Ağıl dişləri nə vaxt çıxarılmalıdır?

Ağıl dişləri nə vaxt çıxarılmalıdır?
04.05.2026 05:00

Ağıl dişləri (səkkizinci dişlər) kariesə, damaq iltihablarına və bəzi hallarda kök nahiyəsində kistaların yaranmasına yol aça bilər.

TodayPress TV xəbər verir ki, bu problemlər barədə stomatoloq, implantoloq və parodontoloq Viktoriya Safronova "gazeta.ru" saytına verdiyi müsahibədə bildirib.

V.Safronovanın sözlərinə görə, ağıl dişləri insanda ən sonda formalaşan dişlərdir. Onların mövcudluğu təkamül prosesi ilə bağlıdır, belə ki, qədim dövrlərdə qidalanma tərzi daha güclü çeynəmə aparatına və əzələlərə ehtiyac yaradırdı.

Mütəxəssis qeyd edir ki, əhalinin təxminən 30-40 faizində çənə sümüyündə kifayət qədər yer olmadığından bu dişlər anomaliyalı şəkildə inkişaf edir:

- Dişin tam çıxmaması damaq iltihablarına (perikoronarit), çətin çatan mövqeyi isə gizli kariesin yaranmasına səbəb olur.

- Qeyri-düzgün istiqamətdə uzanan diş qonşu dişlərə təzyiq göstərərək onların əyilməsinə və zədələnməsinə gətirib çıxarır.

- Bəzən ağıl dişlərinin kökündə kistalar formalaşır.

Həkim vurğulayıb ki, bu proseslər uzun müddət heç bir əlamət vermədən irəliləyə bilər. Bir çox insanlar diş ağrımadığı təqdirdə ona toxunmamağı üstün tutsa da, stomatologiya təcrübəsində profilaktik məqsədlə çıxarılma yanaşması da geniş yayılıb.

Ekspertin sözlərinə görə, üçüncü azı dişlərinin çəkilməsi üçün ən uyğun dövr 16-25 yaş aralığıdır. Çünki bu yaşlarda kök sistemi hələ tam bərkiməmiş olur, çənə sümüyü elastikliyini qoruyur və yaralar daha sürətlə sağalır. Bununla belə, son qərar hər bir pasiyent üçün fərdi yanaşma tələb edir.

V.Safronova sonda bildirib ki, problemin həlli yalnız peşəkar diaqnostikadan keçir: "Stomatoloq dişlərin vəziyyətini, iltihab və kistaların olub-olmamasını yoxlamaq üçün 3D skanlama və ya panoramik rentgen təyin edəcək. Yalnız bütün mümkün risklər dəyərləndirildikdən sonra pasiyent üçün uyğun müalicə planı seçiləcək".

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
15 июня 2026
Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Tokiodan İranla bağlı qəfil həmlə: Bağlı qapılar arxasında nələr baş verir? 13:19 Tehran hərəkətə keçdi: Əraqçidən Ankara, Bağdad və Qahirəyə təcili zəng! 13:04 Məşhur futbolçu Fransa Prezidenti olacaq? 12:54 Sabah hava necə olacaq? - AÇIQLANDI 12:39 Təlim uçuşu faciə ilə bitdi: təyyarə yerə çırpıldı - İki pilot həlak oldu - VİDEO 12:32 Ərdoğandan İran-ABŞ razılaşmasına reaksiya 12:08 Azərbaycan XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmaya reaksiya verdi 12:10 Bu yollar təmir edilir - SİYAHI 11:40 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək 11:33 Netanyahudan xəbərdarlıq: "Livandakı əməliyyatlar davam edəcək" 11:29 Geyci Topuriyanı məğlub etdi - VİDEO 11:20 "Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 10:40 İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Все новости