Parkinson xəstəliyinin ilk əlamətləri hansılardır?

Parkinson xəstəliyinin ilk əlamətləri hansılardır?
11.04.2026 18:45

Parkinson xəstəliyi Alzheimer xəstəliyindən sonra ən geniş yayılmış ikinci neyrodegenerativ xəstəlikdir.

TodayPress TV  xəbər verir ki, bu barədə "Gazeta.ru"da məqalə dərc olunub.

Nəşr yazıb ki, mütəxəssislərin hesablamalarına görə, 2050-ci ilə qədər dünyada 25,2 milyon insan Parkinson xəstəliyi ilə yaşayacaq. Bu göstərici 2021-ci illə müqayisədə 112% artım deməkdir. Xəstəlik əsasən 55–65 yaş aralığında başlayır, lakin daha erkən yaşlarda da müşahidə oluna bilər. Xəstəliyin erkən simptomları və yeni müalicə üsulları haqqında daha ətraflı məlumat Dünya Parkinson Günü münasibətilə hazırlanmış məqalədə təqdim olunur.

Məqalədə qeyd edilib ki, bir çox insan Parkinson xəstəliyini əsasən titrəmə ilə əlaqələndirir. Halbuki titrəmə xəstəliyin yeganə və ya ilk əlaməti deyil. Titrəmələr yalnız əllərdə deyil, həm də ayaqlarda, başda və hətta çənədə də müşahidə oluna bilər.

Sankt-Peterburqdakı “Bud Zdorov” klinikasının nevroloqu Andrey Çurilovun sözlərinə görə, qeyri-motor simptomlar motor əlamətlərdən (məsələn, titrəmədən) 10–15 il əvvəl meydana çıxa bilər. Bu simptomlara iybilmə qabiliyyətinin azalması (hiposmiya), qəbizlik və sürətli göz hərəkəti ilə müşayiət olunan yuxu pozğunluğu (RBD) daxildir. Depressiya və xroniki qəbizlik də hiposmiya ilə birlikdə Parkinson xəstəliyinin erkən göstəriciləri hesab olunur.

Lakin bu qeyri-motor simptomlar zamanı insanların çoxu nevroloqa müraciət etmir. Nəticədə xəstəlik əksər hallarda yalnız titrəmə kimi açıq motor əlamətlər ortaya çıxdıqdan sonra aşkar edilir.

Pirogov Universitetinin Nevrologiya kafedrasının dosenti və nevroloqu İnna Filatovanın sözlərinə görə, Parkinson xəstəliyi alfa-sinuklein zülalının patoloji şəkildə toplanması ilə əlaqədardır. Bu proses tədricən neyronların zədələnməsinə və sinir sistemi boyunca yayılmasına səbəb olur.

Filatova qeyd edir ki, xəstəlik əsasən orta beynin dopamin sintez edən neyronlarının tədricən məhv olması ilə xarakterizə olunur. Son illərdə aparılan tədqiqatlar göstərir ki, Parkinson xəstəliyində yalnız dopamin deyil, həm də serotonin, norepinefrin, asetilxolin və oreksin kimi digər neyromediatorların çatışmazlığı müşahidə olunur.

Həmçinin xəstəliyin bu çoxşaxəli neyrokimyəvi təbiəti motor simptomlarla yanaşı, geniş spektrli qeyri-motor pozğunluqları da izah edir. Bunlara vegetativ, koqnitiv və emosional pozğunluqlar, psixoz və yuxu problemləri daxildir.

Jalə Rövşən 

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
UEFA Avropa Liqası: ÇSKA - "Qarabağ" oyununda penaltilər seriyası olacaq - CANLI 22:03 Rusiya ABŞ şirkətinə məxsus zavodu vurdu - TƏCİLİ 00:17 HƏMAS silahı yerə qoyacaq? - Yaxın günlərdə hər şey dəyişə bilər 23:51 Türk ordusu Livana gedir - Ərdoğan açıqladı 23:34 İran ABŞ-nin bu ölkədəki aviabazasını vurdu - VİDEO 22:14 İrana qarşı hərbi əməliyyatlara davam, yoxsa tamam? - Cəmi 1 səs hər şeyi dəyişdi 23:04 "Neftçi" UEFA Konfrans Liqası ilə vidalaşdı - YENİLƏNDİ 21:18 Bakıda qətl hadisəsi baş verdi - TƏFƏRRÜATLAR 22:50 Ermənistan Rusiya kimisini tapmayacaq - Moskvadan İrəvana mesaj 22:39 Rusiya “Telegram”ın təsisçisini niyə “qara siyahı”ya saldı? - SƏBƏB bu imiş 22:26 "Zirə" UEFA Konfrans Liqası ilə vidalaşdı - VİDEO 20:04 Səbrsizliklə gözlənilən “44” filmi tamamlandı 21:49 Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Все новости