Hiperkalsemiya nədir? Kalsium artıqlığının səbəbləri və müalicə üsulları

Hiperkalsemiya nədir? Kalsium artıqlığının səbəbləri və müalicə üsulları
25.06.2026 16:05

Hiperkalsemiya - Qanda kalsium səviyyəsinin normadan yüksək olması ilə xarakterizə olunan bu vəziyyət tibbdə ciddi metabolik pozuntu kimi qiymətləndirilir.

TodayPress TV xəbər verir ki, hiperkalsemiya bəzən yüngül əlamətlərlə keçsə də, ağır hallarda ürək, böyrək və sinir sistemi üçün təhlükə yarada bilər.

Bu, qanda kalsiumun normadan artıq toplanması nəticəsində yaranır. Kalsium orqanizm üçün vacib mineral olsa da, onun balansının pozulması hüceyrə funksiyalarını və orqanların işini poza bilər. Normalda kalsium səviyyəsi orqanizm tərəfindən ciddi şəkildə tənzimlənir, lakin bəzi xəstəliklər və ya xarici faktorlar bu tarazlığı pozur.

Mütəxəssislərin məlumatına görə, hiperkalsemiyanın ən çox rast gəlinən səbəbləri aşağıdakılardır:

Paratiroid vəzinin hiperaktivliyi – paratiroid hormonunun artıq ifrazı sümüklərdən qana daha çox kalsium keçməsinə səbəb olur.

Onkoloji xəstəliklər – bəzi xərçəng növləri (xüsusilə ağciyər, süd vəzi və qan xərçəngləri) kalsium səviyyəsini yüksəldə bilər.

D vitamini həddindən artıq qəbulu – yüksək dozada vitamin D istifadəsi kalsiumun bağırsaqlardan həddən artıq sorulmasına gətirib çıxarır.

Böyrək xəstəlikləri – kalsiumun orqanizmdən çıxarılması zəifləyir.

Hiperkalsemiya yüngül hallarda simptomsuz keçə bilər. Lakin kalsium səviyyəsi artdıqca aşağıdakı əlamətlər ortaya çıxa bilər:

Ürəkbulanma və qusma

Gücsüzlük və yorğunluq

Tez-tez sidiyə çıxma

Susuzluq hissi

Qarın ağrısı və qəbizlik

Ağır hallarda ritm pozğunluğu və huşun bulanması

Həkimlər bildirirlər ki, müalicə hiperkalsemiyanın səbəbindən və ağırlıq dərəcəsindən asılıdır. Müalicədə sasən, maye terapiyası, kalsium səviyyəsini azalda preparatlardan istifadə olunur.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, hiperkalsemiya vaxtında aşkar edilmədikdə ciddi ağırlaşmalara səbəb ola bilər. Buna görə də uzunmüddətli yorğunluq, susuzluq və digər şübhəli simptomlar olduqda mütləq həkim müayinəsi tövsiyə olunur.

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
25 июня 2026
"Səbail" öz yetirməsini geri qaytardı 18:11 CZ 805 BREN: Müasir modulyar silahların etibarlı nümayəndəsi 18:08 Parlamentin qarşısında oturub üsyan edəcəklər - 40 deputat rəhbərə qarşı birləşdi 18:08 Sabah hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil olunacaq 17:50 Aralıq dənizi qarışdı, Rusiyanın gizli neft tankeri ələ keçirildi 17:48 Britaniya "böyüksüz qaldı", ruslar ələ salır – İstefaların ilginc səbəbi nədir? 17:37 Təyyarə yerə çırpıldı, ölənlər var - VİDEO 17:36 Savaş bitdi, Tehran sorğuya başladı: İrana zərbə vuran ABŞ təyyarələri haradan qalxıb? 17:33 Uşaqlar, prezidentinizə deyin ki, bizi müharibəyə sürükləsə... 17:25 Mədə yanması niyə olur? Səbəblər, qarşısını alma yolları və müalicə 16:12 Həftəsonu planı olanların DİQQƏTİNƏ: Hava kəskin dəyişir 17:16 Türkiyə və daha 6 ölkə üçün dünya çempionatı bitdi 17:09 Sübutsuz, hökmsüz Şvabe... 16:49 Prezident səfiri geri çağırdı - SƏRƏNCAM 16:40 "İntellektual gömrük" informasiya sistemi yaradılır 16:37 Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olundu 16:34 Müdafiə Nazirliyinin hərbi qulluqçuları təltif edildi 16:31 Beş nəfərə "general-mayor" ali hərbi rütbəsi verildi - SƏRƏNCAM 16:28 Hikmət Hacıyev Makronun müşaviri ilə görüşdü - FOTO 16:17 Hiperkalsemiya nədir? Kalsium artıqlığının səbəbləri və müalicə üsulları 16:05 Bəzi publik hüquqi şəxslər büdcə təşkilatına çevrildi - FƏRMAN 16:00 Ceyhun Bayramov Ukraynanın Bərpası Konfransında iştirak etdi 15:52 Heydər Əliyev adına Hərbi İnstitutda buraxılış mərasimi keçirildi 15:47 Qızlar imtahanlarda niyə daha yüksək nəticə göstərir? 15:21 Ceyhun Bayramov polşalı həmkarı ilə müzakirələr apardı 15:11 Все новости