Yeniyetməlik dövrünün hormonal sirləri: nələri bilmək vacibdir?

Yeniyetməlik dövrünün hormonal sirləri: nələri bilmək vacibdir?
16.02.2026 11:15

Yeniyetməlik dövrü insan həyatının ən həssas və formalaşdırıcı mərhələlərindən biridir.

TodayPress TV xəbər verir ki, bu dövrdə baş verən hormonal dəyişikliklər təkcə fiziki inkişafı deyil, eyni zamanda psixoloji durum və gələcək reproduktiv sağlamlığa da təsir edir.

Yeniyetmələrin hormonal sağlamlığının vaxtında izlənilməsi bir çox endokrin və metabolik problemlərin erkən mərhələdə aşkarlanmasına imkan yaradır.

Mövzu ilə bağlı daha ətraflı məlumat almaq üçün Səhiyyə Nazirliyinin Ailə Planlanması Məsləhətxanasının həkim-laborantı Könül Abasova ilə söhbət etdik.


- Könül xanım, yeniyetməlik dövrü və ona xas olan hormonal profil nədir?

- Yeniyetməlik dövrü fizioloji, psixoloji və sosial xüsusiyyətlərin sürətli və özünəməxsus şəkildə inkişafı ilə səciyyələnir. Bu dövrdə müşahidə edilməsi gərəkli olan ən mühüm amil hormonal profildə izlənilən dəyişikliklərdir. Hormonlar bu dövrdə inkişaf, metabolizm, cinsi və emosional sağlamlığı tənzimləyən əsas indikatorlardır. Bu dövrü izləmək yeniyetmələrin hormonal inkişafının statusunu anlamağa, vaxtından əvvəl anomaliyaları aşkar etməyə və uzunmüddətli sağlamlığa töhfə verməyə imkan yaradır.

- Yeniyetməlik dövründə əsas hansı hormonlar funksional əhəmiyyət daşıyır?

- Əsas hormonlar estrogen və testosterondur. Estrogen qızlarda cinsi sağlamlığın əsas indikatoru olub süd vəzilərinin inkişafını, menstruasiya dövrünü və piy-yağ balansını tənzimləyir. Testosteron isə oğlanlarda əzələ inkişafı, səs tellərində dəyişiklik, bədənin müxtəlif nahiyələrində tüklənmə və ümumi cinsi inkişafı dəstəkləyir. Hər iki hormon sümük sağlamlığına, ürək-damar sisteminə və mental sağlamlığa birbaşa təsir göstərir.

Bundan əlavə insulin, kortizol, adrenal hormonlar, tiroid hormonları və prolaktin səviyyələrində də dəyişikliklər müşahidə olunur. Bu hormonlar sümük və əzələ inkişafını, metabolizmi, enerji balansını, stressə cavabı və idrakla əlaqəli mental sağlamlığı tənzimləyir. Eyni zamanda, onların hər biri reproduktiv sağlamlıq baxımından mühüm rol oynayır.

- Bəs yeniyetmələrin hormonal və cinsi inkişafı necə izlənilir?

- Hormonal inkişaf yeniyetməlik dövründə əsasən üç mərhələdə izlənilir. Birinci mərhələ 10–13 yaş aralığını əhatə edir. Bu dövrdə beyin, hipofiz vəzi və cinsiyyət orqanlarının birgə fəaliyyəti — yəni HPG oxunun aktivləşməsi nəticəsində qızlarda süd vəzilərinin, oğlanlarda isə xarici cinsiyyət orqanlarının inkişafı başlayır.

İkinci mərhələ 14–16 yaş dövrünü əhatə edir. Bu mərhələdə sürətli boy artımı, akne, dərinin yağlanması, iştahın artması və mental vəziyyətdə dəyişikliklər müşahidə olunur. Üçüncü mərhələ isə 17–19 yaş dövrüdür və hormonal stabillik dövrü hesab edilir. Bu mərhələdə cinsi sağlamlıq və funksiyalar tam formalaşır, reproduktiv potensial yüksəlir.

- Yeniyetməlik dövründə hormonal problemlər hansı hallarda özünü göstərir?

