Vestibulyar gimnastikanın hansı faydaları var? - AÇIQLANDI

Vestibulyar gimnastikanın hansı faydaları var? - AÇIQLANDI
05.09.2025 11:02 Sağlamlıq

“Vestibulyar gimnastika kəskin başgicəllənmənin aradan qaldırılmasında mühüm rol oynayır”.

TodayPress TV xəbər verir ki, Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun həkim-nevroloqu Pərviz Axundov ilə müsahibə edib. 


Pərviz müəllim, ilk öncə bilmək istərdik ki, başgicəllənmə nədir və hansı növləri var?

Başgicəllənmə (vertiqo) hərəkət olmadığı halda yerin cazibə qüvvəsinə nisbətən hərəkət hissidir. Başgicəllənmələr fizioloji və patoloji olmaqla 2 yerə ayrılır.

Fizioloji başgicəllənmələr müəyyən şəraitdə beyinə daxil olan sensor informasiyanın uyğunsuzluğu sayəsində yaranır. Məsələn, hündürlükdə dayandıqda, hərəkət edən cisimləri izlədikdə, çəkisizlik vəziyyətində, uzunmüddətli fırlandıqda və s.

Patoloji başgicəllənmələr vestibulyar və onun mərkəzi sinir sisteminin müxtəlif şöbələri ilə olan əlaqələrinin zədələnməsi zamanı meydana çıxır.

Patoloji başgicəllənmələrin 4 əsas tipi var. Ən çox rast gəlinən sistemli baş gicəllənmələr zamanı pasiyent fırlanma və ya hərəkət olmadığı halda hərəkət hissi keçirir. Digər tiplərə lipotimiya (daha çox insulin istifadə edən şəkərli diabet xəstələrində, bəzi dərmanların qəbulu ilə bağlı olaraq baş verir), yerişin və tarazlığın pozulması, psixogen başgicəllənmələr daxildir.

Başgicəllənmələrin ən çox rast gəlinən formaları hansılardır?

Ümumiyyətlə, başgicəllənmələr tibbi yardım üçün əsas müraciət səbəblərindən biridir. Vestibulyar vertiqolu xəstələrin arasında xoşxassəli paroksismal pozisyonal vertiqo (XPPV) daha çox rast gəlinir. Belə ki, həyat boyunca xoşxassəli paroksismal pozisyonal vertiqonun yaranma ehtimalı 10 %-i civarındadır.

Vestibulyar vertiqonun digər ən çox rast gəlinən səbəbləri Menyer xəstəliyi və vestibulyar neyronitdir.

Xoşxassəli paroksizmal pozisyonal vertiqoya səbəb nədir və o, necə özünü göstərir?

Patologiya adətən arxa yarımdairəvi, horizontal və ya (nadir hallarda) yuxarı yarımdairəvi kanalda müşahidə olunur. Kanalolitiaz (yarımdairəvi kanallarda sərbəst üzən kalsium karbonat hissəcikləri) və ya kupulolitiaz (yarımdairəvi kanala bitişik kalsium karbonat hissəcikləri) nəticəsində pasiyentlərdə güclü başgicəllənmə, ürəkbulanma, bəzən qusma, arterial təzyiqin qalxması və ya enməsi, tərləmə kimi əlamətlər baş verir.

Başgicəllənmə tutmaları 1 dəqiqədən az çəkir və başın məkandakı mövqeyinin sürətlə dəyişməsi nəticəsində yaranır. Adətən pasiyent uzanmış vəziyyətdə olduqda və başı sağa, yaxud sola əyilən zaman müşahidə olunur.

Xəstələrin bir qismində güclü başgicəllənmə epizodlarından sonra, stresə reaksiya kimi həyəcan və depressiv pozuntular inkişaf edir. Bu da ikincili psixogen başgicəllənmənin yaranmasına səbəb ola bilir.

Bəzən belə xəstələr yanlış olaraq “beyin qan dövranının pozulması” olduğunu düşünərək, uzun müddət nəticəsiz olaraq müxtəlif dərman maddələrini qəbul edirlər.

Doktor, xoşxassəli paroksizmal pozisyonal vertiqo necə müalicə olur?

2008-ci ildə bir çox ixtisaslı ekspert qrupu və Amerika Nevroloqlar Akademiyası XPPV-nin idarə edilməsinə dair sübuta əsaslanan təlimatlar dərc edilib. Onlar xəstəliyin müalicəsi üçün kanalitlərin repozisiya manevrlərini, eyni zamanda bu simptomların aradan qaldırılması üçün dərman maddələrini təyin etməməyi tövsiyə etdilər. Mütəxəssislər bu məqsədlə istifadə edilən dərmanların plasebodan daha yaxşı olmadığını və sedasiya, yıxılma və gecikmiş simptomların yaxşılaşdırılması da daxil olmaqla potensial riskləri bildirdilər.

Başqa sözlə, xoşxassəli paroksizmal pozisyonal vertiqo dərmansız, həkim tərəfindən aparılan manevrlərin köməkliyi ilə effektiv şəkildə müalicə olunur. Arxa yarımdairəvi kanal zədələnmələrində tətbiq edilən Epley manevri ən yaxşı sübut edilmiş texnikadır. Bir sıra idarə olunan və ya öz-özünə idarə olunan hərəkətlər vasitəsilə yerindən çıxmış kanalitlər posterior yarımdairəvi kanaldan geri utrikula doğru hərəkət edir. Müvəffəqiyyət nisbəti bir müalicədən sonra təxminən 80% təşkil edir və dörd dəfəyə qədər təkrarlanandan sonra 92%-ə yüksəlir.

Menyer xəstəliyi hansı əlamətlər özün büruzə verir?

Vestibulyar başgicəllənmələrin ən çox rast gəlinən 2-ci səbəbi Menyer xəstəliyi hesab edilir. Xəstəlik əsasən 4 əlamət əsasında müəyyən olunur: başgicəllənmə, tinnitus (qulaqda küy), eşitmə itkisi və qulaqların tıxanması hissi.

Menyer xəstəliyi zamanı baş gicəllənmə tutmaları adətən bir neçə dəqiqədən bir neçə saata qədər davam edir.

Vestibulyar gimnastika nədir?

Vestibulyar gimnastika vestibulyar sistemin mərkəzi və ya periferik şöbələrində zədələnmənin adaptasiyasına yönəlmiş kompleks məşqlərdir.

Vestibulyar gimnasikanın məqsədi tarazlıq məşqləri, subyektiv başgicələnnmə və yıxılma hissinin azaldılması, hərəkətlərin koordinasiyasının bərpası, həyəcanın aradan qaldırılmasıdır.

Vestibulyar gimnastika nə qədər effektivdir və nə zaman aparılmalıdır?

Vestibulyar gimnastika çox effektivdir və kəskin başgicəllənmə tutmasından dərhal sonra başlamalıdır. Erkən başlanılan gimnastika bərpanın təminatçısıdır.

TodayPress TV  

XƏBƏR LENTİ
16 IYUN 2026
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA 10:01 "Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 "Qarabağ"ın Avropa Liqada rəqibi bəlli olur 09:53 Rusiyanın "can damarı" alova büründü 09:42 Lansodens nə zaman istifadə olunur? - Təyinatı, təsiri və qəbul qaydaları 09:35 Sarkoidoz haqqında bilməli olduqlarınız: Diaqnozdan müalicəyə qədər 09:28 Neft ucuzlaşmağa davam edir 09:27 Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Bütün Xəbərlər