Diabet birdən yaranmır: Rusiyalı həkim təhlükəli amilləri sadaladı

Diabet birdən yaranmır: Rusiyalı həkim təhlükəli amilləri sadaladı
02.06.2026 03:00

Vərdişlər diabeti bir anda yaratmır, əksinə, qlükoza mübadiləsinin tənzimlənməsini tədricən pozur. Bu isə ilk növbədə 2-ci tip diabetə aiddir.

TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Dövlət Maarif Universitetinin Fundamental Tibbi Fənlər Kafedrasının baş müəllimi Aleksandr Kalyujin Lenta.ru-ya müsahibəsində danışıb.

Həkimin sözlərinə görə, diabetin formalaşmasının əsas mexanizmi insulinə qarşı müqavimət (insulinrezistentlik) ilə bağlıdır. O bildirib ki, yüksəkkalorili qidaların həddindən artıq qəbulu, şəkərli içkilərin, qənnadı məmulatlarının, rafinə edilmiş karbohidratların və iri porsiyaların tez-tez istehlakı nəticəsində orqanizm, xüsusilə də mədəaltı vəzi uzun müddət əlavə yük altında qalır.

"Zaman keçdikcə toxumaların insulinə həssaslığı azalır və qanda qlükozanın səviyyəsi yüksəlməyə başlayır. Fiziki passivlik də burada mühüm rol oynayır. Əzələlər qlükozanı aktiv şəkildə istifadə etdiyindən müntəzəm hərəkət toxumaların insulinə həssaslığını artırır. Hipodinamiya zamanı isə qlükozanın mənimsənilməsinin bu fizioloji mexanizmi zəifləyir", - deyə Kalyujin qeyd edib.

Onun sözlərinə görə, xroniki yuxusuzluq, daimi stres, siqaret çəkmək, alkoqoldan həddindən artıq istifadə, həmçinin bədən çəkisinin, xüsusilə də bel çevrəsinin artmasına məhəl qoymamaq əlavə risk amilləri yaradır.

Mütəxəssis vurğulayıb ki, diabetə adətən tək bir vərdiş deyil, enerjinin normadan artıq qəbul olunduğu, əzələlərin az işlədiyi və orqanizmin tənzimləyici sistemlərinin uzun müddət həddindən artıq yükləndiyi həyat tərzi gətirib çıxarır.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 Все новости