"Hantavirus"un əsas simptomları hansılardır?

"Hantavirus"un əsas simptomları hansılardır?
05.05.2026 19:15

Yaz və yay aylarının əvvəlində daha çox müşahidə olunan "hantavirus" infeksiyası əhali üçün potensial risk yaradan xəstəliklərdən biri hesab olunur.

TodayPress TV xəbər verir ki, bu virus ilkin mərhələdə qripə bənzər simptomlarla özünü göstərdiyi üçün vaxtında diaqnoz qoyulması çətinləşə bilər.

Bildirilib ki, "hantavirus" infeksiyası zamanı xəstələrdə qəfil hərarət yüksəlməsi, gözlərin qızarması, ümumi halsızlıq, güclü baş ağrısı, üşütmə və əzələ ağrıları müşahidə olunur. Xəstəlik inkişaf etdikcə bədənin yuxarı hissəsində, xüsusilə baş və boyun nahiyəsində qızartı yaranır, bəzi hallarda isə dəridə qamçı izlərini xatırladan qanaxmalar meydana çıxır.

Mütəxəssislərin sözlərinə görə, xəstəliyin ən xarakterik əlamətlərindən biri ilk günlərdə sürətlə inkişaf edən sidik ifrazının kəskin azalmasıdır. Bu vəziyyət çox vaxt böyrəklərin zədələnməsi ilə əlaqəli bel ağrıları ilə müşayiət olunur.

Qeyd olunur ki, hazırda "hantavirus" infeksiyasına qarşı spesifik peyvənd mövcud deyil. Bu səbəbdən xəstələrin müalicəsi əsasən xəstəxana şəraitində aparılır. Xəstəliyin insandan insana asanlıqla keçmədiyi, daha çox yoluxmuş gəmiricilərin sidiyi və ya nəcisi ilə təmas nəticəsində yayıldığı bildirilir.

Beynəlxalq səhiyyə qurumlarının məlumatına görə, hazırda "hantavirus"un genişmiqyaslı yayılması riski yüksək qiymətləndirilmir. Bununla belə, mütəxəssislər ətraf mühitlə təmas zamanı gigiyena qaydalarına riayət etməyi və xüsusilə gəmiricilərlə təmasdan çəkinməyi tövsiyə edir.

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
30 июля 2026
Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Совершен удар БПЛА по судну с азербайджанцами в Украине 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 КСИР: Мы сбили 3 истребителя F-35 — УТВЕРЖДЕНИЕ 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Avqusta hazır olun! - Güclü istilər gəlir 14:28 Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 İyulun son gününün havası açıqlandı 13:57 Kəmaləddin Heydərov xanımı ilə festivalda... - FOTO 13:55 Uşaq idmançıları daşıyan avtobusun qəzası ilə bağlı araşdırma başladı 13:51 “Real” ulduzunu buraxmadı: Bellinqemin gedişinə veto 13:49 Ermənilərin qara siyahıya saldığı, son nəfəsinə qədər Azərbaycanı sevən amerikalı - Tomas Qolst 13:46 Paşinya Rusiya-Ermənistan əlaqələrindən danışdı: Bizimlə münasibətləri ya eksklüziv görür, ya da ümumiyyətlə görmürlər 13:38 “Bornmut”un əsas qol silahı uzun müddət oynamayacaq 13:34 Все новости