Dişlərin qaralmasını dayandırmaq mümkündürmü? - Mütəxəssis rəyi

Dişlərin qaralmasını dayandırmaq mümkündürmü? - Mütəxəssis rəyi
02.06.2026 08:00

"İnsan yaşa dolduqca, hətta yaxşı qulluq edilsə belə, dişlər qaralır".

TodayPress TV xəbər verir ki, bu barədə rusiyalı stomatoloq, tibb elmləri namizədi Andrey Juk Gazeta.ru nəşrinə açıqlamasında bildirib.

Mütəxəssisin sözlərinə görə, dişlərin rənginə minanın yaşla bağlı dəyişiklikləri, qida vərdişləri və dişlərin ümumi vəziyyəti təsir göstərir:

"Qaralmanı tamamilə dayandırmaq qeyri-mümkündür - bu, yaşla bağlı təbii dəyişikliklərin bir hissəsidir. Lakin prosesi yavaşlatmaq və dişlərin təbii rəng tonunu qorumaq tamamilə mümkündür.

İllər keçdikcə mina qatı incəlir və bunun nəticəsində daxildəki sarımtıl dentin təbəqəsi daha çox nəzərə çarpmağa başlayır. Bundan əlavə, dişlərdə qəhvə, çay, qırmızı şərab və tütündən qaynaqlanan piqmentlər yığılır ki, bunları da adi fırçalama ilə təmizləmək hər zaman mümkün olmur.

Həmçinin yaşlaşdıqca dişlərin strukturu dəyişir, bu dəyişiklik xüsusilə depulpasiya olunmuş (siniri çıxarılmış) dişlərdə daha qabarıq görünür. Belə hallarda dişin daxildən ağardılması üsulu kömək edə bilər".

Həkim əlavə edib ki, dişlərin rəngini qorumaqda mütəmadi olaraq peşəkar təmizləmə, yumşaq diş fırçasından istifadə və qida vərdişlərinə nəzarət etmək böyük rol oynayır.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
30 июля 2026
Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 İyulun son gününün havası açıqlandı 13:57 Kəmaləddin Heydərov xanımı ilə festivalda... - FOTO 13:55 Uşaq idmançıları daşıyan avtobusun qəzası ilə bağlı araşdırma başladı 13:51 “Real” ulduzunu buraxmadı: Bellinqemin gedişinə veto 13:49 Ermənilərin qara siyahıya saldığı, son nəfəsinə qədər Azərbaycanı sevən amerikalı - Tomas Qolst 13:46 Paşinya Rusiya-Ermənistan əlaqələrindən danışdı: Bizimlə münasibətləri ya eksklüziv görür, ya da ümumiyyətlə görmürlər 13:38 “Bornmut”un əsas qol silahı uzun müddət oynamayacaq 13:34 “Baş nazirin xanımı zorakılığın qurbanı olsa...” – Paşinyanın xanımı təhdidlərdən danışdı 13:31 Ançelottidən Neymar etirafı: Məni yalnız bu əsəbiləşdirdi 13:26 Российский самолет сбит, посол убит —чудовищный приказ премьер-министра 13:21 Avropa İnfantinoya qarşı birləşir – yeni namizəd bəlli oldu 13:17 Stress onu buna vadar edib: Oyun öncəsi siqaret çəkirdi 13:03 Шаги, ставящие под угрозу карьеру: теннисистка подверглась суровой санкции 13:00 Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı dəyişdi 12:56 Nolanın "The Odyssey"i tarix yazdı 12:54 Будут введены ограничения на сайты, размещающие оскорбления, клевету и информацию, создающую общественную угрозу 12:53 “Nyukasl”ın sükanı gənc alman mütəxəssisə həvalə olunur 12:46 Paşinyan Ermənistan hökumətinin istefasını elan etdi 12:44 Şarl Lekler ikinci yarı öncəsi azarkeşlərə mesaj verdi 12:42 Монстры, боги и Троя — коды «Одиссеи» Нолана: что нужно знать, чтобы понять фильм 12:35 Metronun "Azadlıq Prospekti" stansiyasından sərnişinlər niyə çıxarılıblar? - VİDEO 12:31 Первая встреча, яркая победа: Фатима Байрамова не оставила шансов сопернице 12:15 Erdal Beşikçioğlu saxlanıldı 12:07 Все новости