Tahir İmanov: “Mən qardaşdan yetim qaldım...”

Tahir İmanov: “Mən qardaşdan yetim qaldım...”
30.09.2025 14:29

“Mənim üçün qardaşım Cabir çox dəyərli idi. Uca Allahın köməyi ilə mən ailəmlə gözəl illər yaşamışam. Cabir 49 il həyatımızda oldu. Amma o, doğrudan da çox görkəmli, zəngin, dolu və işıqlı ömür sürdü. İlk illərimiz valideynlərimizin və Allahın sayəsində qayğısız keçdi. Şuşalı, Şuşasız günlərimiz oldu, amma şükürlər olsun ki, yenidən Şuşalı günlərimizi yaşadıq”.

Bu sözləri TodayPress TV-yə Cabir İmanovun qardaşı Tahir İmanov deyib.

“Çoxları Cabiri mənfi tərəfdən göstərməyə çalışsa da, Allahın verdiyi dəyəri heç kim ala bilməz. Cabir nümunəvi ata, nümunəvi oğul, nümunəvi nəvə idi. Mən ondan böyük olsam da, çox şeyi məhz ondan öyrənmişəm. Bəlkə də, elə buna görə ömrünün sonunda məndən əvvəl dünyasını dəyişdi. Harda olurdu olsun, istər əvvəl, istər qələbədən sonra – həyatımızın mənası yalnız Şuşa idi. Çünki təməl belə qoyulmuşdu. Bu təməli isə görkəmli bəstəkar Süleyman Ələsgərov qoymuşdu”, - deyə o əlavə edib.

Tahir İmanov, həmçinin bildirib:

“Eşq olsun Ali Baş Komandanımıza! Məhz o bizi Qarabağa gətirdi. Müharibə başlayanda Cabir çox sarsılmışdı, özünü tapa bilmirdi. Mənim anam, atam, hətta gəlinimiz də şahiddir ki, Cabir müharibəyə getmək istəyirdi. Dövlətimiz isə ona bildirdi ki, hələ onun növbəsi deyil, gözləməlidir. Sonra mən də getdim. Amma ona demədim. Şuşa azad olunandan sonra dövlətimiz Cabirə çox məsuliyyətli tapşırıq verdi. Yadınızdadırsa, Şuşada ilk konserti Dövlət Təhlükəsizlik Xidməti təşkil etmişdi və bu iş məhz Cabirə həvalə olunmuşdu. Cabir mənə zəng edib dedi: “Mən Şuşaya gedirəm, amma sən də aparıcı olmalısan”. Mən isə dedim: “Mən aparıcı yox, fəhləsi olmağa da razıyam, amma mütləq orda olacağam”. Beləcə, Cabirin rəhbərliyi ilə sənət adamlarımız Şuşada azadlıq gününü qeyd etdilər”.

Tahir İmanov son olaraq nitqini bu cür yekunlaşdırıb:

“Düz beş gün əvvəl biz Cabirlə, ailələrimizlə birlikdə yenə Şuşada olduq. Keçən həftənin üçüncü günü qayıtdıq. Bəstəkar Süleyman Ələsgərov haqqında ailəmizin çəkdiyi bədii filmin çəkilişlərində iştirak etdik. Cabir də həmin çəkilişlərdə oldu. Sonra dron çəkilişi zamanı cihaz Daşaltı tərəfə düşmüşdü. Mən zarafatla dedim: “Cabir, tapılmasa, məni bağışla”. O isə cavab verdi: “Narahat olma, bu sadəcə sınaqdır. Əsas xoşbəxtlik odur ki, uşaqlarımız Şuşanı görür". Biz həmişə Şuşa ilə yaşamışıq, Şuşa ilə nəfəs almışıq. Cabir də ömrünün son günlərinədək bu amal ilə yaşadı. Mən qardaşdan yetim qaldım”.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUN 2026
Aİ Rusiyanın sanksiyalarına qarşı Ermənistana dəstək planı hazırlayır 19:10 Ukrayna dronlarına ağır zərbə riski: Rusiya ordusu "Starlink"ə qarşı yeni üsul öyrəndi 19:04 Oman ABŞ-İran tarixi sülh razılaşmasını rəsmən alqışladı 18:46 İsrailin sabiq baş naziri: "Netanyahu müharibəni uduzdu" 18:39 Pezeşkian elan etdi: ABŞ və İran arasında müharibə bu tarixdə bitir 18:33 "Sanksiyalar ləğv edilməyəcək!" - Fon der Lyayen İrana şərt qoydu 18:19 Azərbaycan boksçuları Dünya Kubokuna qələbə ilə başladı 18:09 Surət Hüseynov Gəncədən hücum edərkən Bakıya qədər heç bir rayonun icra başçısı qabağına çıxa bilmədi - Qurtuluş gününün şifrələri 17:53 Axtarışda olan 83 nəfər tutuldu 17:44 Yollarda görünüş bu məsafəyədək məhdudlaşacaq 17:30 Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 İtkin düşən 8 nəfər tapıldı 17:11 İran: Hörmüz boğazından keçid üçün rüsum tutulmayacaq 16:59 Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi 16:48 Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi? 16:44 Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik 16:36 Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı 16:25 İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Bütün Xəbərlər