21-ci əsrin "Afina - Sparta" müharibəsi başlayır? - Tarixin ən böyük xəbərdarlığı

21-ci  əsrin "Afina - Sparta" müharibəsi başlayır? - Tarixin ən böyük xəbərdarlığı
15.05.2026 12:44

Pekində dünya siyasətinin iki ağır çəkisi üz-üzə gələndə, Çin lideri Si Cinpin masaya sadə görünən, amma əslində çox dərin bir sual qoydu: “Biz Fikidid tələsini aşa biləcəyikmi?”   Söhbət bəşəriyyətin qarşısında duran ən böyük seçimdən gedirdi: müharibə, yoxsa sülh? Amma Donald Trampın reaksiyası göstərdi ki, Vaşinqtonla Pekin eyni mövzudan danışsa da, dünyaya tamamilə fərqli baxırlar.

Tramp üçün beynəlxalq siyasət daha çox sövdələşmələr, tariflər, iqtisadi rəqəmlər və güc nümayişidir. Si Cinpin üçün isə bugünkü dünya minilliklər boyu təkrarlanan tarixi proseslərin davamıdır. 2026-cı ilin mayında Pekində keçirilən sammitdə Si qədim yunan tarixindən nümunə gətirib  “Fikidid tələsi”ndən danışanda, Tramp bunu daha çox Amerikanın zəifləməsi ilə bağlı mesaj kimi qəbul etdi.

Sİ nədən danışırdı? "Fikidid tələsi" nədir? 

Bu anlayış qədim yunan tarixçisi Fikididin Peloponnes müharibəsi haqqında yazdıqlarına əsaslanır. Fikidid belə yazırdı: “Afinanın yüksəlişi və bunun Spartada yaratdığı qorxu müharibəni qaçılmaz etdi.”

Harvard professoru Graham Allison bu fikri müasir beynəlxalq münasibətlərə tətbiq edərək “Fikidid tələsi” anlayışını məşhurlaşdırdı. Onun fikrincə, tarixdə yeni yüksələn bir güc mövcud hegemonu sıxışdırmağa başlayanda, tərəflər arasında yaranan qorxu və rəqabət çox vaxt müharibə riskini artırır.

Allisonun araşdırmasına görə, son 500 ildə buna bənzər 16 böyük güc qarşıdurması yaşanıb və onların 12-si müharibə ilə nəticələnib. Bu gün ən çox müzakirə olunan nümunə isə ABŞ ilə Çin arasındakı rəqabətdir.

Pekinin mesajı nə idi? 

Mayın 14-də Pekində  keçirilən görüşdə Si Cinpin Trampa açıq şəkildə belə bir sual verdi: “ABŞ və Çin Fikidid tələsini aşa bilərmi və böyük dövlətlər arasında yeni münasibət modeli yarada bilərmi?”

Burada Çinin Vaşinqtona verdiyi siyasi mesaj: Pekin artıq özünü yüksələn güc kimi görür və ABŞ-dən bu reallığı qəbul etməsini gözləyir. Xüsusilə Tayvan məsələsinin gündəmdə olduğu bir vaxtda bu mesajın çəkisi daha da böyük idi.

Tramp nə anladı? 

Tramp isə bu yanaşmanı tam başqa prizmadan oxudu. O, "Truth Social" platformasında Si Cinpinin ABŞ-nin zəiflədiyini nəzərdə tutduğunu yazdı və bunu Bayden administrasiyasının siyasəti ilə əlaqələndirdi.

Yəni Tramp məsələyə tarixi və geosiyasi konsepsiya kimi yox, daha çox güc balansı və daxili siyasət prizmasından baxdı. Bu da təəccüblü deyil. Onun siyasi üslubu həmişə daha praktik olub: tariflər, ticarət razılaşmaları, iqtisadi təzyiq və konkret nəticələr. Qədim Yunan tarixindən gələn diplomatik mesajlar isə onun siyasi ritorikasında əsas yer tutmur.

Nəticədə, Si Cinpin “Çinin yüksəlişini qəbul edin, yoxsa qarşıdurma riski artacaq” mesajı verirdi. Tramp  bunu “Amerika zəifləyib, amma mən bunu dəyişəcəyəm” kimi qəbul etdi. 

Bəlkə də həmin görüşün ən maraqlı tərəfi məhz bu idi. Eyni masada oturan iki liderin dünya görüşləri arasındakı uçurum.

Jalə Rövşən

XƏBƏR LENTİ
01 AVQUST 2026
Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 Bütün Xəbərlər