüsusilə Çinlə rəqabətdə Hindistanla münasibətlərin inkişafına maraqlı olduğunu göstərir. Lakin Hindistanın müəyyən məqamlarda Çinə meyl etməsi ABŞ üçün də müəyyən dəyişikliklərin siqnalı hesab olunur".

"ABŞ müttəfiqlərini bir daha nəzərdən keçirməlidir"

Parlamentarinin sözlərinə görə, eyni vəziyyəti Pakistan üzərindən də izləmək olar. Pakistan Şanxay Əməkdaşlıq Təşkilatında Çinə kifayət qədər yaxın münasibətlərə malikdir. Digər tərəfdən, Avropa İttifaqı ölkələri də NATO üzvləridir və onların da Çinlə münasibətləri olduqca sıxdır. Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayenin Pekinə səfəri buna nümunədir. Bu isə Avrasiya qitəsində iki böyük siyasi mərkəzin əməkdaşlığı üçün yeni imkanlar açır. ABŞ isə tərəfdaşlarını və müttəfiqlərini bu kontekstdə bir daha nəzərdən keçirmək zərurəti ilə üz-üzədir.

"Yaxın Şərqdə də oxşar mənzərə müşahidə olunur. Burada ABŞ-nin əsas müttəfiqi İsraildir. Lakin son vaxtlar Baş nazir Benyamin Netanyahunun apardığı siyasət Donald Trampın baxışları ilə üst-üstə düşmür. Beləliklə, burada da mürəkkəb və çoxqatlı proseslərin getdiyi görünür, qüvvələr balansı dəyişir.

Cənubi Qafqaz kontekstində isə ABŞ-nin Azərbaycanla strateji tərəfdaşlıq əlaqələrini gücləndirməsi diqqəti cəlb edir. Bunun üçün işçi qruplarının yaradılması barədə qərar qəbul olunub. Bu, ABŞ-nin regionda Azərbaycanla strateji tərəfdaşlıq elementlərini inkişaf etdirmək niyyətini göstərir. Əgər əvvəllər əməkdaşlıq daha çox enerji təhlükəsizliyi üzərində qurulurdusa, indi kommunikasiya və logistika layihələri də bu münasibətlərə daxil edilir. Azərbaycanın digər regional mərkəzlərlə sıx əlaqələri, Türk Dövlətləri Təşkilatındakı fəal iştirakı da əlavə üstünlüklər gətirir. 

Bundan başqa, ABŞ-nin Mərkəzi Asiya respublikaları ilə əlaqələri inkişaf etdirmək niyyəti Türkiyə ilə münasibətləri də yenidən nəzərdən keçirməyi zəruri edə bilər. Bu münasibətlərin yalnız NATO formatı ilə məhdudlaşmaması, BMT və digər təsisatlarda daha geniş əməkdaşlığa əsaslanması ABŞ üçün mühüm element ola bilər", - deyə A.Allahverənov əlavə edib.

"Yeni çağırışlara uyğun siyasət qurulacaq"

Deputat ABŞ-nin hazırda bu proseslərin başlanğıcında olduğunu ifadə edib. Onun sözlərinə görə, dünyada gedən geosiyasi dəyişikliklər və yeni regional trendlər ABŞ-nin xarici siyasət kursunun müəyyən dərəcədə yenidən nəzərdən keçirilməsini qaçılmaz edir. 

Millət vəkili BRICS-dən də bəhs edib:

"BRICS platformasında da maraqlı proseslər gedir. Burada Braziliya kimi ABŞ-nin müttəfiqi hesab edilən dövlət iştirak edir, lakin eyni zamanda ABŞ ilə rəqabətdə olan dövlətlər də fəal rol oynayır. Bu baxımdan, ABŞ bütün mövcud platformaları nəzərdən keçirərək yeni çağırışlara uyğun siyasət qurmağa çalışacaq.

Bu proses qısa zamanda başa çatmayacaq, lakin lokal və regional miqyasda artıq müəyyən strateji xətlər görünməkdədir. Cənubi Qafqazda isə bu, ilk növbədə Azərbaycanla strateji tərəfdaşlıq münasibətlərinin yeni inkişaf trayektoriyasının müəyyənləşdirilməsi ilə özünü göstərir".

Qiymət Mahir

TodayPress TV 

XƏBƏR LENTİ
31 IYUL 2026
Övladınıza ad qoymazdan əvvəl oxuyun - Bu 4 hərf uğur gətirirmiş 01:04 Müasir itlərin əcdadı ortaya çıxdı 00:57 İsti su oynaqlara xeyirlidir, amma bu insanlar üçün qəti qadağandır 00:34 İkinci Dünya müharibəsinin ən güclü gəmiləri niyə bir dəfə də olsun duelə çıxmadı? 00:25 ABŞ-də Trampın şəkli olan pasport satışa çıxarılır - FOTO 00:03 “Qan tökürlər, cavabını alacaqlar” - İrandan ABŞ-yə XƏBƏRDARLIQ 01:49 ABŞ və Səudiyyə İraqdan xəbərsiz zərbə endirdi - Baş nazir səfərini ləğv etdi 01:18 "Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək - YENİLƏNDİ 22:03 Rusiya ABŞ şirkətinə məxsus zavodu vurdu - TƏCİLİ 00:17 HƏMAS silahı yerə qoyacaq? - Yaxın günlərdə hər şey dəyişə bilər 23:51 Türk ordusu Livana gedir - Ərdoğan açıqladı 23:34 İran ABŞ-nin bu ölkədəki aviabazasını vurdu - VİDEO 22:14 İrana qarşı hərbi əməliyyatlara davam, yoxsa tamam? - Cəmi 1 səs hər şeyi dəyişdi 23:04 "Neftçi" UEFA Konfrans Liqası ilə vidalaşdı - YENİLƏNDİ 21:18 Bakıda qətl hadisəsi baş verdi - TƏFƏRRÜATLAR 22:50 Ermənistan Rusiya kimisini tapmayacaq - Moskvadan İrəvana mesaj 22:39 Rusiya “Telegram”ın təsisçisini niyə “qara siyahı”ya saldı? - SƏBƏB bu imiş 22:26 "Zirə" UEFA Konfrans Liqası ilə vidalaşdı - VİDEO 20:04 Səbrsizliklə gözlənilən “44” filmi tamamlandı 21:49 Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 Bütün Xəbərlər