Tarixi Vaşinqton Bəyannaməsindən BİR İL ÖTÜR

Tarixi Vaşinqton Bəyannaməsindən BİR İL ÖTÜR
08.08.2026 00:07

Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanın tarixi əhəmiyyət daşıyan 2025-ci il 8 avqust görüşündən bir il ötür.

TodayPress TV xatırladır ki, həmin tarixdə üç ölkənin lideri Vaşinqton danışıqlarının nəticələrinə dair Birgə Bəyannaməyə imza atıb. Sənəddə qeyd edilir ki, İlham Əliyev, Nikol Paşinyan və Donald Tramp "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş"in razılaşdırılmış mətninin tərəflərin xarici işlər nazirləri tərəfindən paraflanmasına şahidlik ediblər. Eyni zamanda Sazişin imzalanması və yekun ratifikasiyası üçün əlavə tədbirlərin görülməsinə ehtiyac olduğu vurğulanıb.


ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçirilən görüş Azərbaycanla Ermənistan arasında münasibətlərinin normallaşdırılması istiqamətində atılmış ən mühüm addımlardan biri hesab olunur.

Görüşün yekunlarına dair Birgə Bəyannamə tərəflərin sülh gündəliyinə sadiqliyini, qarşılıqlı münasibətlərin beynəlxalq hüququn prinsipləri əsasında qurulmasına hazır olduqlarını ifadə edib.

Sənəddə güc tətbiqinin və ya güclə hədələmənin yolverilməz olduğu vurğulanır, regionun gələcəyinin əməkdaşlıq və qarşılıqlı hörmət üzərində qurulmasının vacibliyi qeyd edilir.

Bəyannamənin diqqətçəkən məqamlarından biri də tərəflərin keçmiş münaqişənin yaratdığı düşmənçilik səhifəsini bağlamaq niyyətini bəyan etməsidir.

Sənəddə revanşizmə yol verilməyəcəyi, gələcək münasibətlərin sülh və əməkdaşlıq üzərində qurulacağı xüsusi vurğulanır. Bu yanaşma regionda etimad mühitinin formalaşmasına yönəlmiş mühüm siyasi mesaj kimi qiymətləndirilir.

Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətninin paraflanması isə uzun illər davam edən danışıqlar prosesində mühüm irəliləyiş kimi dəyərləndirilərək gələcək sülh müqaviləsinin hüquqi əsaslarının formalaşmasına xidmət edən mərhələ hesab edilir.

Vaşinqton görüşündən sonra Azərbaycan və Ermənistanın birgə müraciəti əsasında ATƏT-in Minsk Qrupu rəsmən fəaliyyətini dayandırıb. Paraflanmadan sonra Azərbaycan ərazisindən Ermənistana yük tranziti ilə bağlı məhdudiyyətlər aradan qaldırılıb, Rusiya və Qazaxıstan buğdası kimi yüklər Azərbaycan üzərindən Ermənistana daşınıb. Eyni zamanda, Azərbaycan özünün neft məhsullarını Ermənistana göndərib.


Həmçinin Vaşinqton görüşünün nəticəsi kimi TRIPP (Trump Route for International Peace and Prosperity) layihəsi üzrə hazırlıq işləri sürətlənib. Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək nəqliyyat marşrutunun həyata keçirilməsi üçün texniki və infrastruktur hazırlıqları davam etdirilib. Azərbaycan öz ərazisində avtomobil və dəmir yolları infrastrukturunun tikintisini genişləndirib.

Ötən dövr ərizndə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Ermənistana səfər edib. Bu ilin aprelində tərəflər delimitasiya üzrə təlimat layihələrini razılaşdırıblar.

Beləliklə Vaşinqtonda imzalanan sənəd təkcə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması baxımından deyil, bütövlükdə regionun təhlükəsizliyi, iqtisadi inkişafı və beynəlxalq əməkdaşlıq perspektivləri üçün də strateji əhəmiyyət daşıyan siyasi faktor kimi tarixə düşüb.

Vaşinqton görüşü beynəlxalq ictimaiyyət tərəfindən də Cənubi Qafqazda sabitliyin möhkəmləndirilməsi istiqamətində atılan əhəmiyyətli diplomatik addım kimi dəyərləndirilir. Ekspertlər hesab edirlər ki, sənəd tərəflərin birbaşa dialoqunun davam etdirilməsi, regionda kommunikasiya və iqtisadi əməkdaşlıq imkanlarının genişləndirilməsi, eləcə də yekun sülh sazişinin imzalanması istiqamətində mühüm hüquqi və siyasi baza formalaşdırıb.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
08 августа 2026
17 yaşlı qızın toy mərasimi təxirə salındı, çəkiliş heyətinə hücum edildi - VİDEO 19:41 Tramp bal zalının tikintisi ilə bağlı Ali Məhkəməyə müraciət edəcək 23:44 Tarixi Vaşinqton Bəyannaməsindən BİR İL ÖTÜR 00:07 Fabian Buntiç: "Qarabağ"da xoşbəxtliyimi itirmişdim" 23:28 "Müharibə niyyətimiz yoxdur, amma..." - Pezeşkian 23:31 İtaliya İspaniya ilə sərhəddə nəzarəti LƏĞV ETMİR 23:24 Almaniya hərbi bazası üzərində şübhəli DRONLAR - Cinayət işi açıldı 23:21 ABŞ ordusundan 400 milyonluq anlaşma 23:14 "Ağ Ev sənin şəxsi mülkün deyil!" - Məhkəmədən Trampı qəzəbləndirəcək bəyanat 23:07 Adını dəyişib kredit borcundan yayınmaq mümkündür? - Hüquqşünasdan XƏBƏRDARLIQ 22:52 "Özümüzə güvənməyin vaxtıdır" - Əraqçi 22:46 Dunay çayı quruyur, istilər artır - Rumıniya hansı tədbirləri görəcək? 22:33 Luka Zidan "Qranada" ilə müqaviləsini LƏĞV ETDİ 22:17 Qara dənizdə Türkiyə gəmisi VURULDU 22:11 "ПОБЕДА, КОТОРАЯ СОЗДАЛА МИР" — пишет Рамиз Юнус... 22:10 Sadəcə qələbə kifayət deyil: Azərbaycan Cənubi Qafqazın oyun qaydasını necə yenidən yazdı? 22:03 Cəbrayılın iki kəndi alova büründü 21:52 Yaxın günlərdə ATƏŞKƏS ola bilər - Bessent ELAN ETDİ 21:47 Səudiyyə Ərəbistanı ABŞ tankerlərindən imtina edir - İDDİA 21:35 İranda PARTLAYIŞ: Hərbçilər hədəf alındı, ölənlər var 21:31 Rusiya və İrana qarşı yeni sanksiyalar TƏSDİQLƏNDİ 21:18 Qırmızı dənizdə neft tankerinə hücumun qarşısı alındı - DETALLAR 21:09 ABŞ-dən İrana yeni ZƏRBƏ: Yüz milyonlarla dollarlıq maliyyə şəbəkəsi hədəfdə! 21:04 Zelenski Serbiyaya İLK rəsmi səfərini etdi! 20:52 Türkmənistana gedənlərin NƏZƏRİNƏ: Artıq növbədə gözləməyə son qoyuldu! 20:43 Все новости