AXA kənd təsərrüfatı nəqliyyatı istifadəçilərinə çağırış etdi

AXA kənd təsərrüfatı nəqliyyatı istifadəçilərinə çağırış etdi
05.02.2026 17:33

Qanunvericiliyə əsasən, traktor və digər mexaniki nəqliyyat vasitələri və onların qoşquları dövri olaraq texniki baxışdan keçməlidir.

TodayPress TV xəbər verir ki, texniki baxışdan keçməyən nəqliyyat vasitələrinin istismarı qanunla qadağandır. 

Aqrar Xidmətlər Agentliyi vətəndaşlara bildirir ki, kənd təsərrüfatı təyinatlı mexaniki nəqliyyat vasitələri və onların qoşqularının istifadəçiləri onlara məxsus nəqliyyat vasitələrini ildə bir dəfə dövlət texniki baxışa təqdim etməlidir. 

AXA mütəxəssisləri tərəfindən respublika üzrə aparılan monitorinqlər onu göstərir ki, hələ də texniki baxışa cəlb etmədən nəqliyyat vasitələrinin istismarı halları mövcuddur. Bu da öz növbəsində hərəkət iştirakçılarının qanunun tələblərini pozmasına, İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, cərimələnməsinə gətirib çıxarır. Nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi təkcə yol hərəkəti iştirakçılarının təhlükəsizliyi üçün yox, həmçinin ictimai-asayişin qorunması və cinayətlərin qarşısının alınması üçün də qanunla nəzərdə tutulan vacib tələblərdən biridir. 

2025-ci il ərzində AXA tərəfindən 1072 cərimə protokolu təqdim olunub ki, onlardan 763-ü texniki baxışdan keçirmədən idarəetmə halları ilə bağlı olub.

Nəqliyyat vasitələrinə dövlət texniki baxışı nəqliyyat vasitəsini idarə etməyə hüquq verən sənəd, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, dövlət rüsumunun və utilizasiya haqqının ödənilməsi barədə sənəd və icbari sığortanın mövcudluğunu təsdiq edən sənədlər təqdim edildikdən sonra  həyata keçirilir. Traktorlar, meşə və kənd təsərrüfatında istifadə edilən özügedən mexaniki nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular üçün texniki baxışa görə dövlət rüsumu 15 manat və istehsal ilindən asılı olaraq utilizasiya haqqından ibarətdir. Texniki baxış respublikanın bütün rayon və şəhərlərində texnikaların duracaq yerləri üzrə faziləsiz və səyyar şəkildə həyata keçirilir. 

Qeyd edək ki, növbəti texniki baxışın keçiriləcəyi gün əvvəlki texniki baxışın keçirildiyi gündən hesablanır. Növbəti texniki baxışın keçiriləcəyi gündən 20 gün ərzində texniki baxışdan keçirməyən nəqliyyat vasitələrinin sahibləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyətə daşıyırlar.

Xatırladaq ki, hərəkət iştirakçıları texniki baxışla əlaqədar olaraq onları maraqlandıran məsələlərlə bağlı operativ məlumat almaq üçün 1652 nömrəsi əlaqə saxlaya bilərlər.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUN 2026
Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi 00:09 Azərbaycanda Milli Qurtuluş Günüdür 00:07 Köçəryan hava limanında qaçmağa çalışarkən belə saxlanıldı - VİDEO 23:57 Braziliyada helikopter qəzası: Tanınmış müğənni və 5 nəfər həlak oldu 22:34 Egey dənizinin qərbində güclü zəlzələ oldu 23:42 Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım etdi 23:18 Məhəmməd Muradlı beynəlxalq şahmat turnirində birinci oldu 21:35 Prezidentdən Milli Qurtuluş Günü ilə bağlı paylaşım 23:14 DÇ-2026: Almaniya Kurasaonu böyük hesabla məğlub edib 23:03 Aşağı bal yığanların DİQQƏTİNƏ - Vacib xəbər var 23:01 Vatikanın yüksək səviyyəli rəsmilərinin Azərbaycana səfəri başlayır 21:16 Arda Turan Ukraynada ilin məşqçisi seçildi 18:33 SON DƏQİQƏ: İran Ali Təhlükəsizlik və Müdafiə şurasının hazırda iclası keçirilir 22:44 TƏCİLİ: İran hava məkanın bağladı -FOTO 22:38 Argentina hökumətindən görünməmiş qərar: 13 min azarkeş hədəfdə 20:32 Ermənistanda ŞOK: Köçəryanın hava limanında qarşısı kəsilib 22:17 Avropa Liqası: Qadın voleybolçulardan ibarət millimiz İspaniyaya məğlub oldu 22:09 Hikmət Hacıyev delimitasiya olunmuş sərhəddən Ermənistana daxil olub 22:06 Bütün Xəbərlər