Bakıda SSRİ bayraqları: Bu xaricdən maliyyələşirsə...

Bakıda SSRİ bayraqları: Bu xaricdən maliyyələşirsə...
26.11.2025 13:19

Sosial şəbəkələrdə keçmiş SSRİ və Azərbaycan SSR bayraqları ilə yürüş etməyə cəhd göstərən bir qrup şəxs saxlanılıb. Onlara məxsus ofis və mənzillərə baxış zamanı kommunist ideologiyasının təbliğinə yönəlmiş çox sayda materiallar, bayraqlar, radikal məzmunlu kitablar, CD-disklər və digər elektron cihazlar aşkar edilərək götürülüb.

Bəs bu şəxslərin xaricdən maliyyə dəstəyi ilə sovet simvolikası altında təşkilatlanması və Azərbaycana qarşı yeni bir informasiya-təbliğat diversiyası kimi formalaşması hesab edilə bilərmi?  Bu fəaliyyət hüquqi baxımdan necə dəyərləndirilir?

Məsələ ilə bağlı TodayPress TV-yə açıqlama verən professor, hüquqşünas Fərhad Mehdiyev bildirib ki, kommunizmin təbliği ümumilikdə qanunla qadağan edilmir, lakin bəzi nüanslar var:

“Əslində kommunizmin təbliği və propaqandası ölkəmizdə qadağan deyil. Bu, ifadə azadlığı və siyasi fəaliyyət azadlığı çərçivəsinə daxildir. Amma belə fəaliyyət xaricdən maliyyələşirsə, vəziyyət təhlükəli məna kəsb edə bilər. Əgər hər hansı təşkilat və ya qrup – hətta partiya da ola bilər – kommunizmi təbliğ edir və xaricdən maliyyə almırsa, burada mənfi bir hal görmək olmaz. Konstitusion quruluş buna imkan verir”.

Onun sözlərinə görə, əsas problem şəffaf olmayan xarici maliyyələşmənin yaratdığı təhlükədir:

“Əgər bu kimi fəaliyyətlər xaricdən maliyyələşirsə, bu, artıq milli maraqlar və milli təhlükəsizlik məsələləri ilə kəsişir. Burada əsas sual şəffaflığın olub-olmamasıdır. Əgər təşkilat xaricdən maliyyə aldığını açıq şəkildə bəyan edir, onu qrant kimi qeydiyyatdan keçirib fəaliyyətini davam etdirirsə, hüquqi ziddiyyət yaranmır. Amma gizli maliyyələşmə varsa, bu, artıq dövlət təhlükəsizliyini sual altına qoyan məqamlardandır və xüsusi orqanlar tərəfindən araşdırılır. Maliyyə ayrılırsa, bunun müqabilində nə tələb olunur? Tərəflər arasında hansı asılılıq və digər əlaqələr mövcuddur?”

Ekspert sonda qeyd edib ki, belə hallarda fəaliyyət hüquqa zidd hesab oluna bilər.

Jalə Rövşən

FOTOLAR

Bakıda SSRİ bayraqları: Bu xaricdən maliyyələşirsə... — 1
XƏBƏR LENTİ
31 IYUL 2026
“Qarabağ”ın Konfrans Liqası oyununa FIFA referisi təyin edildi 15:33 Stalinin güllələtdiyi zadəganın SSRİ neft sənayəsini dirçəltmiş akademik oğlu: Midhət Abbasov-100 15:28 Niderland millisini tanınmış keçmiş futbolçu çalışdıra bilər 15:09 Prezidentin təltif olunduğu orden: Daha kimlərə verilib? 15:19 “Nyukasl” daha bir ulduzunu itirdi: Gimarayens gedir 15:05 Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparıldı 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Nüvə başlığı daşıya bilən Rusiya raketi Polşa ərazisində partladı 14:12 Sabiq direktor məhkəmə qarşısında: 186 min manatlıq mənimsəmədə ittiham olunur 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Bütün Xəbərlər