Prezidenti İlham Əliyev Goranboyda tikinti materialları istehsalı müəssisəsinin açılışında iştirak etdi - YENİLƏNDİ

Prezidenti İlham Əliyev Goranboyda tikinti materialları istehsalı müəssisəsinin açılışında iştirak etdi - YENİLƏNDİ
23.06.2025 14:37 Daxili siyasət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Goranboy rayonunda “Konstralab Industries” QSC-nin tikinti materialları istehsalı müəssisəsinin açılışında iştirak edib.

TodayPress TV xəbər verir ki, Goranboy rayonunun Qazanbulaq kəndində yaradılan müəssisə gips-karton, astar və üzlük gips məhsulları istehsal edəcək. Müəssisədə il ərzində 10 milyon kvadratmetr gips-karton lövhə, 150 min ton gipsəsaslı quru qarışıqlar istehsal olunacaq.

Müasir avadanlıqla təchiz olunan müəssisədə istehsal edilən məhsulların yerli bazarda satışı ilə yanaşı, bir neçə ölkəyə ixracı da nəzərdə tutulur. Burada 200 nəfər daimi işlə təmin ediləcək.

İstehsal zamanı istifadə edilən əsas xammal - yerli gips daşı Azərbaycanın müxtəlif regionlarındakı yataqlardan tədarük olunacaq. Növbəti mərhələdə kalsit və perlit istehsalı xətlərinin qurulması planlaşdırılır ki, bu da məhsulların maya dəyərinin aşağı düşməsinə səbəb olacaq.

Bununla yanaşı, gələcək inkişaf strategiyası çərçivəsində müəssisə fəaliyyətini genişləndirərək metal profil istehsalının təşkilini hədəfləyir. İnvestisiya dəyəri 33 milyon manat olan müəssisənin ümumi sahəsi 5 hektardır. Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən müəssisəyə 3,9 milyon manat güzəştli kredit ayrılıb. İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş investisiya təşviqi sənədi hesabına müəssisə idxal etdiyi avadanlıqlara görə 900 min manat güzəşt əldə edib.

Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində mühüm layihələrin icrası ölkə iqtisadiyyatının şaxələndirilməsinə, yeni iş yerlərinin açılmasına, xüsusilə sənayenin müxtəlif sahələrinin davamlı inkişafına böyük təkan verib. Sənayeləşmə siyasətinə uyğun olaraq, ölkəmizdə müasir sənaye müəssisələri, yeni istehsal sahələri yaradılır, daxili tələbatın ödənilməsində yerli məhsulların payı artır, ixrac imkanları genişlənir. Belə müəssisələrin bölgələrdə yaradılması isə ümumilikdə regionların sosial-iqtisadi inkişafını təmin etməklə, onların iqtisadi potensialının möhkəmləndirilməsində, məşğulluğun artırılmasında da mühüm rol oynayır.

***

13:34

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Goranboy rayonunda “Konstralab Industries” QSC-nin tikinti materialları istehsalı müəssisəsinin açılışında iştirak edib.

FOTOLAR

Prezidenti İlham Əliyev Goranboyda tikinti materialları istehsalı müəssisəsinin açılışında iştirak etdi - YENİLƏNDİ — 1
Prezidenti İlham Əliyev Goranboyda tikinti materialları istehsalı müəssisəsinin açılışında iştirak etdi - YENİLƏNDİ — 2
Prezidenti İlham Əliyev Goranboyda tikinti materialları istehsalı müəssisəsinin açılışında iştirak etdi - YENİLƏNDİ — 3
Prezidenti İlham Əliyev Goranboyda tikinti materialları istehsalı müəssisəsinin açılışında iştirak etdi - YENİLƏNDİ — 4
Prezidenti İlham Əliyev Goranboyda tikinti materialları istehsalı müəssisəsinin açılışında iştirak etdi - YENİLƏNDİ — 5
Prezidenti İlham Əliyev Goranboyda tikinti materialları istehsalı müəssisəsinin açılışında iştirak etdi - YENİLƏNDİ — 6
Prezidenti İlham Əliyev Goranboyda tikinti materialları istehsalı müəssisəsinin açılışında iştirak etdi - YENİLƏNDİ — 7
Prezidenti İlham Əliyev Goranboyda tikinti materialları istehsalı müəssisəsinin açılışında iştirak etdi - YENİLƏNDİ — 8
Prezidenti İlham Əliyev Goranboyda tikinti materialları istehsalı müəssisəsinin açılışında iştirak etdi - YENİLƏNDİ — 9
XƏBƏR LENTİ
31 IYUL 2026
Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Bütün Xəbərlər