Blogger və həkimlərin qurbanı qadınlar

Blogger və həkimlərin qurbanı qadınlar
09.04.2026 12:11

Sosial şəbəkələr müasir həyatın rol modelinə çevrilib. "Instagram", "TikTok" və "YouTube"da minlərlə izləyicisi olan bloggerlər, influnserlər mükəmməl bədən formaları, simmetrik üz xüsusiyyətləri və “ideal” görünüşləri ilə insanlara "nümunə" olurlar.

Qadınlar bloggerlərə baxır, "mən də belə olmalıyam" düşüncəsi ilə bıçaq altına yatırlar. Təəccüblü deyil ki, şəhərdə çoxluq bir-birinə bənzəyir. Amma bu "gözəllik yolu" çox vaxt faciə ilə bitir - uğursuz əməliyyatlar, ağır fəsadlar və ya ölüm.

Sosial təzyiq və "ideal" axtarışı

Bloggerlər filtrlərlə, fotoşopla və ya estetik müdaxilələrlə yaradılan “mükəmməl” görüntüləri paylaşırlar. Qadınlar, xüsusilə gənc qızlar, bu görüntülərə baxıb özlərini qeyri-kafi hiss edirlər. Burun düzəltmə, dodaq böyütmə, liposaksiya, bədən şəkilləndirmə, sinə əməliyyatı kimi prosedurlar "asanlıqla" reklam olunur. Klinikalar sosial şəbəkələrdə sponsorluq edir, "əvvəl-sonra" fotoları paylaşır. Nəticədə qadınlar sağlamlıq risklərini düşünmədən, bəzən ucuz qiymətə və ya "məşhur həkim"ə etibar edərək əməliyyata razılaşırlar. Lakin reallıq fərqlidir.

Əməliyyat qurbanları

Azərbaycanda estetik və plastik əməliyyatların qurbanları haqqında rəsmi statistika Səhiyyə Nazirliyi və ya Dövlət Statistika Komitəsi tərəfindən açıq şəkildə dərc olunmasa da, mediada tez-tez belə xəbərlərlə rastlaşırıq. Ölüm halları ümumi "cərrahi fəsadlar" və ya “anesteziya ağırlaşmaları” kateqoriyasında qeydə alınır. Ölümlərin sayı ildən-ilə artır və bəzi ekspertlərə görə, bu sahədə Azərbaycan "dünya rekordu" qırır.

Bəzi nümunələrə diqqət çəkək:

Yanvar, 2025: 30 yaşlı Nəzrin Mansurova burun əməliyyatı zamanı komaya düşüb və vəfat edib. Cinayət işi açılıb.

Avqust, 2023: Gəncə sakini 17 yaşlı Aygül Orucova burun əməliyyatından sonra narkozdan ayılmayıb.

İyun, 2023: “MedEra” hospitalında bədən şəkilləndirmə əməliyyatı keçirən Aygün trombozdan vəfat edib (cərrah Günel Bayramlı).

May, 2021: Arzu Süleymanova “Azər-Türk Med” klinikasında plastik əməliyyatdan sonra komaya düşüb və Respublika Neyrocərrahiyyə Xəstəxanasında dünyasını dəyişib.

İyun, 2019: 22 yaşlı Leyla Oruclu (“Zəfəran Hospital”, cərrah Siruz Qoçxani) liposaksiyadan 2 gün sonra vəfat edib.

Bu siyahı tam deyil. Bir çox hadisə medianın diqqətindən kənarda qalır. Bəzi həkimlər rezidentura keçmədən və ya kifayət qədər təcrübəsiz əməliyyat aparırlar.

Qeyd edək ki, 2025-ci ilə olan məlumata görə, Azərbaycanda plastik cərrahiyyə ixtisası üzrə praktik fəaliyyətə icazəsi olan cəmi 45 həkim var.

Gözəllik həyatdan bahadır

Bloggerlər və bəzi həkimlər “gözəllik” satır, amma qurbanlar qadınlardır. Uğursuz əməliyyatlar nəinki görünüşü korlayır, həm də həyatı bitirir. Bu məsələdə yalnız fərdi məsuliyyət yetərli deyil, Səhiyyə Nazirliyi, klinikalar və media daha sərt nəzarət və maarifləndirmə aparmalıdır.

Qadınlara müraciət

Əməliyyatdan əvvəl sağlamlıq yoxlanışı keçirin, yalnız Səhiyyə Nazirliyinin icazəli siyahısındakı həkimlərə müraciət edin, riskləri dərindən öyrənin. Gözəllik müvəqqətidir, həyat isə əvəzsizdir.

Türkan İsgəndərli

ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 “Port Baku”da ev yanır - VİDEO 18:39 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 Trampın Qəzza ilə bağlı yeni planı İsrail və HƏMAS-a “sərf etməyəcək” 18:08 Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib 17:55 Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub 17:52 "Bank BTB"nin lisenziyası ləğv edilib, "T-Kredit" BOKT-a lisenziya verilib 17:48 Polşa Rusiyadan hesabat tələb etdi 17:44 Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq 17:20 Sançes baş verənlərdən şoka düşüb: ərazimizə hücum edirlər 17:15 İspaniyada 25 mindən çox miqrant Mərakeşə geri qaytarıldı 17:02 Rassellin gələcəyi ilə bağlı gözlənilməz açıqlama 16:50 Дезинформация угрожает нашей общественной жизни — Президенту пришлось вмешаться 16:45 FIFA-dakı qalmaqal böyüyür: daha bir istefa gəldi 16:39 Кувейт сбил иранские беспилотники 16:15 Şensnıdan təqaüdlə bağlı gözlənilməz açıqlama 16:19 150 balla bu ixtisaslara qəbul mümkündür - DİM sədri açıqladı 16:10 DİM sədri: l ixtisas qrupu üzrə keçid ballarının artacağı gözlənilir 15:58 Саудовская Аравия ударила по Ираку, чтобы победить Иран — ЗАПУЩЕН НОВЫЙ СЦЕНАРИЙ 15:57 Seutaya 24 saata 49 min miqrant – İspaniya bunu "hücum" adlandırdı 15:45 Все новости