DİQQƏT: Bəzi oyuncaqlarda zərərli kimyəvi maddələr var

DİQQƏT: Bəzi oyuncaqlarda zərərli kimyəvi maddələr var
27.11.2025 19:30

Avropa Parlamenti uşaqları təhlükəli kimyəvi maddələrdən qorumaq üçün yeni oyuncaq təhlükəsizliyi qaydalarını təsdiqləyib.

TodayPress TV "HaberTürk"ə istinadən xəbər verir ki, yeni qanuna görə, Avropa İttifaqında satılan oyuncaqların tərkibində endokrin pozucular, tənəffüsə zərər verən maddələr, dəriyə toksik kimyəvilər, allergiya yaradan ətirlər, PFAS və bisfenol A (BPA) kimi “əbədi kimyəvi maddələr” olmayacaq.

3 yaşdan kiçik uşaqlar üçün nəzərdə tutulmuş oyuncaqlarda allergiya yaradan ətirlərə tam qadağa qoyulacaq. İstehsalçılar hər bir oyuncağı satışa çıxarmadan əvvəl kimyəvi, fiziki, mexaniki və elektrik təhlükələri üzrə sınaqdan keçirməlidirlər. Testlərə gigiyena, alışqanlıq və radioaktivlik yoxlamaları da daxildir.

Rəqəmsal oyuncaqların uşaqların psixi sağlamlığına zərər vurmaması da istehsalçıların məsuliyyətində olacaq. Hər oyuncaq aydın şəkildə göstərilən rəqəmsal məhsul pasportu ilə təqdim ediləcək ki, bu da nəzarəti və gömrük yoxlamalarını asanlaşdıracaq.

Onlayn platformalar da oyuncaqların təhlükəsizliyi barədə xəbərdarlıqları və məhsul pasportlarını göstərmək üçün sistemlərini uyğunlaşdırmalıdır. Qaydalara uyğun olmayan oyuncaqlar Rəqəmsal Xidmətlər Aktına əsasən “qanunsuz məzmun” hesab ediləcək.

Qeyd edək ki, yeni tələblərin tam tətbiqi üçün Aİ ölkələrinə və istehsalçılara 4,5 illik keçid müddəti verilir. Bundan sonra qaydalar rəsmi olaraq qüvvəyə minəcək.

Jalə Rövşən 

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
Azərbaycan Prezidenti: Qırğızıstan–Azərbaycan İnkişaf Fondunun uğurla fəaliyyət göstərməsi məni sevindirir 08:28 Prezident İlham Əliyev: "Manas" adını daşıyan məktəb qardaşlığımızın növbəti rəmzidir 08:27 Azərbaycan Prezidenti: Qırğızıstanın uğurlarına dostlarınız və qardaşlarınız olaraq hər zaman sevinirik 08:24 Çolpon-Ata şəhərində prezidentlərin iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 3-cü iclası keçirilir 08:23 Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstan Prezidenti ilə təkbətək görüşü keçirilib 07:57 Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub 07:54 Əhaliyə XƏBƏRDARLIQ! Bakının bu əraziləri qazsız qalacaq 23:43 Ürəyinizi qorumaq istəyirsiniz? Günə bu səhər yeməyi ilə başlayın 01:35 Övladınıza ad qoymazdan əvvəl oxuyun - Bu 4 hərf uğur gətirirmiş 01:04 Müasir itlərin əcdadı ortaya çıxdı 00:57 İsti su oynaqlara xeyirlidir, amma bu insanlar üçün qəti qadağandır 00:34 İkinci Dünya müharibəsinin ən güclü gəmiləri niyə bir dəfə də olsun duelə çıxmadı? 00:25 ABŞ-də Trampın şəkli olan pasport satışa çıxarılır - FOTO 00:03 “Qan tökürlər, cavabını alacaqlar” - İrandan ABŞ-yə XƏBƏRDARLIQ 01:49 ABŞ və Səudiyyə İraqdan xəbərsiz zərbə endirdi - Baş nazir səfərini ləğv etdi 01:18 "Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək - YENİLƏNDİ 22:03 Rusiya ABŞ şirkətinə məxsus zavodu vurdu - TƏCİLİ 00:17 HƏMAS silahı yerə qoyacaq? - Yaxın günlərdə hər şey dəyişə bilər 23:51 Türk ordusu Livana gedir - Ərdoğan açıqladı 23:34 İran ABŞ-nin bu ölkədəki aviabazasını vurdu - VİDEO 22:14 İrana qarşı hərbi əməliyyatlara davam, yoxsa tamam? - Cəmi 1 səs hər şeyi dəyişdi 23:04 "Neftçi" UEFA Konfrans Liqası ilə vidalaşdı - YENİLƏNDİ 21:18 Bakıda qətl hadisəsi baş verdi - TƏFƏRRÜATLAR 22:50 Ermənistan Rusiya kimisini tapmayacaq - Moskvadan İrəvana mesaj 22:39 Rusiya “Telegram”ın təsisçisini niyə “qara siyahı”ya saldı? - SƏBƏB bu imiş 22:26 Все новости