Emin Ağalarov “Sea Breeze”dəki uşaq ölümü ilə bağlı açıqlama verdi - FOTO

Emin Ağalarov “Sea Breeze”dəki uşaq ölümü ilə  bağlı açıqlama verdi - FOTO
15.08.2026 14:42

İş adamı Emin Ağalarov "Sea Breeze"dəki hadisə ilə bağlı açıqlama yayıb.

TodayPress TV  xəbər verir ki, bununla bağlı Emin Ağalarov öz "İnstagram" səhifəsində paylaşım edib:

"Şəxsən öz adımdan və bütün “Sea Breeze” komandası adından ailəyə ən dərin və səmimi başsağlığımı bildirirəm. Belə bir anda valideynlərin və yaxınlarının ağrısını yüngülləşdirə biləcək söz yoxdur.

Hazırda hadisənin bütün təfərrüatlarını, o cümlədən uşağın su nasoslarının işlədiyi və hasarlarla əhatələnmiş hovuzun texniki zonasına necə düşdüyünü müəyyənləşdirən araşdırma aparılır. Biz öz tərəfimizdən istintaqa hərtərəfli dəstək veririk.

Uşaqların və böyüklərin təhlükəsizliyi “Sea Breeze” üçün hər zaman mütləq prioritet və öhdəlik olub və olaraq qalır. Kurortun bütün əraziləri və obyektləri mütəmadi olaraq FHN və aidiyyəti qurumlar tərəfindən yoxlanılır. Akvapark üçüncü mövsüm fəaliyyət göstərir və bu müddət ərzində 350 mindən çox qonaq qəbul edib. Baş verən hadisə ilə əlaqədar bütün təhlükəsizlik tədbirləri əlavə olaraq yenidən yoxlanılacaq və gücləndiriləcək.

“Sea Breeze” komandası və şəxsən mən ailəyə bütün lazımi dəstəyi və yardımı göstərəcəyik".

Qeyd edək ki, avqustun 14-də Nardaran qəsəbəsində yerləşən “Sea Breeze” istirahət mərkəzində 2022-ci il təvəllüdlü Abdullayev Akif Cavid oğlunun ayağı hovuzda su nasosunda sıxılı vəziyyətdə qalıb.

Görülən tədbirlərə baxmayaraq, 4 yaşlı uşağı xilas etmək mümkün olmayıb, o, dünyasını dəyişib.


XƏBƏR LENTİ
15 AVQUST 2026
Həftə sonu üçün sarı və narıncı xəbərdarlıq edildi 15:22 Paracüdoçumuz İlham Zəkiyev Avropa çempionatında finala vəsiqə qazandı 15:12 İsrailin Livana hücumu: ölənlərin sayı 7 nəfərə çatdı 15:02 Husilər Yəmənə hücum etdi, bir nəfər öldü 14:22 İspaniyaya Seuta haqqında əvvəlcədən xəbərdarlıq edilmişdi ? 14:03 Emin Ağalarov “Sea Breeze”dəki uşaq ölümü ilə bağlı açıqlama verdi - FOTO 14:42 İndoneziyada zəlzələdə həlak olanların sayı açıqlanıb - YENİLƏNDİ 09:12 Neftçi ABŞ-dən olan basketbolçu ilə heyətini yenilədi 13:39 Sabah hava necə olacaq ? - PROQNOZ 13:25 AYNA yeni marşrutları vətəndaşların ixtiyarına verdi 13:19 Azərbaycan XİN Konqonu Milli Günü münasibətilə təbrik etdi 13:10 Azərbaycan XİN Lixtenşteyni təbrik etdi 13:05 “Qarabağ”a uduzan “Dinamo”da qalmaqal: Yarmolenko stadiona getməkdən imtina edib 12:59 Xankəndi bu Avropa şəhəri ilə qardaşlaşır 12:54 İsrail Ordusu Livanı vurdu: ölənlər var 12:46 Ukraynanın “Patriot” ehtiyatı tükənir: NATO çıxış yolu tapa bilmir 12:37 İmişlidə 10 kiloqram narkotik dövriyyədən çıxarıldı 12:21 Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 12:17 İspaniyada zəlzələ - Evlərə və maşınlara ziyan dəydi - VİDEO 12:08 Bakıda TIR aşdı: Dizel yola dağıldı - VİDEO 12:04 Bakı metrosunda 11 aylıq dəyişiklik: sərnişinləri nə gözləyir? 11:37 Bakıda yük avtomobili aşdı 11:30 Paracüdoçumuz Avropa çempionatında medal qazandı 11:45 Mağazanın tavanı uçdu, qadın dağıntılar altında qaldı - VİDEO 11:21 Zubir “Qarabağ”dan getdi – yeni klubu bəlli oldu 11:13 Bütün Xəbərlər