Azərbaycanın etirazından sonra “erməni soyqırımı” təşəbbüsü dayandırıldı

Azərbaycanın etirazından sonra “erməni soyqırımı” təşəbbüsü dayandırıldı
10.07.2026 00:39

İsrail Xarici İşlər Nazirliyinin iyun ayında qondarma “erməni soyqırımı”nın tanınması məsələsini müzakirəyə çıxarmaq təşəbbüsü Azərbaycanın narahatlığına səbəb olub.

TodayPress TV xəbər verir ki, Modern.az-ın məlumatına görə, rəsmi Bakı bu təşəbbüs barədə əvvəlcədən məlumatlandırılmayıb.

Bildirilir ki, rəsmi Bakı təşəbbüs hazırlanarkən məsələnin Azərbaycan üçün həssaslığının, Azərbaycan-Türkiyə münasibətlərinin xüsusi xarakterinin, eləcə də bunun Azərbaycan-İsrail strateji tərəfdaşlığına mümkün təsirlərinin kifayət qədər nəzərə alınmadığını hesab edib.

Məlumata əsasən, iyunun 29-da Azərbaycan Xarici İşlər Nazirliyi rəsmi mövqeyini İsrail tərəfinə çatdıraraq təşəbbüsə yenidən baxmağa çağırıb. Diplomatik kanallar vasitəsilə İsrail tərəfinə bu addımın həm Türkiyə-İsrail münasibətlərinə, həm də Azərbaycanla əməkdaşlığa mənfi təsir göstərə biləcəyi barədə arqumentlər təqdim olunub.

Qeyd olunur ki, təşəbbüsün yenidən nəzərdən keçirilməsini dəstəkləyənlər İsrailin müxtəlif siyasi dairələrində də olub. Azərbaycanın arqumentlərinin müxtəlif siyasi düşərgələrin nümayəndələri, ekspertlər və dövlət qurumları tərəfindən dəstəkləndiyi bildirilir.

Nəticədə təşəbbüsün irəlilədilməsi prosesi faktiki olaraq dayandırılıb və məsələnin İsrail hökuməti və parlamenti səviyyəsində müzakirəsi davam etdirilməyib.

Bu hadisə Azərbaycanın milli maraqlarını qorumaqla yanaşı, strateji tərəfdaşları ilə konstruktiv dialoqu davam etdirmək siyasətinin nümunəsi kimi qiymətləndirilir. Həmçinin qeyd olunur ki, Bakı İsraillə strateji tərəfdaşlı çərçivəsində Türkiyənin milli maraqlarına toxunan məsələlərdə Ankaraya prinsipial dəstəyini nümayiş etdirib.

Xatırladaq ki, son aylarda Azərbaycan Türkiyə ilə İsrail arasında Suriya məsələsi üzrə dialoq platformalarından biri kimi də çıxış edib. Bir sıra beynəlxalq media orqanları Bakının Ankara ilə Təl-Əviv arasında əlaqələrin normallaşdırılması istiqamətində diplomatik səylər göstərdiyini qeyd edib.

XƏBƏR LENTİ
10 IYUL 2026
Dərmana tələsməyin: Təzyiqi salan 8 qida açıqlandı 23:46 DÇ-2026: Fransa ilk yarımfinalçı oldu - VİDEO 00:03 İranda hərbi baza vuruldu - TƏCİLİ 02:01 Bakı-Sumqayıt yolunda ağır qəza - VİDEO 01:06 TƏCİLİ: Körfəz ölkələri İrana birgə zərbə endirdi 01:02 Azərbaycanın etirazından sonra “erməni soyqırımı” təşəbbüsü dayandırıldı 00:39 Zelenski: “Rusiyanın bircə üstünlüyü var, o da…” 00:17 Zelenski Azərbaycan və Türkiyə haqqında: “Detalları açıqlamırıq” 00:09 Azərbaycan təyyarələrinin Ermənistan üzərindən uçuşlarının qiyməti məlum oldu 23:57 Ukraynaya ÇAĞIRIŞ: Rusiyaya zərbələri artırın 23:27 İranı vuran kim idi? - ABŞ deyir ki… 23:03 Ərdoğanın Avropa liderlərinə verdiyi tapança “açıldı” 22:51 Lavrov Mozambikə Qərbdən “şikayətləndi” 22:35 İranın daha bir şəhərində partlayış səsləri eşidildi - TƏCİLİ 22:14 SON DƏQİQƏ: İranda partlayış səsləri eşidildi - VİDEO 22:09 UEFA Avropa Liqası: "Qarabağ"dan möhtəşəm qələbə - YENİLƏNDİ 20:02 İsrail ABŞ-dən İCAZƏ ALIR - Nə baş verir? 21:41 “28 May” metrosundan istifadə edənlərə VACİB XƏBƏR 21:31 ABŞ-nin hücumlarından sonra İran Pakistanla TƏCİLİ əlaqəyə keçdi 21:22 Sürücülərə XƏBƏRDARLIQ: Bakının əsas yollarından biri bağlanacaq 21:11 Bu ölkələr ABŞ və İranı barışdırmaq üçün plan qurur 21:07 HƏMAS sözçüsünün olduğu avtomobil vuruldu - VİDEO 20:43 Tramp Baydenin ən böyük səhvini təkrarlayır - İDDİA 20:27 Netanyahu xərçəngin müalicəsini tapdı 20:15 Moskvanı sarsıdacaq qərarın tarixi açıqlandı 19:57 Bütün Xəbərlər