Tovuz tibb məntəqəsi niyə baxımsız haldadır? – Nazirlikdən CAVAB

Tovuz tibb məntəqəsi niyə baxımsız haldadır? – Nazirlikdən CAVAB
15.01.2026 16:33

Tovuz rayonunun Şıxheybət kənd sakini Solmaz Ağayeva TodayPress TV-yə müraciət edərək bildirib ki, yaşadığı ərazidə kənd sakinləri tibb məntəqəsinin olmamağından əziyyət çəkirlər.

Bu dağ kəndində 30 ailə yaşayır və kənddə yaşayan yaşlı insanlar sağlamlıqlarında problem yaranan zaman həkim tapa bilmirlər.      

Problemlə bağlı Səhiyyə Nazirliyinə müraciət etdik.

Qurumun mətbuat xidmətindən bildirildi ki, mövcud problemlə bağlı Səhiyyə Nazirliyinə müraciət daxil olmayıb.  

“Səhiyyə Nazirliyinə respublika ərazisində hər hansı bir tibb məntəqəsinin tikintisi ilə bağlı müraciət daxil olduqda qanunvericiliklə müəyyən edilmiş qaydalara əsasən nazirlik TƏBİB-ə sorğu göndərir. Bundan sonra, həmin qurumun mütəxəssisləri ərazidə monitorinq aparır. Monitorinqin nəticələrinə əsasən müəssisənin inşası, yaxud əsaslı təmiri məqsədəuyğun hesab edilərsə, bununla bağlı Səhiyyə Nazirliyinə müvafiq rəy göndərilir. Göndərilən rəyə əsasən Səhiyyə Nazirliyi tərəfindən tibb müəssisəsinin İnvestisiya Planına salınması üçün aidiyyəti üzrə müraciət edilir. Qeyd edilən tibb məntəqəsi ilə bağlı Səhiyyə Nazirliyinə müraciət daxil olmayıb”, - deyə nazirlikdən vurğulanıb.  

Vüsalə Nəciyeva

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
30 июля 2026
Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 İyulun son gününün havası açıqlandı 13:57 Kəmaləddin Heydərov xanımı ilə festivalda... - FOTO 13:55 Uşaq idmançıları daşıyan avtobusun qəzası ilə bağlı araşdırma başladı 13:51 “Real” ulduzunu buraxmadı: Bellinqemin gedişinə veto 13:49 Ermənilərin qara siyahıya saldığı, son nəfəsinə qədər Azərbaycanı sevən amerikalı - Tomas Qolst 13:46 Paşinya Rusiya-Ermənistan əlaqələrindən danışdı: Bizimlə münasibətləri ya eksklüziv görür, ya da ümumiyyətlə görmürlər 13:38 “Bornmut”un əsas qol silahı uzun müddət oynamayacaq 13:34 “Baş nazirin xanımı zorakılığın qurbanı olsa...” – Paşinyanın xanımı təhdidlərdən danışdı 13:31 Ançelottidən Neymar etirafı: Məni yalnız bu əsəbiləşdirdi 13:26 Российский самолет сбит, посол убит —чудовищный приказ премьер-министра 13:21 Avropa İnfantinoya qarşı birləşir – yeni namizəd bəlli oldu 13:17 Stress onu buna vadar edib: Oyun öncəsi siqaret çəkirdi 13:03 Шаги, ставящие под угрозу карьеру: теннисистка подверглась суровой санкции 13:00 Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı dəyişdi 12:56 Nolanın "The Odyssey"i tarix yazdı 12:54 Будут введены ограничения на сайты, размещающие оскорбления, клевету и информацию, создающую общественную угрозу 12:53 “Nyukasl”ın sükanı gənc alman mütəxəssisə həvalə olunur 12:46 Paşinyan Ermənistan hökumətinin istefasını elan etdi 12:44 Şarl Lekler ikinci yarı öncəsi azarkeşlərə mesaj verdi 12:42 Монстры, боги и Троя — коды «Одиссеи» Нолана: что нужно знать, чтобы понять фильм 12:35 Metronun "Azadlıq Prospekti" stansiyasından sərnişinlər niyə çıxarılıblar? - VİDEO 12:31 Первая встреча, яркая победа: Фатима Байрамова не оставила шансов сопернице 12:15 Erdal Beşikçioğlu saxlanıldı 12:07 Все новости