- Bu hal, xüsusilə gənc qızlarda görülən polikistoz (PCOS) qeyri-müntəzəm menstruasiya halları, akne, bədənin müxtəlif nahiyələrində tüklənmə, çəki artımı ilə təzahür edir. Əsas səbəbləri androgen hormononun yüksəlməsi və insulin resistentlikdir. Tiroid funksiyasının pozulması isə tiroid hormonunun normadan artıq və ya əksik istehsalı nəticəsində yaranır. Əsas səbəb kimi autoimmun problemləri göstərilir. Diabet tip 2 isə insulin resistentlik problemindən və artıq çəkidən (obez) əziyyət çəkən yeniyetmələrdə rast gəlinir.

Bəzi hallarda yeniyetməlik dövrünün erkən başlaması və ya gecikməsi müşahidə edilir. Erkən başlamaq indikatoru qızlarda 8, oğlanlarda isə 9 yaşdan öncədir və əsasən prematur beyin-hipofiz vəzi-cinsiyyət orqanının birgə fəaliyyəti (HPG) tərəfindən dəstəklənir. Yeniyetməlik dövrünün əlamətlərinin hər iki cins üçün 14 yaşdan sonra belə müşahidə edilməməsi anomaliya halı sayılır. Əsas səbəb kimi xroniki xəstəliklər, hormonal defisit, və ya genetik problemlər dilə gətirilir.

- Yeniyetmələrdə hormonal profilin diaqnostikası üçün hansı müayinələr tövsiyə olunur?

- Ümumi qan analizi, qlükoza, və və metabolizmik sağlamlıq üçün lipid testlərin verilməsi göstəriş ola bilər. Cinsi sağlamlığın statusunu dəyərləndirmək üçün isə estrogen, testesteron, folikul-stimullaşdırıc hormon (FSH), TSH (tiroid), kortisol və prolaktin hormonalarının səviyyələrini yoxlamaq vacibdir. Diabetli və ya insulin resistentliyi olan pasiyentlər üçün ağız qlükoza testləri, polikistoz və ya digər əlaqəli xəstəliklər üçün sidik-cinsiyyət orqanlarının USM ilə müayinəsi, xüsusi göstəriş olduğu halda isə rentgen və MRT yoxlamaları aparıla bilər.

- Sonda, yeniyetmələrdə hormonal profilin sağlam saxlanılması üçün nələri tövsiyə edərdiniz?

- Hormon sintezi üçün balanslı qidalanma vacibdir. Adekvat protein və sağlıqlı yağlar mühümdür. Daim aktiv fizioloji faəlliyət isə məşğul olmaq sümük sağlamlığı, mental sağlamlıq və insulin tənzimləyicidir. Xüsusilə, stressdən uzaq durmaqla, mental sağlamlıqlarını qoruya bilərlər. Bu eyni zamanda, kortizol hormonu profilinə və cinsi sağlamlığa müsbət təsir edir. Vurğulamaq lazımdır ki, ailənin tibbi keçmişində endokrin və metabolizm qaynaqlı xəstəlikləri olan yeniyetmələrin xüsusilə müntəzəm yoxlanışlardan keçməsi tövsiyə edilir.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
ABŞ-də Trampın şəkli olan pasport satışa çıxarılır - FOTO 00:03 “Qan tökürlər, cavabını alacaqlar” - İrandan ABŞ-yə XƏBƏRDARLIQ 01:49 ABŞ və Səudiyyə İraqdan xəbərsiz zərbə endirdi - Baş nazir səfərini ləğv etdi 01:18 "Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək - YENİLƏNDİ 22:03 Rusiya ABŞ şirkətinə məxsus zavodu vurdu - TƏCİLİ 00:17 HƏMAS silahı yerə qoyacaq? - Yaxın günlərdə hər şey dəyişə bilər 23:51 Türk ordusu Livana gedir - Ərdoğan açıqladı 23:34 İran ABŞ-nin bu ölkədəki aviabazasını vurdu - VİDEO 22:14 İrana qarşı hərbi əməliyyatlara davam, yoxsa tamam? - Cəmi 1 səs hər şeyi dəyişdi 23:04 "Neftçi" UEFA Konfrans Liqası ilə vidalaşdı - YENİLƏNDİ 21:18 Bakıda qətl hadisəsi baş verdi - TƏFƏRRÜATLAR 22:50 Ermənistan Rusiya kimisini tapmayacaq - Moskvadan İrəvana mesaj 22:39 Rusiya “Telegram”ın təsisçisini niyə “qara siyahı”ya saldı? - SƏBƏB bu imiş 22:26 "Zirə" UEFA Konfrans Liqası ilə vidalaşdı - VİDEO 20:04 Səbrsizliklə gözlənilən “44” filmi tamamlandı 21:49 Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Все новости