XİN: "Ermənistan öz konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını tam şəkildə aradan qaldırmalıdır"

XİN: "Ermənistan öz konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını tam şəkildə aradan qaldırmalıdır"
08.11.2025 00:41

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) 8 noyabr - Zəfər Günü ilə bağlı bəyanat yayıb.

TodayPress TV xəbər verir ki, bəyanatda 8 noyabr tarixinin 44 günlük Vətən müharibəsində qazanılmış şanlı qələbənin bayram edilməsilə yanaşı, milli gücün, qətiyyətin və birliyin əbədi rəmzi olduğu bildirilib.

Qeyd olunub ki, beş il öncə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin əzmkar liderliyi və silahlı qüvvələrin misilsiz şücaəti sayəsində otuz ilə yaxın davam edən Ermənistanın hərbi işğalına son qoyularaq Azərbaycanın ərazi bütövlüyü bərpa edildi.

"Qarabağ bölgəsinin incisi və Azərbaycanın mədəniyyət mərkəzi – Şuşa şəhərinin azad edildiyi 8 noyabr 2020-ci il tarixində şanlı qələbə ilə özünün kulminasiya nöqtəsinə çatan Vətən müharibəsi xalqımızın tarixində həlledici məqam oldu. Bu zəfər cəsarəti və fədakarlığı hər zaman hörmətlə anılacaq və təqdir ediləcək şəhid və qazilərimizin qəhrəmanlığı hesabına əldə olundu", - bəyanatda vurğulanıb.

Son beş il ərzində Azərbaycanın misli görülməmiş transformasiya və yenidən canlanma dövrünü yaşadığı vurğulanan bəyanatda "Böyük Qayıdış" proqramı vasitəsilə ölkənin özünün sarsılmaz iradəsi və irihəcmli resurslarını işğaldan azad olunmuş ərazilərin bərpası kimi nəhəng vəzifənin icrasına yönəltdiyi qeyd olunub.


"Bir zamanlar xarabalığa çevrilmiş şəhər və kəndlər müasir infrastruktur, ağıllı texnologiyalar və yaşıl enerji həllərindən faydalanmaqla yenidən inşa edilir. Məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz və ləyaqətli qayıdışının təmin edilməsi Zəfərimizin ali məqsədi və mahiyyətinin ən parlaq bəyanıdır. Bu kimi genişmiqyaslı yenidənqurma fəaliyyətləri yalnız torpaqlarımızın bərpasına deyil, bu ərazilərin sakinlərinin dayanıqlı gələcəyinin inşasına xidmət edir", - XİN-dən bildirilib.

Bəyanatda Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini döyüş meydanında təmin etdikdən sonra hazırda Cənubi Qafqazda dayanıqlı sülhü və regional əməkdaşlığı ardıcıl şəkildə təşviq etdiyi vurğulanıb, regional sabitlik, əməkdaşlıq və dayanıqlı inkişaf naminə, suverenlik və ərazi bütövlüyünə qarşılıqlı hörmət prinsipləri əsasında Ermənistan Respublikası ilə münasibətlərin normallaşdırılması prosesində aktiv rol oynadığı qeyd edilib.

8 avqust 2025-ci il tarixində Azərbaycan, Amerika Birləşmiş Ştatları və Ermənistan liderləri arasında Vaşinqtonda baş tutmuş Zirvə görüşü tarixi əhəmiyyətinə toxunulan bəyanatda: "Vaşinqton Sammitinin yaratdığı müsbət impulsları nəzərəçarpacaq tərəqqiyə çevirmək üçün əsl siyasi iradə və konstruktiv addımlar lazımdır. Bununla əlaqədar, bu kimi mühüm fürsətin düzgün qiymətləndirilməsi və sülh sazişinin imzalanması üçün Ermənistan öz konstitusiyasında Azərbaycana qarşı yer alan ərazi iddialarını tam şəkildə aradan qaldırmalı və yeni regional reallıqlara hörmətlə yanaşmalıdır", - deyə bildirilib.

"8 Noyabr – Zəfər Günü Azərbaycanın güc və əzminin bariz nümunəsidir. Bu gün, zəfər tariximizi xatırlamaqla yanaşı, tərəqqi və regional əməkdaşlığı özündə ehtiva edən gələcəyə ümidlə baxdığımız bir gündür. Xalqımızın çətinliklər qarşısında yenilməz ruhu və müharibə zamanı formalaşdırdığı sarsılmaz həmrəyliyi gələcək nəsillər üçün çıraq rolunu oynayacaqdır.

Bu tarixi gündə, şəhid və qazilərimizin şücaət və fədakarlığını, xalqımızın birliyini hörmətlə xatırlayır və ən dərin ehtiramımızı bildiririk.

Zəfər Günümüz mübarək!" - XİN bəyanatını yekunlaşdırıb.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
30 июля 2026
SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 İyulun son gününün havası açıqlandı 13:57 Kəmaləddin Heydərov xanımı ilə festivalda... - FOTO 13:55 Uşaq idmançıları daşıyan avtobusun qəzası ilə bağlı araşdırma başladı 13:51 “Real” ulduzunu buraxmadı: Bellinqemin gedişinə veto 13:49 Ermənilərin qara siyahıya saldığı, son nəfəsinə qədər Azərbaycanı sevən amerikalı - Tomas Qolst 13:46 Paşinya Rusiya-Ermənistan əlaqələrindən danışdı: Bizimlə münasibətləri ya eksklüziv görür, ya da ümumiyyətlə görmürlər 13:38 “Bornmut”un əsas qol silahı uzun müddət oynamayacaq 13:34 “Baş nazirin xanımı zorakılığın qurbanı olsa...” – Paşinyanın xanımı təhdidlərdən danışdı 13:31 Ançelottidən Neymar etirafı: Məni yalnız bu əsəbiləşdirdi 13:26 Российский самолет сбит, посол убит —чудовищный приказ премьер-министра 13:21 Avropa İnfantinoya qarşı birləşir – yeni namizəd bəlli oldu 13:17 Stress onu buna vadar edib: Oyun öncəsi siqaret çəkirdi 13:03 Шаги, ставящие под угрозу карьеру: теннисистка подверглась суровой санкции 13:00 Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı dəyişdi 12:56 Nolanın "The Odyssey"i tarix yazdı 12:54 Будут введены ограничения на сайты, размещающие оскорбления, клевету и информацию, создающую общественную угрозу 12:53 “Nyukasl”ın sükanı gənc alman mütəxəssisə həvalə olunur 12:46 Paşinyan Ermənistan hökumətinin istefasını elan etdi 12:44 Şarl Lekler ikinci yarı öncəsi azarkeşlərə mesaj verdi 12:42 Монстры, боги и Троя — коды «Одиссеи» Нолана: что нужно знать, чтобы понять фильм 12:35 Metronun "Azadlıq Prospekti" stansiyasından sərnişinlər niyə çıxarılıblar? - VİDEO 12:31 Первая встреча, яркая победа: Фатима Байрамова не оставила шансов сопернице 12:15 Erdal Beşikçioğlu saxlanıldı 12:07 İngilislərin dünya çempionu olduğu gün - Dünya bu məşhur azərbaycanlıdan danışır 11:49 Все новости